İlk Beynəlxalq She’s Next Hakatonuna 3 oktyabrda onlayn şəkildə hamıya açıq Böyük Final ilə yekun vurulacaq

Hər kəs üçün açıq və böyük təsir gücünə malik bu tədbirdə final komandalarının təqdimatları, qadın liderliyi mövzusunda maraqlı müzakirələr, biznes viktorinası olacaq və hakaton qalibləri elan olunacaq

Bakı, 1 oktyabr 2025 — Rəqəmsal ödəmələrdə dünya lideri olan Visa, tərəfdaşı Reinvantage ilə birlikdə ilk Beynəlxalq She’s Next Hakatonunun onlayn keçiriləcək Böyük Finalının 3 oktyabr tarixində baş tutacağını elan edir.

Visa tərəfindən dəstəklənən qlobal She’s Next təşəbbüsü çərçivəsində təşkil olunan hakaton, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazdakı qadın sahibkarları gələcəyin biznes problemlərinin həlli sahəsində gücləndirmək məqsədilə yaradılıb. Keçən ay ərzində 17 ölkədən iştirakçılar sənaye ekspertləri tərəfindən keçirilən interaktiv vebinarlarda iştirak edərək vacib sahibkarlıq bacarıqları əldə etdilər.

Bu qrupdan 10 qadın rəhbərlik etdiyi komanda təcrübəli mentorların rəhbərliyi altında biznes ideyalarını inkişaf etdirərək hakaton mərhələsinə keçdi. Onlar hazırda layihələrini Böyük Finalda peşəkar münsiflər heyətinə təqdim etməyə hazırdırlar.

Qaliblər ümumi maliyyə fondu 20 000 ABŞ dolları olan üç kateqoriyada mükafatlandırılacaq:

  • Əsas qalib – 10 000 ABŞ dolları
  • Ən innovativ qalib – 5 000 ABŞ dolları
  • Ən sosial səmərəli qalib – 5 000 ABŞ dolları

Böyük Finalda qadınların rəhbərlik etdiyi innovasiyaları diqqət mərkəzində saxlamaq üçün hazırlanmış və liderliklə bağlı çətin anlayışları unikal və düşündürücü suallar ətrafında qurulmuş dinamik tədbirdə uğurlu sahibkarlar, düşüncə liderləri və Visa rəhbərləri bir araya gələcək. Proqrama daxildir:

  • Final komandalarının təqdimatları
  • Qadınların liderliyi və qadınların rəhbərlik etdiyi icmaların gücünə dair panel müzakirələri: iş yerlərini inklüzivliyi təmin edəcək şəkildə qurmaq, uğurla bağlı köhnə mifləri aşmaq və yerli əməkdaşlığın gücünü açmaq yolları
  • Qadın sahibkarların əsas problemlərinə həsr olunmuş səmimi söhbətlər: maliyyələşmə, psixi sağlamlığı qorumaq və tükənmişliyin aradan qaldırılması, habelə karyera, ailə və mədəni gözləntilərin tarazlaşdırılması.
  • Hədiyyəli biznes viktorinası
  • Qaliblərin mükafatlandırılması mərasimi

"She's Next Hakatonu qadınların yaradıcı gücünün əsl sübutudur. 17 ölkədən 1750-dən çox qadın sahibkar öz bacarıqlarını təkmilləşdirmək və daim dəyişən mühitdə inkişaf etmək üçün lazım olan bilikləri əldə etmək məqsədilə proqrama qoşulub. İndi 10 diqqətəlayiq komanda Böyük Finalda layihələrini nümayiş etdirməyə hazırlaşır” deyə Visa-nın baş vitse-prezidenti, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz üzrə regional meneceri Kristina Doroş bildirib. "Oktyabrın 3-də bölgəmizdəki qadın sahibkarların yaradıcılığını, dözümlülüyünü və vizyonunu qeyd etmək üçün keçiriləcək tədbirdə digər tanınmış beynəlxalq qadın liderlərlə birlikdə iş yerlərində qadınların inkişafını təmin edən mühitlər haqqında dialoqa qoşulmağı səbirsizliklə gözləyirəm."

 “Reinvantage regionun hər yerindən qadın liderləri bir araya gətirməklə hakatona ev sahibliyi etməkdən qürur duyur. Böyük Final kimi anlar bizə göstərir ki, insanlara inkişaf etmək üçün imkan yaradıldıqda, onların təsiri həmin məkanla məhdudlaşmır
," – Reinvantage şirkətinin Baş Yenidənkəşf direktoru Endryu Vrobel dedi.

Tədbir bütün iştirakçılar üçün açıqdır və öncədən qeydiyyatdan tələb olunmur. Qadın liderliyinin gələcəyinə şahidlik etmək, yeni ideyalarla tanış olmaq və güclü sahibkarlıq icmasının bir hissəsi olmaq üçün oktyabrın 3-ü, saat 10:00-dan 15:30-a qədər (CEST) canlı yayıma qoşulun. Qoşulmaq üçün keçid linki hakatonun əsas səhifəsində verilib: https://shesnext.emergingeurope.org/hackathon2025/.


Visa haqqında məlumat

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla visa.com.az saytında tanış ola bilərsiniz.

Reinvantage haqqında

Reinvantage, insanlara və təşkilatlara dəyişiklikləri qabaqcadan proqnozlaşdırmağa, aktuallığını qorumağa və gələcəyi dizayn etməyə kömək edən strateji yenidənkəşf şirkətidir. O, düşüncə tərzindən tutmuş strategiyaya qədər hər səviyyədə yenidənkəşfi dəstəkləmək üçün uyğunlaşdırılmış məsləhətləri gələcəyə hesablanmış təhlillərlə birləşdirir. Reinvantage həmçinin regionda innovasiyalara və davamlı inkişafa yönəlmiş uzunmüddətli proqram olan Emerging Europe-u idarə edir. Emerging Europe təşəbbüsü ilə Reinvantage She’s Next platformasını gücləndirir. Bu inteqrə edilmiş model hər bir proqramın, tərəfdaşlığın və ya təşəbbüsün real dünya aktuallığına və uzunmüddətli təsirə əsaslanmasını təmin edir. Ətraflı məlumat: reinvantage.org