Tariq Abdulla Visa-nın Azərbaycanı daxil edən Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika bölgəsi üzrə yeni marketinq direktoru təyin olundu
Azərbaycan, 18 may 2023 – Bu gün Visa Tariq Abdulla baş vitse-prezident və Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) regionu üzrə marketinq direktoru vəzifəsinə təyin olunmasını rəsmən elan etdi. CEMEA regionuna Azərbaycan da daxildi. Tariq Abdulla artıq 2 maydan etibarən bu vəzifəni icra edir.
Visa-nın qlobal marketinq direktoru Frənk Kuperin rəhbərliyi altında Tariq Abdulla Visa-nın Dubaydakı (BƏƏ) regional ofisində çalışaraq, CEMEA regionunda əhatə dairəmizi genişləndirməyə, məhsul, xidmət və həllərimizə tələbatı təşviq etməyə, müxtəlif kampaniyalar və təbliğat fəaliyyətləri vasitəsilə məqsədlərimizi yaxınlaşdırmağa, eləcə qlobal sponsorluq təşəbbüsləri yolu ilə dəyərlərimizi gücləndirməyə kömək edəcək.
“Tariq bizə maraqlı dövrdə qoşulur. Keçmişdə müştərilər heç vaxt Visa ilə bir brend və xidmət təchizatçısı kimi bu qədər sıx əlaqədə deyildilər. İndi Visa onlar üçün gündəlik həyatda və biznesdə daima yeni imkanlar yaradır və onları genişləndirir,” - Visa-nın Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika üzrə regional prezidenti Əndryu Torre qeyd etdi.
Tariq 20 ildən artıq bir müddətdə topladığı zəngin təcrübəni Visa-ya gətitir. Öncədən o, Yaxın Şərq – Afrika – Cənubi Asiya regionunda TikTok-un baş meneceri vəzifəsində çalışaraq, 9 regional ofisdə müvafiq komandalara rəhbərlik edib, kontent strategiyası, marketinq və tərəfdaşlıqların məharətli kombinasiyası vasitəsilə istifadəçilərin və mənfəətliliyin artmasına, platformanın uğurlu kommersiyalaşmasına nail oldu.
Bundan əvvəl Tariq 10 il ərzində Google şirkətində müxtəlif vəzifələrdə, ən son regional marketinq direktoru vəzifəsində çalışıb, Avropa, Yaxın Şərq və Afrikanın inkişaf edən bazarlarda marketinq komandalarına rəhbərlik edib.
“Rəqəmsal ödəmələrdə dünya lideri və ən etibarlı brendlərdən biri olan Visa-ya qoşulmağıma çox sevinirəm, – Tariq təyin olunduqda söylədi. – Visa-nın məramını – ödəmələrin edilməsi və qəbulu üçün ən mükəmməl bir vasitəyə çevrilərək bütün insanların rifahına töhfə etmək – həyata keçirmək naminə işləmək imkanını səbirsizliklə gözləyirəm.”
Tariq Böyük Britaniyanın Şeffild biznes məktəbindən biznes inzabatçılığı magistri dərəcəsini, Beynəlxalq reklam assosiasiyasının əlavə təhsil diplomunu almazdan öncə Qahirədə Amerika universitetinin fərqləndirmə ilə bakalavr dərəcəsi ilə bitirib. Evlidir, iki övladı var. Mütaliə və səyahət etməyi xoşlayır, avtomobil idmanının həvəskarıdır.
Visa haqqında məlumat
Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla Visa.com.az saytında tanış ola bilərsiniz.