Azərbaycanda beynəlxalq Visa Cashless Forum 2024 keçirildi
BAKI, 19 mart 2024 — 14 martda Azərbaycanın paytaxtı Bakı şəhərində Visa-nın Mərkəzi Asiya və Cənub-Şərqi Avropa regionunda ən mühüm toplantılarından biri – beynəlxalq Visa Cashless Forum 2024 (“Visa Nağdsız Forumu”) baş tutdu. Forum ödəmə texnologiyalarında ən son tendensiyalara həsr olunmuşdu.
Azərbaycanda nağdsız iqtisadiyyatın inkişafını, maliyyə innovasiyaları və trendləri, eləcə də rəqəmsal ödəmələrin gələcəyini müzakirə etmək üçün Foruma 300-dən artıq iştirakçı qatıldı. Visa şirkətinin top-menecerləri, dövlət və özəl sektorunun nümayəndələri, eləcə də ödəmə texnologiyaları və maliyyə bazarları üzrə beynəlxalq və regional ekspertlər tədbirin məruzəçiləri arasında yer aldılar. Visa Cashless Forum çərçivəsində həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyini tabeliyindəki Təhsilin İnkişafı Fondu və Visa şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalandı.
Digital Azerbaijan (“Rəqəmsal Azərbaycan”) şüarı altında keçirilmiş Forumda natiqlər Azərbaycanın nağdsız iqtisadiyyatın inkişafı yolu ilə inamla addımlayan müasir dövlət olduğunu vurğuladılar, eləcə də ödəmə sektorunun qlobal perspektivlərini açıqladılar. Nurlan Hacıyev, Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri qeyd etdi ki, Azərbaycan tez-tez ödəmə həllərinin buraxılışında cığıraçan olur: 2021 ildə Visa B2B Connect transsərhəd ödəmələr platformasını Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika böyük regionunun 88 dövləti arasında ilk tətbiq etmiş ölkə məhz Azərbaycan oldu.
Kristina Doroş, Visa-nın Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropada baş vitse-prezidenti və regional meneceri, 2024 ilin qlobal maliyyə trendləri – kiçik və orta bizneslərin qloballaşması, süni intellektin durmadan inkişafı, turizmin geri qayıtması barədə bəhs etdi. Uolter Lironi /Walter Lironi/, Visa-nın Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) regionunda baş vitse-prezidenti, konsaltinq və əlavə-dəyər xidmətləri bölməsinin rəhbəri, rəqəmsal ödəmələrdə regional tendensiyaları əks etdirən rəqəmlərlə paylaşdı, o cümlədən CEMEA regionunda rəqəmsal ödənişlərin 86%-inin artıq təmassız keçməsini söylədi.
Qodfri Sallivən /Godfrey Sullivan/, Visa-nın CEMEA regionunda strategiya üzrə direktoru, generativ süni intellektin biznesin inkişafı üçün istifadə perspektivləri ilə bölüşdü və qeyd etdi ki, süni intellekt əsasında alış-veriş üçün malları seçməyə kömək edən həllər artıq mövcuddur. Sanjar Süleymanov, Visa-nın Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropada baş direktoru və Visa Direct istiqamətinin başçısı, pul köçürmələrində Visa həllərinin çeşidliliyi haqda söhbət açdı.
Forum çərçivəsində həmçinin Azərbaycanda rəqəmsal transformasiyaya və fintek sektorunun inkişafına həsr olunmuş müzakirə panelləri keçirildi, habelə Tarek Əbdalla, Visa-nın CEMEA regionunda marketinq direktorunun və Dən Bakster /Dan Baxter/, Visa-nın CEMEA regionunda korporativ kommunikasiyalar üzrə vitse-prezidentinin iştirakı ilə marketinqin gələcəyi mövzusunda işgüzar müsahibə baş tutdu.
“Hər gün yüz minlərlə Azərbaycanlı Visa-nın rahat ödəmə həllərindən istifadə edir. Ölkədə rəqəmsal ödəmələrin yüksək inkişaf səviyyəsi bazar oyunçularına Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika böyük regionunda innovativ həllərin tətbiqində ilk olmalarına imkan verir. Ölkənin unikallığı ondan ibarətdir ki, istehlakçılar və biznes sahibləri qabaqcıl ödəmə həllərini tez mənimsəyirlər, banklar isə onları istifadəyə vermək üçün zəruri texnoloji inkişafa və infrastruktura malikdirlər. Texnoloji həllər və layihələrin bazara buraxılmasına yönəlmiş uğurlu işbirliyimizə görə tərəfdaşlarımıza minnətdaram. Sizinlə birlikdə nağdsız iqtisadiyyatın inkişafı üzərində işləməyə davam edəcəyik, – deyərək Visa-nın Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropada baş vitse-prezidenti və regional meneceri Kristina Doroş şərh verdi.
“Azərbaycan Visa üçün strateji əhəmiyyət kəsb edən bazardır. Ölkədə 27 illik fəaliyyətimiz ərzində tərəfdaşlarımızla birgə biz müxtəlif sahələrdə böyük sayda həllər və texnologiyalar tətbiq etmişik. Məsələn, cihazlarla ödəmək üsulu artıq gündəlik həyatımıza daxil olub. Hazırda Abşeron dairəvi dəmiryolunda gedişlər üçün təmassız ödəniş etmək, ASAN mərkəzlərində dövlət xidmətlərinin haqqını QR kod ilə ödəmək, PayCity platformasında təmsil olunmuş restoran və mağazalarda əlverişli alış-veriş etmək mümkündür. Son bir neçə ildə biz həmçinin kiçik, orta və iri şirkətlər üçün mütərəqqi həlləri istifadəyə verdik. Misal kimi rahat, təhlükəsiz və sürətli ödəmələr vasitəsilə biznesin böyüməsinə kömək edən Visa Tap To Phone və B2B Connect həllərini göstərmək olar. Bununla yanaşı, biz sosial proqramlar da həyata keçiririk: She’s Next Empowered by Visa təşəbbüsü çərçivəsində Azərbaycanda qadın sahibkarlarını dəstəkləyirik, Azərbaycanın Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıqda idmanın inkişafını təşviq edirik. Visa, müştərilərimiz və tərəfdaşlarımız ilə birgə, Azərbaycanda maliyyə və rəqəmsal inklyuzivliyinin getdikcə artmasına xidmət göstərməyə davam edəcək, – Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri Nurlan Hacıyev bəyan etdi.
Visa şirkəti Visa Cashless Forum toplantılarını 2017 ildən etibarən keçirir. Forum Azərbaycanda ilk dəfə 2020 ildə təşkil olunmuşdu.
Visa haqqında məlumat
Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla visa.com.az saytında tanış ola bilərsiniz.
Visa-nın Mərkəzi Asiya və Azərbaycanda korporativ kommunikasiyası üzrə baş meneceri
[email protected]