Maliyyə xidmətlərinə giriş imkanının artması sadə ideyadır: ona insanlar və təşkilatların təhlükəsiz, rahat və əlverişli ödəniş və başqa maliyyə xidmətlərinə çıxış əldə edə bilmələri və onlardan gündəlik ehtiyaclarının qarşılanması və uzun müddətli məqsədlər üçün istifadə edə bilmələri daxildir.
Sadə olsa da, asan deyil. Bu gün dünyadakı böyüklərin təxminən yarısı qeyri-rəsmi iqtisadiyyatı olan ölkələrdə yaşayır və birmənalı olaraq nağd pulla ödəniş edirlər. Bu iki milyard insandan biri olmaq maliyyə əngəlləri ilə qarşılaşmaq deməkdir ki, bu da həyatı riskli, bahalı və qeyri-effektiv edir. Maliyyə xidmətlərinə giriş imkanının artması insanları kasıblıqdan qurtarmağa kömək edir, vətəndaşları məhsuldar və güclü edir, biznes imkanları yaradır və iqtisadi inkişafı sürətləndirir.
Rəqəmsal ödənişlər maliyyə xidmətlərinə giriş imkanının artmasına aparan yol üzərindədir - çox zaman onlar istifadə edilən ilk rəsmi maliyyə məhsullarıdır. Visa son 60 ilini yüz milyonlarla insan və təşkilatları qlobal sistemə qoşmaqla məşğul olmuşdur ki, bu da sürətli, təhlükəsiz və etibarlı maliyyə əməliyyatlarını mümkün edir. Bizim əhatə dairəmiz, dəqiq biliklərimiz və texniki imkanlarımızla Visa maliyyə xidmətlərinə giriş imkanının artması işlərində irəli getmək üçün yaxşı imkanlara malikdir..
2015-ci ildə Visa Dünya Bankının 2020-ci il üçün Universal Maliyyə Çıxışı planın bir hissəsi kimi digər 500 milyon bank xidməti göstərilməyən insan üçün ödəniş hesabları ilə təmin etməklə bağlı ictimai öhdəlik götürmüşdür. Biz bu ecazkar məqsədə nail olmaq üçün həvəsliyik və ona yaxın olduğumuzu bilirik!