Azərbaycan startapı She's Next Hackathon 2025-in Əsas Mükafatını qazandı
Bakı, 14 oktyabr 2025-ci il – Rəqəmsal ödənişlər üzrə dünya lideri olan Visa, tərəfdaşı Reinvantage ilə birlikdə oktyabrın 3-də ilk beynəlxalq She's Next Hackathon 2025-in Böyük Finalına ev sahibliyi etdi.
Proqram 17 ölkədən 1750 iştirakçını bir araya gətirdi. İştirakçılar təcrübəli biznes ekspertlərinin dəstəyi ilə sahibkarlıq bacarıqlarını artırmaq imkanı əldə etdilər. Təxminən bir aylıq intensiv öyrənmə və mentorluqdan sonra qadınların rəhbərlik etdiyi 10 komanda öz layihələrini peşəkar münsiflər heyəti və Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqazı əhatə edən canlı auditoriya qarşısında təqdim etdilər.
Geniş təsirə malik Böyük Final bütün regionda əks-səda doğurmaqla diqqəti təkcə innovativ biznes ideyalarına deyil, həm də iqtisadi artım və sosial transformasiyanın aparıcı qüvvəsi kimi qadınların daha geniş roluna cəlb etdi. Qadınların rəhbərlik etdiyi müəssisələrə xüsusi diqqətin yetirildiyi She's Next Hackathon 2025-də maneələrin aradan qaldırılmasına və qadın liderlərin gələcək nəsillərinin ruhlandırılmasına kömək etməklə sahibkarlıqda bərabər imkanların vacibliyi vurğulandı.
"Altogether", Ramazanova Bahar Nadir qızının rəhbərlik etdiyi, süni intellektlə işləyən hüquqi və kommersiya alətləri, komplayens auditləri və bütün dünyada əlilliyi olan şəxslər üçün əlçatanlığı artırmaq məqsədilə dəstək resursları təqdim edən Azərbaycan şirkəti Əsas Qalib seçilməklə 10 000 ABŞ dolları məbləğində Əsas Mükafatı aldı.
“She’s Next Empowered 2025 hakatonu mənim üçün həm ruhlandırıcı, həm də transformativ bir təcrübə oldu. Hakatonda inklüzivliyi innovasiya ilə necə birləşdirə biləcəyimizi öyrəndik və inanılmaz ekspertlər, mentorlar, həmçinin müxtəlif təsisçilərlə tanış olduq — hər biri mənə ilham verdi, onlardan hələ öyrənəcək çox şeyimiz var. Əməyimin tanınması məni “Altogether” şirkətindəki fəaliyyətimdə insanların və şirkətlərin hüquq və imkanlarını genişləndirən inklüziv və əlçatan hüquqi həllər yaratmağa daha da həvəsləndirir", — deyə "Altogether" şirkətinin təsisçisi olan qalib Bahar Ramazanova bildirib.
"She's Next Hackathon "She's Next Empowered by Visa" proqramının regional təsirini yeni zirvələrə qaldıran güclü proqram oldu. O, təkcə bacarıqların artırılması və ekspertlərin rəhbərliyi üçün platforma deyil, həm də regiondakı qadınların təcrübə mübadiləsi, əməkdaşlıq və daha böyük məqsədlər üçün bir-birinə meydan oxuya biləcəyi məkan yaratdı. Qaliblərə, finalçılara və bütün iştirakçılara uğurlar arzulayıram. Visa qadın sahibkarları dəstəkləməyə və biznesdə qadınların səsini gücləndirməyə sadiq qalmaqdadır, - deyə, Visa şirkətinin Baş vitse-prezidenti, Qrupun Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz üzrə ölkə meneceri Kristina Doros bildirib.
Qalib komandalar ümumilikdə 20 000 ABŞ dolları məbləğində maliyyə qrantlarından əlavə, sənaye liderləri ilə 3 aylıq mentorluq proqramından, Visa və Reinvantage platformaları üzrə genişləndirilmiş görünmədən, gələcək tədbirlərdə öz işlərini nümayiş etdirmək imkanlarından və She's Next icmasında davamlı tanıtımdan faydalanacaqlar.
"Münsiflər heyətinin üzvü olmaqdan və Böyük Finalda virtual səhnəyə çıxan təsirli layihələrin şahidi olmaqdan qürur duyurdum. Finalçı komandalar cəsur və innovativ ideyalarını təqdim etdilər və 3 qalib böyük potensiala malik perspektiv həlləri ilə seçildi. Müşahidə etdiyim kreativlik, qətiyyət və sahibkarlıq ruhu mənə tam əminlik verir ki, bu bizneslər böyüməyə davam edəcək, öz sənaye və icmalarına davamlı təsir göstərəcəklər", - deyə Visa şirkətinin Baş direktoru, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionu üzrə Kommersiya və Alış şöbəsinin rəhbəri Nataliya Voyitoviç bildirib.
“She's Next Hackathon 2025-in real nəticəsi sadəcə yeni ideyalar deyil, yeni inamdır. Qadınlar bir-birinə dəstək olduqda, onlar sadəcə biznes qurmurlar; onlar iqtisadiyyatın bütün sahələrini irəli aparan yeni düşüncə mədəniyyəti qururlar. She’s Next qadınların qadınların əməkdaşlıq edərkən məkan uğrunda rəqabət aparmadıqlarının, əvəzində daha çox məkan yaratdıqlarının sübutudur. Burada gördüyümüz etimad və yeni düşüncə bu hakatondan çox-çox uzaqlarda əks-səda doğuracaq", - deyə, "Reinvantage"in Yeni düşüncə üzrə Baş direktoru Endryu Vrobel bildirib.
She's Next Hackathon qadın sahibkarlara bizneslərini genişləndirməkdə və inkişaf etdirməkdə dəstək verən, Visa tərəfindən gücləndirilmiş qlobal təşəbbüs çərçivəsində keçirilib.

Visa haqqında məlumat
Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla visa.com.az saytında tanış ola bilərsiniz.
Reinvantage haqqında
Reinvantage, insanlara və təşkilatlara dəyişiklikləri qabaqcadan proqnozlaşdırmağa, aktuallığını qorumağa və gələcəyi dizayn etməyə kömək edən strateji yenidənkəşf şirkətidir. O, düşüncə tərzindən tutmuş strategiyaya qədər hər səviyyədə yenidənkəşfi dəstəkləmək üçün uyğunlaşdırılmış məsləhətləri gələcəyə hesablanmış təhlillərlə birləşdirir. Reinvantage həmçinin regionda innovasiyalara və davamlı inkişafa yönəlmiş uzunmüddətli proqram olan Emerging Europe-u idarə edir. Emerging Europe təşəbbüsü ilə Reinvantage She’s Next platformasını gücləndirir. Bu inteqrə edilmiş model hər bir proqramın, tərəfdaşlığın və ya təşəbbüsün real dünya aktuallığına və uzunmüddətli təsirə əsaslanmasını təmin edir. Ətraflı məlumat: reinvantage.org