- 5300-dən çox təmassız ödəmə terminalı FIFA Dünya Kuboku Qətər 2022™-ni FIFA yarışları tarixində ən rahat ödəməli turnirə çevirəcək
- Visa ani debit kartları, animasiyalı “kart incəsənəti” və üz cizgiləri əsasında biometrik eyniləşdirmə kimi ödəmə innovasiyalarının pilot tətbiqini keçirəcək
Visa FIFA Dünya Kuboku Qətər 2022™-yə yeni ödəmə təcrübələrini gətirir
DOHA, QƏTƏR – 18 noyabr 2022 – Bütün dünya Qətərdə baş tutacaq FIFA Dünya Kuboku 2022™-nin intizarında olduqca, Futbol Assosiasiyalarının Beynəlxalq Federasiyası FIFA-nın rəsmi ödəmə texnologiyaları tərəfdaşı olan Visa korporasiyası yarışın bütün rəsmi arenalarında, o cümlədən oyunlar keçiriləcək səkkiz stadionda və FIFA Fan Festival™ məkanında təmassız alış-verişi dəstəkləyən ödənişlər şəbəkəsini tam hazırlıq vəziyyətinə gətirib.
Futbol üzrə dünya çempionatını izləmək üçün Qətərə səfər edəcəyi gözlənilən bir milyondan çox azarkeşə nəzərən, Visa rəsmi FIFA məkanlarında 5300 təmassız ödəmə terminalı quraşdıraraq FIFA Dünya Kuboku Qətər 2022™-ni FIFA yarışlarının tarixində ən rahat ödəməli turnirə çevirməyə müvəffəq olub. Bundan əlavə, azarkeşlərə asan və təhlükəsiz rəqəmsal ödəmələri təmin etmək məqsədilə Visa Qətərdə bir sıra ödəmə innovasiyalarını sınaqdan keçirəcək.
FIFA Dünya Kuboku™ Visa üçün yeni texnologiyaları sərgiləmək və sınaqdan keçirmək, azarkeşlərin istifadə təcrübələrini zənginləşdirmək və kiçik biznes sahibləri tərəfindən elektron ödənişlərin qəbulunu asanlaşdıraraq turnirə ev sahibliyi edən ölkədə davamlı iz qoymaq üçün gözəl bir fürsətdir. Visa Qətərə bir sıra rəqəmsal ödəmə çözümləri, o cümlədən bir neçə ən yeni pilot həllərini gətirərək Visa ilə ödənişlərin gələcəyini nümayiş etdirəcək.
- Pay with Your Face (“Üzünlə ödə”): Qətərdə ödəmələr üçün ilk dəfə istifadə olunacaq sifət tanınması texnologiyası Qətər Milli Bankı və POP ID arasında əməkdaşlığın Visa tokenləşməsi ilə dəstəklənən bəhrəsidir. Bu həll ilkin qeydiyyatdan keçmiş istifadəçilərə fiziki kart və ya mobil telefonu göstərmədən sadəcə üzləri ilə ödənişləri təsdiq etməyə imkan verir. Bu texnologiyanın pilot tətbiqi Flat White Specialty Coffee kafesinin 3 məkanında baş yer alacaq.
- Animasiyalı kart incəsənəti: Hazırda müştərilər hər şeyi ani əldə etməyə öyrəşdiyindən Visa məhdud sayda kart sahibləri üçün rəqəmsal kart buraxılışını Dohada sınaqdan keçirəcək. Sadəcə QR kodunu skan edəndən dərhal sonra müştərilərə onların mobil pul kisələrinə əlavə edilə biləcəkləri rəqəmsal debit kartı veriləcək. Rəqəmsal kart üzərində dünya çempionatının rəsmi talismanı Layebin yer alacağı animasiyalı kart incəsənəti əks olunacaq. Beləliklə gələcəkdə adi hala çevriləcək Visa kartlarının fərdiləşməsi və onlara rəqəmsal animasiya əlavə edilməsinin ilk nümayişi məhz Qətərdə baş tutacaq.
- KOB-lar üçün ödənişlərin daha asan qəbulu: Üç Qətər bankı ilə tərəfdaşlıqda tətbiq olunan Visa-nın Tap to Phone (“Telefonla ödəniş qəbul et”) texnologiyası gözlənilən turist axınından faydalanmaq istəyən Qətər biznes sahibləri üçün rəqəmsal ödənişləri qəbul etməyi asanlaşdıracaq. Tap to Phone texnologiyası satıcılara artıq sahib olduqları Android NFC ilə təchiz olunmuş cihazlardan istifadə edərək təmassız ödənişləri qəbul etmək imkanını verir. Bunun üçün onlar sadəcə müvafiq tətbiqi cihazlarına yükləməlidirlər.
- Dohada Tap to Ride (“Telefonla gediş haqqını qəbul et”): FIFA Dünya Kuboku™ zamanı nəqliyyatın rəvan axınını təmin etmək təşkilatçıların əsas prioritetlərindən biridir. Visa, Qətərin Nəqliyyat Nazirliyi ilə tərəfdaşlıqda, taksilərdə təmassız ödənişlərin qəbulunu təmin edir: beləliklə, azarkeşlər və Qətər sakinləri səfərləri üçün ödənişləri daha sürətli və rahat şəkildə Visa kartları və ya smartfonlar vasitəsilə edə bilərlər.
Bu ayın əvvəlində Visa, Dohadakı FIFA Fan Festival™ məkanında quraşdırılmış interaktiv futbol meydançasında Masters of Movement (“Hərəkət ustaları”) adlı unikal hibrid təcrübəsini təqdim etmişdir. Burada azarkeşlər futbol oynadıqları zaman özlərinin uğurlu hərəkətlərini rəqəmsal incəsənət formasına salmağa imkan qazanacaqlar. Qeydiyyatdan keçmiş azarkeşlər Crypto.com saytı ilə tərəfdaşlıqda bu rəqəmsal sənət əsərlərini öz NFT-lərini həkk edə biləcəklər.
Dr. Səidə Cəfər, Visa-nın baş vitse-prezidenti və Körfəz Əməkdaşlıq Şuraşı ölkələri üzrə qrup ölkə meceri qeyd etdiyi kimi, “FIFA-nın uzunmüddətli tərəfdaşı olaraq, Visa, dünyanın hər bir yerindən Qətərə təşrif buyuran azarkeşlərə ən rahat ödəmə üsulları təqdim etməklə yanaşı, Visa Masters of Movement meydançasında futbol, incəsənət və texnologiyaların kombinasiyası kimi valehedici innovasiyaları şəxsən təcrübədən keçirtməyə imkan verir. Minlərlə təmassız ödəmə terminalı hesabına FIFA Dünya Kuboku™ ödəmə rahatlığı baxımından tarixdə ən innovativ FIFA turniri olmaqla ecazkar futbolu şəxsən seyr etmək üçün Qətərə gələcək bir milyondan çox azarkeşi heyran edəcək.”
Visa 2007 ildən etibarən FIFA-nın rəsmi ödəmə texnologiyaları tərəfdaşıdır. Kişi və qadın futbolunun qlobal təəssübkeşi olaraq, Visa istər Qətərə şəxsən səfər etmələri gözlənilən 1 milyon azarkeşə, istərsə də dünyada təxmin edilən beş milyard tamaşaçıya idman həyəcanını yaxındanlaşdırır. Rəsmi FIFA arenaları və onların ətrafındakı ən son ödəmə innovasiyaları ilə yanaşı, Visa Financial Football (“Maliyyə futbolu”) – cəld hərəkətli virtual futbol mühitində əyləncə və öyrənməni birləşdirən video oyunu kimi proqramlar vasitəsilə idmanın gücündən yararlanaraq insanların həyatını yaxşıya doğru dəyişmək üçün daima yollar arayır.
Visa-nın FIFA Dünya Kuboku™ zamanı bütün fəaliyyət istiqamətləri ilə daha ətraflı tanış olmaq üçün lütfən Visa.com saytını ziyarət edin.
Visa korporasiyası haqqında məlumat
Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla Visa.com.az saytında tanış ola bilərsiniz visa.com.az.
KİV-lər üçün əlaqə:
Daniil Pavlenko
Visa-nın Mərkəzi Asiya və Azərbaycanda korporativ kommunikasiyası üzrə baş meneceri
[email protected]
Elina Əhmədova
[email protected]
+994 50 244 46 74