Xaricdə bankomatlardan istifadə edilməsi

Xaricdə bankomatlardan necə istifadə etmək lazımdır

ƏTRAFLI

Xaricdə bankomatlardan necə istifadə etmək lazımdır

Visa kartından xaricdə nağd pulun çıxarılması üçün istifadə edilməsi çox sadədir >>

Mənim debet, kredit və ya bankomat kartımın xaricdə qəbul edilib-edilmədiyini necə öyrənə bilərəm?
Sizin bank kartınızda Visa və ya PLUS loqotipinin olub-olmadığını yoxlayın. Əgər vardırsa, Siz həmin kartdan göstərilən loqotiplər* olan istənilən bankomatlarda istifadə edə bilərsiniz. Sizə bankda, Sizin kartınızdan xaricdə istifadə edilməsinə görə məhdudiyyətlərin olub-olmadığını və səfərə çıxmazdan əvvəl Sizin bankı xəbərdar etməli-etməməli olduğunuzu öyrənməyi tövsiyə edirik.

* Kanadada bəzi bankomatlar hər cür kartları qəbul etmirlər.

Mənim debet kartım yoxdur. Mən nağd pulu bankomat və ya kredit kartı ilə çıxara bilərəmmi?
Bəli. Əgər Sizin bankomat və ya kredit kartınızda Visa və ya PLUS loqotipi vardırsa, Siz nağd pulu Visa və ya PLUS şəbəkəsinə aid olan bankomatlardan çıxara bilərsiniz.

Mənim gedəcəyim ölkədə bankomatı necə tapa bilərəm?
Visa kartları bütün dünyada 200-dən artıq ölkə və regionda qəbul edilirlər. Siz təyinat məntəqəsində bankomatı Bankomatların axtarışı xidməti vasitəsilə tapa bilərsiniz. Və yaxud yerindəcə Visa və ya PLUS loqotipləri olan bankomatları axtarın.

Mənim PİN-kodum başqa ölkədə qüvvədə olacaqdırmı?
Bəli. * Sizin adətən istifadə etdiyiniz PİN-kod həmçinin xaricdə də qüvvədə olacaqdır. Lakin bəzi bankomatlar yalnız 4-rəqəmli PİN-kodları qəbul edir. Əgər Sizin PİN-kodunuz 4 rəqəmdən uzundur və ya tərkibində hərflər vardırsa, öz bankınızla əlaqə saxlayın.

* Bəzi emitentlər PİN-kodun dəyişdirilməsini tələb edə bilərlər. Xahiş edirik ki, səfərdən əvvəl Sizin bankınızla əlaqə saxlayasınız.

Mən bankomatda öz doğma dilimi seçə bilərəmmi?
Bankomatların əksəriyyəti dili seçmək imkanını təqdim edirlər. Ehtimal edilir ki, Siz analıdığınız dili seçə biləcəksiniz.

Bankomat nağd pulun çıxarılmasından başqa nəyə imkan verir?
Bankomatların əksəriyyətində Siz öz hesabınızın balansını yoxlaya bilərsiniz. Bəzi bankomatlar həmçinin yoxlaması lazım olan hesabı seçməyi təklif edirlər.

Xaricdə nağd pulun çıxarılması zamanı əlavə komissiya haqqı tutulurmu?
Bəli. Adətən banklar bu cür xidmətə görə şərti komissiya haqqını tuturlar. Daha ətraflı məlumatı almaq üçün Sizin bankınızla əlaqə saxlayın. Bəzən komissiya haqqı bankın sahibi olan bank tərəfindən də tutula bilər. Bu cür hallarda bankomatın ekranında bildiriş göstərilir.

Hesabın balansı mənim ölkəmin valyutasında əks etdiriləcəkdirmi?
Bəzi bankomatlar hesabın vəziyyətini Sizin ölkənizin valyutasında, bəziləri isə - yerli valyutada əks etdirəcəklər. Ekranda balansın yoxlanılması zamanı bunu unutmayın.

Əgər mənə xaricdə nağ pulun çıxarılması zamanı yardım lazım olacaqdırsa, zəng edə biləcəyim nömrə mövcuddurmu?
Siz Visa Beynəlxalq müştərilərə dəstək xidmətinə gecə-gündüz 24 saat, ildə 365 gün ərzində zəng edə bilərsiniz. Sizin olduğunuz yer üçün Sizdə olan nömrənin düzgün olmasında əmin olmaq üçün buraya basın.

Əgər bankomat mənim kartımı “udmuşdursa”, nə etməliyəm?
Bankomatlar fırıldaqçılığın qarşısını almağa hesablanıblar və bir neçə dəfə qeyri-düzgün PİN-kodu ilə nağ pulu çıxarmaq cəhdləri olduqda Sizin kartınızı götürə bilərlər. Bu cür hal haqqında dərhal məlumat verin. Bankomatda yerli dəstək xidmətinin telefon nömrəsi olmalıdır. Əgər bankomat bank şöbəsinin yanındadırsa, bankın personalına müraciət edin. Sizdən müvafiq sənədləri təqdim etməklə şəxsiyyətinizi təsdiq etməyinizi xahiş edəcəklər. Əgər Siz kartınızı qaytara bilmirsinizsə, dərhal bu barədə Sizin bankınıza məlumat verin.

Əgər bankomat qeyri-düzgün məbləği veribsə, nə etmək lazımdır?
Əgər Siz qeyri-düzgün məbləği almısınızsa, bu barədə Sizin bankınıza məlumat verin. Qayda olaraq, bankomatın sahibi olan bank səhvi aşkar etməli və Sizin kartınızın emitenti ilə əlaqə saxlayaraq tranzaksiyanın məbləğini korrektə etməlidir. Buna baxmayaraq, əmin olun ki, Sizin hesabınızdan düzgün məbləğ silinib.

Xaricdə bankomatlardan istifadə edilməsi haqqında daha ətraflı məlumatı harada əldə edə bilərəm?
Xahiş edirik ki, daha ətraflı məlumatı əldə etmək üçün Sizin bankınızla əlaqə saxlayın.

Xaricdə bankomatlardan necə istifadə etmək lazımdır

ƏTRAFLI