Azərbaycanda fintek startapların qlobal innovasiya yarışması olan Visa Everywhere Initiative müsabiqəsinə ərizələrin qəbulu başlandı

  • Visa Everywhere Initiative (VEI) təşəbbüsü startaplara ödəmələr və ticarət sahəsində ən zəruri çağırışlara cavab vermək, eləcə də pul mükafatları almaq, şirkətlərini qlobal səviyyədə tanıtdırmaq və dünyanın ən etibarlı brendlərindən birinin rəğbətini qazanmaq imkanını verir

  • VEI proqramı 2015 ildə başlayandan bəri dünyanın 100-dən çox ölkəsindən olan 15 000-dən çox startap şirkət toplam 48 milyard ABŞ dollarından artıq maliyyə resursları əldə edib

BAKI, 27 mart 2024 — Azərbaycanda açıq innovasiyaların qlobal yarışması olan Visa Everywhere Initiative (VEI) 2024 müsabiqəsində iştirak üçün ərizələrin qəbulu başlandı. Bu müsabiqədə iştirak edən startapçılar ödəmələr və kommersiya sahələrində gələcəyin çağırışlarını çözmək üçün öz məhsullarını təqdim edirlər.

Pul mükafatlarından başqa, VEI qalibləri Visa-nın bankçılıq, ticarət, vençur və dövlət sektorlarında geniş tərəfdaşlıq şəbəkəsinə çıxış əldə edirlər. Qaliblər həmçinin dünyanın ən etibarlı və dəyərli brendlərindən biri tərəfindən tanınırlar.

Müsabiqədə iştirak üçün ərizələr 25 martdan başlayaraq 6 mayadək qəbul olunur. Seçilmiş iştirakçılar Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (ingiliscə ixtisarı CEMEA) regionunda 17 iyul tarixində virtual formatda keçiriləcək seçmə müsabiqəsinə qatılacaqlar. Regional müsabiqədə qələbə qazanmış startap, ABŞ-ın San-Fransisko şəhərində TechCrunch Disrupt konfransı çərçivəsində keçiriləcək qlobal finalda iştirak etmək və Qərbi Avropa, Asiya – Sakit Okeanı, Latın Amerikası və Şimal Amerika seçmə mərhələlərinin qalibləri ilə birgə dünya birinciliyi uğrunda yarışmaq haqqı qazanacaq.

Visa Everywhere Initiative təşəbbüsü fintek şirkətlərinə və sahibkarlara ödəmələr və elektron ticarət sahəsində gələcəyin çağırışlarına cavab verən ən innovativ və effektiv həlləri nümayiş etdirməyə imkan verən qüvvətli platformadır”, - deyərək Visa-nın Cənub-Şərqi Avropa, MDB, Ukrayna və Gürcüstan üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş şərh verdi. – Finteklər işlədikləri bazarlara bir çox sosial faydalar təklif edə bilərlər, xüsusən də ənənəvi olaraq maliyyə xidmətləri ilə yetərincə əhatə olunmayan insanlara kömək etmək potensialına malikdirlər. Visa-da biz inanırıq ki, rəqəmsal iqtisadiyyata qoşulma ədalətli və inklyuziv inkişafa təkan verir. VEI müsabiqəsi fintekləri dəstəkləyən, uğur qazanmaları üçün onlara kiçik, lakin vacib addımları atmağa kömək edən mühüm vasitədir.”

VEI təşəbbüsünə 2015 ildə ABŞ-da start verildiyindən sonra o, tez bir zamanda qlobal səviyyəyə yüksəldi. İndiyədək proqramda iştirak etmiş 15 000-ə yaxın startap toplam 48 milyard ABŞ dollarından artıq maliyyə resursları əldə edib. VEI 2023-ün qlobal qalibi olmuş Nigeriyanın DrugStoc şirkəti 50 000 dollar məbləğində VEI Global mükafatını, eləcə də 10 000 dollarlıq tamaşaçı rəğbəti mükafatını qazandı.

Biz hansı layihələr axtarışındayıq

Biz istehlakçılar və sahibkarlar üçün innovativ ödəmə və ticarət həlləri təmin edən məhsullar arayırıq. Aşağıdakı texnologiyalar təklif edən fintek startaplara üstünlük veriləcək:

İnkişaf edən texnologiyalar

  • Süni intellekt
  • Böyük verilənlər / Açıq bankçılıq
  • Bulud hesablamaları (cloud computing)
  • Rəqəmsal eyniləşdirmə və biometriya
  • Kibertəhlükəsizlik və məxfilik
  • Dələduzluğun qarşısının alınması və risklərin idarə edilməsi
  • Alternativ maliyyə
  • Alternativ kreditləşmə
  • Gələcəyin sədaqət proqramları

Pul hərəkəti

  • Pul köçürmələri
  • Şəxsdən şəxsə (P2P) və transfer köçürmələri
  • Transsərhəd ödəmələr
  • Biznesdən istehlakçıya (B2C) ödənişlər
  • Biznesdən biznesə (B2B) ödəmələrin ahəngdarlığı (payments orchestration)

Xidmət göstərilməsi alətləri (kommersiya və bankçılıq)

  • Açıq ticari platformalar (marketpleyslər) və elektron ticarət
  • Yapı-içi maliyyə
  • Əsas bankçılıq (core banking) və bank xidmətlərinin göstərilməsi alətləri
  • Fintek aqreqatorlar
  • Rəqəmsal ödənişlərin qəbulu
  • Bankçılıq xidmət qismində (BaaS)

Neobanklar və vasitəçilər

  • Neobanklar / rəqəmsal banklar
  • Mobil operatorlar
  • Rəqəmsal vasitəçilər (digital brokerages)
  • Rəqəmsal pulqabları

Kreditləşmə

  • Ticari kreditləşmə
  • “İndi al, sonra ödə“ (BNPL) həlləri
  • İstehlak kreditləşməsi
  • Kapital təchizatçıları

Sosial şəbəkələr, kontent yaradıcıları və oyunlar

  • Kontent yaradıcıları üçün platformalar və xidmətlər
  • NFT-marketpleyslər
  • Kolleksiya əşyaları
  • Oyun pulqabları və tokenləşmə
  • Oyun-daxili ödənişlər və əməliyyatlar
  • “Giq” iqtisadiyyatı üçün alətlər

2024 ilin sair kateqoriyaları

  • Dayanıqlı maliyyə texnologiyaları
  • Risk idarəetməsi

Mükafatlar

Müsabiqənin regional mərhələsində aşağıdakı pul mükafatları təqdim olunacaq:

  • VEI CEMEA Regionals – birinci yer: 20 000 ABŞ dolları
  • VEI CEMEA Regionals – tamaşaçı rəğbəti mükafatı: 10 000 ABŞ dolları

Regionumuzda müsabiqədə iştirak ərizələrinin verilməsi üçün son müddət 6 maydır. Visa Everywhere Initiative haqqında daha ətraflı məlumatı bu keçidlə əldə edə bilərsiniz.


Visa haqqında məlumat

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla visa.com.az saytında tanış ola bilərsiniz.