Kristina Doroş Azərbaycanı və 16 digər ölkəni daxil edən Visa-nın regional bölməsinə rəhbər təyin olundu

Rəqəmsal ödəmələrdə dünya lideri olan Visa şirkəti Ukrayna, Gürcüstan, MDB və Cənubi-Şərqi Avropa (CŞA) ölkələri bazarlarında yeni təyinatı elan etdi

BAKI, 5 mart 2024 — Visa, 17 ölkəni əhatə edən böyük region üzrə Baş vitse-prezident və Regional menecer vəzifələrinə xanım Kristina Doroşu təyin etdi. X-m Doroş, şirkətin Mərkəzi Asiya və Azərbaycanda biznes fəaliyyətini istiqamətləndirməyə davam etməklə yanaşı, Cənubi və Şərqi Avropa, Qafqaz, Ukrayna və Moldova regionunda Visa-nın fəaliyyəti və strateji inkişafına cavabdeh olacaq.

Kristina Doroşun dünyanın aparıcı maliyyə müəssisələrində 20 ildən çox iş təcrübəsi var. 2016 ildə Visa-ya qoşularaq o, əsas (debit, kredit və premium) kart məhsulları, sədaqət proqramlarının işlənilməsi, rəqəmsal həllər və ödəyici təşəbbüsü ilə ödənişlər (push payments) istiqamətlərini əhatə edən regional komandaya rəhbərlik etməyə başladı.

Yeni təyinatı şərh edərək, Visa-nın Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) regionu üzrə prezidenti Əndryu Torre bunları söylədi: “Kristinanı Ukrayna, Gürcüstan, MDB və CŞA ölkələri regionunun yeni başçısı qismində salamlamağa çox şadıq! 20 ildən artıq maliyyə sektoru təcrübəsinə, o cümlədən Visa-da 9 illik iş stajına malik Kristinanın zəngin liderlik səriştəsi ödəmələrdə innovasiyaları sürətləndirməyə kömək edəcək. İnanılmaz tərəqqi və olduqca geniş imkanlarla səciyyələnən hazırkı dövrdə Krisitina, iddialı yerli komandalarımızla birgə, bazarın böyüməsinə və strateji dövlət və özəl tərəfdaşlıqların inkişafına doğru təsirli irəliləyişlərə imza atacaq.”

Visa biznes əməliyyatları üçün böyük məsuliyyəti qəbul edərək, daha geniş miqyasda müştəri və tərəfdaşlarımızla sıx işbirliyi qurmağa, regionda yenilikçi ödəmə həllərinin sayını artırmağa və Visa-nın innovativ şəbəkəsi vasitəsilə sürətli, təhlükəsiz və rahat pul hərəkətini təmin etməyə səy göstərəcəm”, – deyərək Kristina Doroş, Visa-nın Ukrayna, Gürcüstan, MDB və CŞA regionunda baş vitse-prezidenti və regional meneceri qeyd etdi.


Visa haqqında məlumat

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla visa.com.az saytında tanış ola bilərsiniz.

KİV-lərin sorğuları üçün:
Daniil Pavlenko
Visa-nın Mərkəzi Asiya və Azərbaycanda korporativ kommunikasiyası üzrə baş meneceri
[email protected]
Elina Əhmədova
[email protected]
+994 50 244 46 74