Hər kəs üçün imkanların yaradılması

Daha çox insanın maneəsiz dünya iqtisadiyyatına qoşulmasına çalışan etibarlı şəbəkə və rəqəmsal ödənişlər üzrə dünya lideriyik. Hər yerdə ən yaxşı ödəniş etmək və almaq vasitəsi olmağa çalışırıq.

Hər kəsə kömək etmək üçün yaradılmış innovasiya

İnnovasiya bizim DNT-mizdədir, biznesimizin əsasını təşkil edir və etdiyimiz hər şeyin təməlindədir.

Visa dünya iqtisadiyyatının dəstəklənməsinə kömək edir

Biz dünyanın 200-dən çox ölkəsi və ərazisindəki biznes müəssisələrini, bankları və hökumətləri əlaqələndiririk.

4.3 B

Visa dünya əhalisi arasında əlaqələr yaradır¹

~14 K

Maliyyə təşkilatları²

276 B

Ödəniş tranzaksiyaları³

130 M+

Dünyanın müxtəlif yerlərindəki ticarətçi məkanları⁴

Tranzaksiyaların tamamilə dəyişdirilməsi

Biz ödəniş dünyasında inkişafla bağlı böyük imkanlar görürük və istehlakçıların nağd olaraq, habelə çeklərdən istifadə etməklə sərf etdiyi 18 trilyon dolları rəqəmsal ödənişlərə çevirmək üçün səylərimizi artırırıq.

İmkanların yaradılması

Bizim şəbəkələr şəbəkəsi şəklində yanaşmamız P2P, B2C, B2B, B2b və G2C ödənişlərini asanlaşdıraraq dünyanın hər yerində istehlakçılar, biznes müəssisələri və hökumətlər üçün rəqəmsal ödənişlərin dəstəklənməsi ilə bağlı imkanlar yaradır.

Biznesinizin dəstəklənməsi

Ödənişlərlə bağlı inkişaf davam edir. Biznesinizin tələb etdiyi şəkildə. Buna görə də Visa müştərilərə saxtakarlığın idarə edilməsi və təhlükəsizlikdən tutmuş məlumat emalı vasitələri, məsləhət və analitikaya qədər hər şeyi əhatə edən xidmətlər paketi təklif edir.


Ödəniş texnologiyasında öndə gedir

Səyahətimiz ABŞ-da Bank of America-nın ilk istehlakçı kredit kartı proqramını işə saldığı 1958-ci ildə başlayıb. Biz beynəlxalq miqyasda inkişaf etməyə 1974-ci ildə başladıq və 1975-ci ildə debet kartının tətbiq edilməsinə başladıq. 2007-ci ildə dünya üzrə regional biznes müəssisələri Visa Inc. şirkətinin yaradılması üçün birləşdirildi və 2008-ci ildə o, tarixdə IPO-lar üzrə ən böyük şirkət kimi ictimaiyyətə açıldı. Bu gün biz kartlar, noutbuklar, tabletlər, mobil cihazlar və sairə kimi vasitələrdə mövcud olan məhsul və xidmətlər ilə 200-dən artıq ölkə və inzibati-ərazi vahidində fəaliyyət göstəririk. Biz inkişaf etməyə davam edirik, lakin hədəfimiz dəyişməz qalır – hər kəs üçün və hər yerdə ən yaxşı ödəniş etmə və ödəniş alma vasitəsi olmaq.

BankAmericard

1958

Bank of America “bərpa olunan kredit” funksiyasına malik olan ilk kartı – BankAmericard-ı buraxır

Visa yaranır

1976

BankAmericard bütün dillərdə eyni səslənən ada – Visa-ya çevrilir

Visa Inc. ilə tanış olun

2007

Visa qlobal korporasiya kimi formalaşdığı halda, Visa Avropa üzvlərə mənsub olan şirkət olaraq qalır

Visa’s Lynne Biggar, Kelly Tullier, & a group of 10+ year employees joined by NYSE President Stacey Cunning to celebrate Visa’s 60 years of existence.