Visa şirkəti Bakıda beynəlxalq Cashless Forum keçirəcək
14 martda Visa-nın regional miqyasda ən mühüm tədbirlərindən birində toplaşacaq 300-dən çox iştirakçı Azərbaycanda və dünyada rəqəmsal ödəmələrin inkişafını və nağdsız iqtisadiyyatın gələcəyini müzakirə edəcəklər
BAKI, 7 mart 2024 — Beynəlxalq Visa Cashless Forum 2024 (“Visa Nağdsız Forumu”) 14 mart 2024 il tarixində Azərbaycanın paytaxtı Bakıda baş tutacaq. Azərbaycanın mütərəqqi gələcəyə və nağdsız iqtisadiyyata doğru sürətlə irəliləyən müasir ölkə olduğunu bir daha vurğulamaq üçün bu ilki tədbir Digital Azerbaijan (“Rəqəmsal Azərbaycan”) şüarı altında keçiriləcək.
Visa Cashless Forum maliyyə sənayesində ən son tendensiyalara həsr olunmuş Visa-nın Mərkəzi Asiya və Cənub-Şərqi Avropa regionunda ən mühüm toplantılarından biridir. Rəqəmsal ödəmələrin və nağdsız iqtisadiyyatın gələcəyi, Azərbaycanın maliyyə bazarının və bank sektorunun transformasiyası, həmçinin yeni texnologiyalar və innovativ ödəmə həlləri ətrafında fikir mübadiləsi aparmaq üçün 2024 ildə Foruma 300-dən artıq iştirakçı qatılacaq. Visa şirkətinin top-menecerləri, dövlət və özəl sektorunun nümayəndələri, eləcə də ödəmə texnologiyaları və maliyyə bazarları üzrə beynəlxalq və regional ekspertlər tədbirin məruzəçiləri arasında yer alacaqlar.
“Visa şirkəti üçün Azərbaycan strateji əhəmiyyət kəsb edən bir bazardır. Dövlət və özəl sektorları təmsil edən tərəfdaşlarımızla birlikdə Visa artıq 27 ildir ki, Azərbaycanda innovativ ödəmə texnologiyalarını işləyib tətbiq edir. Məsələn, son illər ərzində Visa şirkəti, Apple Pay və Google Pay ödəmə həllərinin tətbiqi üçün infrastrukturu yaratmağa imkan verən Visa Token Service texnologiyasını, eləcə də B2B Connect həllini, dəmir yolunda təmassız ödənişləri və bir çox digər yenilikləri ölkəyə təqdim etdi, – deyərək Visa-nın Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropada baş vitse-prezidenti və regional meneceri Kristina Doroş şərh verdi. – 2024 ildə biz böyük məmnuniyyətlə Azərbaycanda artıq ikinci Visa Cashless Forum toplantısını təşkil edirik. Əminəm ki, ölkənin iqtisadiyyatını inkişaf etdirməyə, innovativ həlləri və texnologiyaları tətbiq etməyə davam etmək üçün tədbirimiz təcrübələrin, biliklərin, yeni çözümlərin mübadiləsi üçün uğurlu bir platformaya çevriləcək.”
Visa Cashless Forum 2024 haqqında daha ətraflı məlumat tədbirin saytında (keçid) əldə edə bilərsiniz. Forumda iştirak üçün qeydiyyatı bu keçidlə edə bilərsiniz.
Visa Cashless Forumunun rəsmi informasiya tərəfdaşı Nargis jurnalıdır.
Visa haqqında məlumat
Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla visa.com.az saytında tanış ola bilərsiniz.
Visa-nın Mərkəzi Asiya və Azərbaycanda korporativ kommunikasiyası üzrə baş meneceri
[email protected]