- Crypto.com-un "Visa Masters of Movement" hərracında 5 futbol əfsanəsinin vurduğu möhtəşəm qollardan ilhamlanan NFT-lər təqdim olunur, hərracdan gələn bütün gəlir isə Böyük Britaniyanın "Street Child United" xeyriyyə təşkilatının hesabına köçürüləcək.
- Azarkeşlər Qətərin paytaxtı Dohada FİFA Fan Fest™ rəqəmsal meydançasında öz rəqəmsal təsvirlərini yarada biləcəklər.
Visa və Crypto.com Qətərdə keçiriləcək futbol üzrə 2022 FİFA Dünya Kuboku™ ərəfəsində azarkeşlərə unudulmaz təcrübə yaşatmaq üçün futbol, incəsənət və NFT-ni bir araya gətirir
Bakı, 4 noyabr 2022-ci il — FİFA-nın ödəmə xidmətləri üzrə eksklüziv partnyoru olan Visa (V: NYSE) NFT hərracını və Qətərdə keçiriləcək futbol üzrə 2022 FİFA Dünya Kubokunun™ azarkeşləri üçün immersiv fəaliyyəti özündə birləşdirən və öz sinfində ilk olan "Visa Masters of Movement" hibrid layihəsini təqdim etdi. "Visa Masters of Movement" hərracında 5 əfsanəvi futbolçunun vurduğu və hazırda Crypto.com saytında mövcud olan unikal NFT-lərə çevrilmiş ikonik qollardan ilhamlanan rəqəmsal incəsənət təqdim olunur. Bu ay Dohada keçiriləcək FİFA Fan Fest™ çərçivəsində "Visa Masters of Movement" layihəsi interaktiv meydançada canlandırılacaq və azarkeşlərə sevimli futbol fəndlərindən ilhamlanaraq öz rəqəmsal incəsənət əsərlərini yaratmaq imkanı verəcəkdir. Azarkeşlər Qətərdə keçiriləcək futbol üzrə 2022 FİFA Dünya Kubokuna™ sponsorluq edən rəsmi kriptovalyuta treydinq platforması olan Crypto.com ilə birgə yaratdıqları rəqəmsal incəsənət əsasında öz NFT-lərini buraxa biləcəklər.
"Visa Movement Masters", ikonik futbol matçlarının izlənilməsindən yaranan təəssüratın rəqəmsal incəsənət formasında unikal şəkildə yenidən yaradılmasıdır. Biz göstərmək istəyirik ki, Visa, ən yaxşı futbolçuların matçlarda meydançada hərəkət etdiyi kimi, pulun da bütün dünyada səlis və qüsursuz hərəkətini mümkün edir", — Visa şirkətinin Fars körfəzi ölkələrindəki Baş vitse-prezidenti və regional meneceri Səidə Cəfər belə deyib. "Dünyanın Qətərdə keçiriləcək futbol üzrə 2022 FİFA Dünya Kubokunda™ yaxşı vaxt keçirmək üçün bir araya gəldiyi bir vaxtda, Visa şirkəti "Street Child United" xeyriyyə təşkilatına dəstək verməklə yerli sakinlərin həyatını yaxşılaşdırmaq üçün Crypto.com saytı ilə partnyorluqdan qürur duyur. İnanırıq ki, birlikdə biz istənilən məqsədə nail ola bilərik".
Visa şirkətinin vitse-prezidenti və Mərkəzi Avropa, Yaxın Şərq və Afrika ölkələrində İnnovasiyalar və Dizayn şöbəsinin rəhbəri Akşay Çopra əlavə edib: "Bütün dünyada ödəmə texnologiyaları ətrafında müzakirələrin mərkəzində duran NFT-lər kreativ iqtisadiyyata, xüsusən də incəsənət və idmana yeni impuls verib. Dünyada ilk Visa NFT-sinin buraxıldığı region olaraq, biz "NFT Masters of Movement"in Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika (CEMEA) regionu üzrə İnnovasiya Mərkəzimizdə istifadəyə verilməsindən şadıq və bu heyrətamiz təcrübəni hər yerdə və hər kəslə bölüşməkdən məmnunuq".
Crypto.com saytında treydinqdə iştirak edin
Noyabrın 1-dən (12:00 GMT) noyabrın 8-dək (21:00 GMT) futbol azarkeşləri Crypto.com saytında "NFT Visa Masters of Movement" treydinqində iştirak edə bilərlər. Hərracda futbol üzrə FİFA Dünya Kuboku™ və qadınlar arasında futbol üzrə FİFA Dünya Kuboku™ matçlarında əfsanəvi futbolçuların ikonik qollarından ilhamlanan 5 unikal incəsənət əsəri təqdim olunur: Xared Borxetti, Tim Kehill, Karli Lloyd, Maykl Ouen və Maksi Rodriqes kimi əfsanəvi futbolçuların qolları NFT-yə çevrilmişdir. Rəqəmsal incəsənət əsərləri mükafatlı "XK Studios" şirkəti tərəfindən hazırlanmış alqoritmdən istifadə edilməklə işlənib hazırlanmışdır. Şirkət ikonik futbol fəndlərini dinamik incəsənət əsərlərinə çevirmişdir.
Hərrac bitənədək hər bir NFT üçün ən yüksək təklifi verən pərəstişkarlar yüksək keyfiyyətlə çap edilmiş incəsənət faylı və NFT-nin üzərində təsvir edilmiş əfsanəvi futbolçu tərəfindən imzalanmış xatirə əşyaları ilə yanaşı, Crypto.com elektron pul kisələrinə NFT də əldə edəcəklər. Visa şirkəti hərracdan əldə edilən bütün gəliri Böyük Britaniyada qeydiyyatdan keçmiş və fəaliyyət göstərən "Street Child United" xeyriyyə təşkilatına bağışlayacaq. Həmin təşkilatın missiyası bütün dünyada küçə uşaqlarının üzləşdiyi geniş yayılmış stiqma ilə mübarizə aparmaqdır.
"Biz azarkeşlərə futbol üzrə 2022 FİFA Dünya Kuboku™ ilə tanış olmaq üçün yeni üsul təqdim etmək və "Street Child United" xeyriyyə təşkilatına kömək etmək üçün Visa şirkəti ilə əməkdaşlıq etməkdən məmnunuq", — Crypto.com saytının Yaxın Şərq və Afrika üzrə Baş icraçı direktoru Stüart İsted belə deyib. "Biz oyunu incəsənət vasitəsilə canlandırmaq üçün bu cür məşhur dünya brendləri və futbol əfsanələri ilə əməkdaşlıq etməkdən böyük şərəf hissi duyuruq".
Əfsanəvi avstraliyalı futbolçu Tim Kehill isə belə deyib: ""Visa Masters of Movement"də oyunçular rəssamlar, oyun meydançası isə onların kətan çərçivəsidir. Ən yaddaqalan qollarımdan birinin rəqəmsal incəsənətə çevrildiyini, sonra isə NFT-yə çevrildiyini görmək inanılmazdır. Düşünürəm ki, ən təsiredici məqam hərracın cəmiyyətin maraqlarına yönəldilməsidir: bütün gəlirlər "Street Child United" xeyriyyə təşkilatına gedəcək. Mən bunun bir hissəsi olmaqdan və ictimaiyyəti dəstəkləmək üçün belə unikal imkanlar yaradan Visa və Crypto.com kimi brendlərlə işləməkdən qürur duyuram."
Azarkeşlər FİFA Fan Fest™ zamanı yaradırlar
Visa şirkəti Dohada (19 noyabr - 18 dekabr) keçiriləcək FİFA Fan Fest™ festifalı çərçivəsində minlərlə azarkeşi "Visa Masters of Movement" məkanında öz ikonik fəndlərini canlandırmağa dəvət edir. Azarkeşlər öz hərəkətlərini qeydə almaq və rəqəmsal incəsənətə çevirmək üçün izləmə texnologiyası ilə təchiz edilmiş rəqəmsal LED meydançaya çıxacaqlar. Azarkeşlərə fərdiləşdirilmiş dinamik incəsənət əsərləri yaratmaq üçün digər azarkeşlərlə oynayaraq qol vurmağa və bacarıqlarını nümayiş etdirməyə imkan verilməsi ilə yanaşı, onlar həmçinin öz sevimli milli komandalarının rəngləri əsasında rəng sxemi seçə bilərlər. Nəticədə ortaya çıxan təsvirlər suvenir kimi elektron poçt ünvanına göndəriləcək, arzu edən fanatlar isə öz sinfində yeganə olan NFT sikkəsi şəklində yaradılmış rəqəmsal təsvirləri də əldə edə bilərlər.
Azarkeşlər "Visa Masters of Movement" immersiv proqramı vasitəsilə Visa şirkətinin bütün dünyada pul köçürməsinin yeni üsulları, o cümlədən kriptovalyutalar və daha çox insanı qlobal iqtisadiyyata bağlayan digər rəqəmsal həllər kimi yeni texnologiyaları barədə məlumat əldə edəcəklər.
Visa şirkəti 2007-ci ildən FİFA-nın ödəmə xidmətləri üzrə rəsmi partnyorudur. Bütün dünyada kişilər və qadınlar arasında futbolun qlobal dəstəkçisi olan Visa şirkəti, istər Qətərə gəlməsi gözlənilən 1 milyon insan, istərsə də bütün dünyada builki turniri izləyəcək 5 milyard tamaşaçı olsun, bütün insanları bu prosesə yaxınlaşdırmağa çalışır. Ödəmələrdə həmişə bir addım irəlidə olan Visa, FİFA-nın rəsmi stadionlarına innovativ ödəmə texnologiyalarını gətirir və "Financial Football" (maraqlı virtual futbol turnirində əyləncə və təhsil xüsusiyyətlərini birləşdirən video oyun) kimi proqramlar vasitəsilə idmanın gücü ilə həyat keyfiyyətini yüksəltmək öhdəliyini daha da inkişaf etdirməyə çalışır.
Əlavə məlumat üçün "Visa Masters of Movement" vebsaytına daxil olun və Visa.com saytında futbol üzrə 2022 FİFA Dünya Kuboku™ ilə bağlı yenilikləri izləyin.
Visa korporasiyası
Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla Visa.com.az saytında tanış ola bilərsiniz visa.com.az.
CRYPTO.COM ŞİRKƏTİ HAQQINDA
2016-cı ildə yaradılan Crypto.com 50 milyondan çox müştəriyə xidmətgöstərir və dünyanın ən sürətlə böyüyən qlobal kriptovalyuta platformasıdır.Vizyonumuz sadədir: Hər pul kisəsində kriptovalyuta™. Təhlükəsizlik, məxfilik vənormalara uyğunluq təməli üzərində qurulan Crypto.com şirkəti innovasiyalarvasitəsilə kriptovalyutaların tətbiqini sürətləndirməyi və gələcək nəsilquruculara, müəlliflərə və sahibkarlara daha ədalətli və bərabərhüquqlu rəqəmsalekosistem qurmağa imkan verməyi hədəfləyir. Daha ətraflı məlumatı https://crypto.com saytından əldə edə bilərsiniz.
KİV-lər üçün əlaqə:
Daniil Pavlenko
Visa-nın Mərkəzi Asiya və Azərbaycanda korporativ kommunikasiyası üzrə baş meneceri
[email protected]
Elina Əhmədova
[email protected]
+994 50 244 46 74