Visa və Kapital Bank “Visa B2B Connect” şəbəkəsinin əhatəsini Azərbaycana genişləndirirlər
Bakı, 6 may 2021 — Rəqəmsal ödənişlərdə dünya lideri olan Visa şirkəti bu gün elan etdi ki, Kapital Bank ilə tərəfdaşlıqda Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini istifadəyə verib. Bu xidmət Kapital Banka və onun korporativ və biznes müştərilərinə beynəlxalq köçürmələri daha sürətli, təhlükəsiz və aşağı əməliyyat xərcləri ilə həyata keçirməyə imkan verir. İnnovativ qeyri-kart platforması qlobal korporativ ödənişlərin həyata keçirilməsini xeyli asanlaşdırır, çünki köçürməni göndərən bank əməliyyatları birbaşa benefisiar bankda icra etməklə bahalı proseslərdən qurtarır və coğrafi məhdudiyyətləri aşır və bütün iştirakçılar üçün daha təkmil və qırılmasız təcrübə təmin edir.
Visa B2B Connect sistemi hesablaşmalar zamanı olan mövcud məhdudiyyətləri aradan qaldıraraq, köçürmə sürətini əhəmiyyətli dərəcədə artırır. Platforma eyni zamanda vəsaiti göndərənlərə və alanlara köçürmələrin şəffaflığını və öncəgörülə bilinməsini artırır, göndərən bankdan qəbul edən bankadək ödənişin cari vəziyyətini az qala real zamanda izləməyə imkan yaradır. Nəticə etibarilə, köçürmələrin sürəti və dəqiqliyi artır, habelə və pul axınına nəzarət və onların idarə olunması təkmilləşdirilir və sadələşdirilr.
“Visa B2B Connect – transsərhəd korporativ korporativ köçürmələrdə mövcud olan məhdudiyyətləri aradan qaldırmaq məqsədilə xüsusən işlənib hazırlanmış sürətli, təhlükəsiz və səmərəli platformadır”, – deyərək Visa şirkətinin Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda biznes həllər üzrə vitse-prezidenti Rakesh Khanna /Rakeş Khanna/ şərh verdi. – “Tərəfdaşımız olan Kapital Bank ilə birlikdə Visa B2B Connect platformasının Azərbaycana gətirməsinə şadıq. Azərbaycan Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika (MŞAYŞA) regionunda bu sistemi istifadəyə verən ilk ölkədir. Bu həll rəqəmsal innovasiyaların miqyasını artırmağa, eləcə də ölkədə fəaliyyət göstərən maliyyə təşkilatlarının və onların korporativ müştərilərinin effektivliyini artırmağa imkan verəcək. Visa şirkətinin məramı MŞAYŞA ölkələrində Visa B2B Connect platformasının istifadəsini genişləndirərək maliyyə sektorunun iqtisadiyyatın və ticarətin etibarlı təkanverici qüvvəsi kimi dəyərini artırmaqdır”.
Təkmilləşdirilmiş təhlükəsizlik və dələduzluqdan qorunma da bu unikal platformanın əsas xüsusiyyətləri sırasındadır. Bank rekvizitləri və hesab nömrələri kimi məxfi biznes məlumatlarını tokenləşdirən Visa B2B Connect xidmətinin rəqəmsal eyniləşdirmə funksiyası sayəsində, bu xidmətdən yararlanan şirkət qlobal ekosistemdə əməliyyatların aparılması üçün unikal identifikator əldə etməklə dələduzluğun ehtimalını azaldır. Visa B2B Connect həmçinin qapalı sistemlərin məhdudiyyətlərini aradan qaldırır, çünki o, mövcud olan başqa ödəmə sistemləri və xidmətləri ilə uyğunluq təşkil edir və onlarla rahat işləyir.
“Biz çox sevinirik ki, Visa B2B Connect xidmətini Azərbaycanda təqdim edirik, çünki onunla biz korporativ və biznes müştərilərimizə sürətli və təhlükəsiz beynəlxalq köçürmələr imkanını veririk,” – deyərək Kapital Bankın idarә heyәtinin sәdr müavini, bankın informasiya texnologiyaları üzrә baş direktoru Nahid Zeynalov şərh verdi. – Əminik ki, bu innovativ ödəmə həllinin köməyi ilə bankımız milli sahibkarlığın gücləndirilməsinə və ölkəmizin rəqəmsal transformasiyasına xidmət etmiş olacaq. Visa ilə birlikdə biz daima innovasiyalar təqdim etmək əzmindəyik və getdikcə daha açıq, şəffaf və qarşılıqlı asılılığı artan qlobal ödəmə ekosisteminin yüksək standartlarına cavab verməyə çalışırıq”.
Hal-hazırda Visa B2B Connect texnologiyası dünyanın 80-dən çox bazarında mövcuddur.
“Visa B2B Connect beynəlxalq köçürmələrə aid olan ümumi xərcləri azaltmağa imkan verir. Nəticədə, tərəfdaş banklarımız və onların korporativ müştəriləri əlavə qənaət əldə edir və səmərəliliyi artırırlar,” – Visa şirkәtinin Qafqaz regional meneceri Cristina Doros /Kristina Doroş/ vurğuladı. – “Tərəfdaşımız Kapital Bank ilə birgə bu platformanın əhatəsini Azərbaycana genişləndirməkdən məmnunluq duyuruq. Visa Azərbaycana innovativ həlləri gətirməkdə davam edərək yerli iqtisadiyyatın və biznesin effektivliyini və dayanıqlığını artırmağa kömək edir”.
Visa B2B Connect haqqında mәlumat
Visa B2B Connect şəbəkəsi korporativ və biznes müştərilərə beynəlxalq köçürmələri daha sürətli, təhlükəsiz və aşağı əməliyyat xərcləri ilə həyata keçirməyə imkan verən qlobal innovativ qeyri-kart platformasıdır. “Biri-çoxuna” birləşməsindən istifadə edərək, Visa B2B Connect şəbəkəsi ödənişin emalı üçün tələb olunan müxbir köçürmələrinin sayını azaldır. Beləliklə, bu texnologiya transsərhəd köçürmələrə edilən xərcləri optimallaşdırmağa imkan verir, maliyyə təsisatlarını və onların müştərilərini hər bir əməliyyatla bağlı komissiyalar barədə şəffaf şəkildə məlumatlandırır və şirkətlərə pul axınlarını səmərəli idarə etməyə imkan verir. Visa B2B Connect platforması həmçinin bu platformaya qoşulmamış banklara köçürmələr göndərmək üçün istifadə oluna bilər.
Visa B2B Connect və ona qoşulması haqqında əlavə məlumat ilə www.visa.com/visab2bconnect saytında tanış ola bilərsiniz.
Visa korporasiyası haqqında mәlumat
Visa Inc. (NYSE: V)[1] rəqəmsal ödənişlərdə dünya lideridir. Missiyamız ən innovativ, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçılar, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanları təmin etməkdir. Bizim ən qabaqcıl qlobal texnoloji şəbəkəmiz olan VisaNet bütün dünyada ödənişlərin etibarlı və təhlükəsiz şəkildə həyata keçirilməsinə imkan verir, və saniyədə 65 000-dən çox əməliyyat emal etmək iqtidarındadır. Visa şirkətinin innovasiyalara sürəkli fokusu “connected commerce”, yəni bağlantılı ticarətin sürətli artımı üçün katalizator rolunu oynayır: şəbəkəyə qoşulmuş istənilən bir cihaz ödəniş həyata keçirə bilərsə, bu hamı üçün və hər yerdə nağdsız gələcəyi yaxınlaşdırır. Analoq texnologiyalarından rəqəmsal sistemlərə keçid baş verdikcə, Visa öz brendi, məhsulları, mütəxəssisləri, şəbəkəsi və miqyasından istifadə edərək ticarətin transformasiyasına nail olur. Əlavə məlumat üçün: usa.visa.com/about-visa, www.visa.com.az, https://www.facebook.com/visaazerbaijan.
Kapital Bank haqqında mәlumat
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
KİV sorğuları üçün әlaqә:
Anna Serdyuk | Pәrviz Sәdrәddinov |
Korporativ əlaqələr üzrə direktor, | İctimai əlaqələr üzrə menecer, Kapital Bank |
Visa MDB və Cənub-Şərqi Asiya | Tel.: +994 12 598 12 95 |
Tel.: +38044 22 00 300 | [email protected] |
[email protected] |
[1] Nyu-York fond birjasında V simvolu ilə tanınır.