Malları süni intellektin köməyi ilə tapıb əldə edin: Visa ticarətin yeni əsrinə yol açır
Bakı, 1 may 2025 – Süni intellekt alış-verişi və ödəmələri necə etdiyimizi kökdən dəyişdirir. Visa, şəbəkəsinin gücü və illər boyu əldə etdiyi təcrübəsi sayəsində, süni intellekt (Sİ) əsasında qurulmuş ticarətə etibarı artırır və ona təhlükəsizlik gətirir. Bu gün Visa məhsullarının Visa Global Product Drop ümumdünya təqdimatında yer alan Visa Intelligent Commerce (“Ağıllı ticarət”) proqramı süni intellekt vasitəsilə məhsulları tapmağa və satın almağa imkan verir. Bu innovativ təşəbbüs ticarəti transformasiya edən Sİ agentlərini yaradan tərtibatçılar və mühəndislər üçün Visa ödəniş şəbəkəsini açır.
"Yaxın gələcəkdə biz Sİ agentlərinin istehlakçılar üçün axtarış, seçim, alış-veriş və sifarişləri idarə etdiyini görəcəyik, – deyərək Visa-nın məhsullar və strategiya üzrə baş direktoru Cək Forestell /Jack Forestell/ izah verdi. – Bu agentlər ödəniş məsələlərində təkcə istifadəçilərdən deyil, həm də banklardan və satıcılardan etibar qazanmalı olacaqlar.
Biz fiziki alış-verişdən onlayna və onlayndan mobilə keçid zamanı gördüyümüzlə eynilə, Visa indi də ticarətin yeni dövrünün təməlini qoyan yeni standart müəyyən edir. Visa Intelligent Commerce sayəsində Sİ agentləri istehlakçının əvvəlcədən müəyyən edilmiş tərcihləri əsasında məhsulları tapa və satın ala bilərlər. Alıcı çərçivə şərtlərini təyin edir, Visa isə qalan hər şeyi idarə etməyə kömək edir."
Sİ əsasında ticarətin etibarlı gələcəyi
Tezliklə milyonlarla insan ideal sviteri tapmaq, məzuniyyət üçün gedəcəyi yerləri araşdırmaq və ya siyahı əsasında alış-veriş etmək üçün süni intellektə etibar edəcəklər. Visa ödəmələrin fasiləsizliyini təmin edərək süni intellektlə idarə olunan dünyada təhlükəsiz və etibarlı əməliyyatlar aparmağa imkan verəcək.
Visa-nın “Ağıllı ticarət” təşəbbüsü, risklərin idarə edilməsi və fırıldaqçılıqla mübarizə üzrə 30+ illik süni intellekt və maşın öyrənməsi təcrübəsinə əsaslanaraq, ödəniş prosesinin təhlükəsiz və etibarlı olmasını təmin edir. Anthropic, IBM, Microsoft, Mistral AI, OpenAI, Perplexity, Samsung, Stripe və digərlər şirkətlər daxil olmaqla sənaye liderləri ilə birlikdə Visa qlobal miqyasda süni intellektlə işləyən fərdiləşdirilmiş, təhlükəsiz ticarətə rəvac verir.
“Biz Sİ innovasiyalarında qabaqcıl şirkətlərlə əməkdaşlıq edirik, Sİ platformalarının iştirakını təşviq edirik və yeni ödəmə üsullarını dəstəkləyirik, – deyərək Cək Forestell əlavə etdi. – Tərəfdaşlarımızla birlikdə biz ticarət, ödəmələr və biznesin bütün cəhətlərini yeniləmək üçün süni intellektin tam potensialını üzə çıxarırıq."
İstehlakçılar, satıcılar və tərtibatçılar üçün daha çox imkanlar
Visa bu gün futuristik səslənən, istehlkaçılar üçün nisbətən naməlum bir konsepsiya olan süni intellektlə işləyən ticarəti həm satıcılar, həm də alıcılar üçün rəvan, təhlükəsiz və fərdiləşdirilmiş təcrübəyə çevirməyə kömək edəcək.
Visa Intelligent Commerce (“Ağıllı ticarət”) təşəbbüsü, Sİ platformaları üçün inteqrasiya edilmiş API-lər dəstini və kommersiya tərəfdaş proqramını ehtiva edərək, proqram tərtibatçılarına Visa-nın süni intellektlə dəstəklənən ticarət imkanlarını təhlükəsiz və miqyaslı tərzdə tətbiq etməyə imkan verir. Visa Intelligent Commerce aşağıdakıları təklif edir:
- Süni intellekt tərəfindən istifadəyə hazır olan kartlar. Kart məlumatlarının tokenləşdirilmiş rəqəmsal rekvizitlər ilə əvəz edilməsi istehlakçılar üçün təhlükəsizliyi artırır, tərtibatçılar üçün isə ödəmə proseslərini sadələşdirir. Həmin rekvizitlər təsdiq edirlər ki, istehlakçı tərəfindən seçilmiş agent onun adından hərəkət etməyə səlahiyyətlidir, bu da Sİ əsaslı ticarətə şəxsiyyətin yoxlanılması elementini gətirir. Yalnız istehlakçı agentə nə etməli və ödəmə rekvizitlərini nə vaxt aktivləşdirilməli olduğu barədə göstəriş verə bilər.
- Sİ əsasında fərdiləşdirmə. Hər şey istehlakçının nəzarəti altındadır. İstehlakçılar şəxsi razılıq əsasında agent təcrübəsini təkmilləşdirmək və məhsul tövsiyələrini fərdiləşdirmək üçün Visa kartından edilmiş alış-veriş və xərclərə dair başlıca məlumatları paylaşmağa qərar verirlər.
- Sİ əsasında sadə və təhlükəsiz ödənişlər. İstehlakçı agent tərəfindən icra edilən əməliyyatlar üçün dəqiq təlimatlar verməklə asanlıqla xərcləmə limitlərini və şərtlərini təyin edir. Alış “siqnalı” real vaxt rejimində Visa-ya ötürülür və şirkətə əməliyyatlara nəzarət etməyə və mübahisələrin həllində kömək etməyə imkan verir.
Visa-nın ödəmə texnologiyaları, o cümlədən tokenləşdirmə və eyniləşdirmə üçün API-lər, əməliyyatları təhlükəsiz və qırıntısız etməyə imkan yaradaraq alış-veriş üçün süni intellektdən istifadə edən istehlakçıların güvənini artıracaq. Visa dələduzluqla mübarizədə çoxillik təcrübəyə, eləcə də etibarlı məlumat platformasına malikdir, və bunlardan Visa Intelligent Commerce proqramının icrasında geniş istifadə edir.
Visa Intelligent Commerce haqqında əlavə məlumatı visa.com/intelligentcommerce keçidi ilə əldə edə bilərsiniz.
Visa haqqında məlumat
Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla visa.com.az saytında tanış ola bilərsiniz.