Bizim 4000 kvadrat futluq müəssisəmiz nağdsız iqitsadiyyatların qurulmasında Mərkəzi və Şərqi Avropa, Yaxış Şərq və Afrikadan olan müştəri və partnyorlarımıza xidmət etmək üçün nəzərdə tutulub. Burada bizim, ödəniş məkanında dəyişiklik üçün ruhlandırmaq, ona sövq etmək və onu yaratmaq üçün bir sıra elementlərimiz var.
- Müştərilər üçün konferens-zal: İnnovasiya üzrə fikirlər və planlarınızı paylaşacağınız, problem və imkanları müzakirə edəcəyiniz və Visa məhsulları və imkanlarının sizin ehtiyacları necə qarşılaya bilməsi barədə bildiklərini paylaşan Visa mütəxəssislərini dinləyəcəyiniz açıq məkan.
- Təcrübə Qalereyası: Ən son imkanlara malik satış nöqtəsi, onlayn və mobil ödənişlər texnologiyası ilə təchiz olunmuş müxtəlif ödəniş həlləri olan təcrübə qalereyası. Şəbəkəyə qoşulmuş ev, səs komandaları xidmətləri və biometrik ödəniş texnologiyası prototiplərinin nümunələrini özündə ehtiva edən obyektlərə internet vasitəsilə nəzarət təqdimatı ilə tanış olun. Tamamilə rəqəmsallaşdırılmış bu məkan sizi ilhamlandırmaq üçün qurulub.
- Əməkdaşlıq məkanı: Əməkdaşlıq məkanı sürətli prototip yaradaraq və birlikdə yaradıcılıqdan yararlanaraq ödənişlərin gələcəyini birlikdə qurmaq üçün olan bir yerdir. Biz yeni fikirləri və müştəri təcrübələrini təsəvvür etmək və inkişaf etdirmək üçün dizayn düşüncəli metodologiyalardan istifadə edirik.
- Laboratoriya: Bu qarşılıqlı əlaqə nöqtəsini yenidən təsəvvür etmək üçün Visa kollektivlərinin yeni texnologiyaları təcrübədən keçirdikləri bir məkandır. Biz rəqəmsal olaraq sıx birləşdirilmiş dünyada innovasiyanın istehlakçı təcrübəsini necə dəyişə biləcəyini göstərən konsepsiyalar və ptorotipləri yaratmaq üçün partnyorlarımızla işləyirik.