Azərbaycanda fintek startapların qlobal innovasiya yarışması olan Visa Everywhere Initiative müsabiqəsinə ərizələrin qəbulu başlandı
Bakı, 20 aprel 2023 – Azərbaycanda açıq innovasiyaların qlobal yarışması olan Visa Everywhere Initiative 2023 (VEI) müsabiqəsində iştirak üçün ərizələrin verilməsi başlandı. Bu müsabiqədə iştirak edən startapçılar ödəmələr və ticarət sahəsində gələcəyin çağırışlarını çözmək üçün ən qabaqcıl məhsullarını təqdim edirlər. Ərizələrin qəbulu saytda mayın 14-dək davam edəcək.
Pul mükafatlarından savayı VEI qalibləri Visa-nın bankçılıq, ticarət, vençur və dövlət sektorlarında geniş tərəfdaşlar şəbəkəsinə çıxış əldə edirlər. Qaliblər həmçinin ən etibarlı və dəyərli qlobal brendlərdən biri tərəfindən tanınır.
Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (ingiliscə ixtisarı CEMEA) regionunda seçmə müsabiqəsinin finalı 27 iyulda TechCrunch platformasında (texnoloji sektor və startap ekosistemi üzrə ixtisaslaşan aparıcı onlayn dərgi) canlı yayımlanacaq. Regional müsabiqənin qalibi ABŞ-ın San-Fransisko şəhərində TechCrunch Disrupt konfransı çərçivəsində keçiriləcək qlobal finalda iştirak etmək haqqı qazanacaq.
Bu il CEMEA regional müsabiqədə ilk dəfə Fintechs Innovating in Risk Excellence (“Finteklərin risk mükəmməlliyində innovasiyaları”) və ya qısaca FIIRE adlı yeni mükafat təqdim olunacaq. Visa-nın Emirates NBD bankı ilə keçirtdiyi bu xüsusi nominasiyada dələduzluqla mübarizə, kibertəhlükəsizlik və kredit risklərinin idarə edilməsi ilə məşğul olan startaplar yarışacaqlar. Visa və Emirates NBD tərəfindən birgə qiymətləndirmədən sonra qalib layihə təyin olunacaq. Qalib 25 000 ABŞ dolları mükafat, eləcə də regionun aparıcı banklarından biri olan Emirates NBD ilə işbirliyi qurmaq fürsətini əldə edəcək.
“Visa Everywhere Initiative müsabiqəsi fintek şirkətlərinə və sahibkarlara ödəmələr və ticarət sahəsində ən innovativ və effektiv həlləri nümayiş etdirməyə imkan verən platformadır”, - deyə Visa-nın baş direktoru, Azərbaycan üzrə meneceri Nurlan Hacıyev bildirib. – Finteklər nəhəng potensiala malikdirlər: yüksək texnologiyalı yeniliklər sayəsində onlar fəaliyyət göstərdikləri bazarlara, xüsusən də ənənəvi olaraq maliyyə xidmətləri ilə yetərincə əhatə olunmayan insanlara böyük sosial faydalar gətirə bilərlər. Visa-da biz hesab edirik ki, rəqəmsal iqtisadiyyata əlçatanlıq ədalətli və inklyuziv inkişafa təkan verir, və VEI müsabiqəsi bu yolda liderlik edən novatorları dəstəkləmək üçün mühüm vasitədir.”
VEI proqramına 2015 ildə start verildiyindən etibarən, dünyanın 100-dən çox ölkəsindən olan şirkətlər 16 milyard ABŞ dollarından artıq maliyyə resursları əldə ediblər. Bundan başqa, bütün dünyanı əhatə edən 12 000 startapdan ibarət bir camiə yaradılıb. Dünyanın beş regionundan 4 000 startapların iştirak etdiyi ötən ilki müsabiqənin mükafat fondu 530 000 ABŞ dollarından artıq idi. VEI 2022-nin böyük qalibi olmuş Nigeriyanın ThriveAgric şirkəti 100 000 dollar məbləğində VEI Global mükafatı, eləcə də 20 000 dollarlıq Visa Direct xüsusi mükafatı aldı.
VEI iddialı, innovativ sahibkarlar axtarır. Məqsəd yerli icmaların imkanlarını genişləndirərək istənilən miqyasda və sektorda fəaliyyət göstərən bizneslərə ödəmələr və ticarət sahəsində həllər təqdim etməkdir, o cümlədən:
Biz hansı layihələr axtarışındayıq
Rəqəmsal xidmətlərin göstərilməsi alətləri / rəqəmsal emitentlər
- Blokçeyn və kriptovalyutalar
- Kraudfandinq
- Bankçılıq xidmət kimi (BaaS)
- BIN sponsorlar
- Emitentlər / prosessorlar
- Proqram menecerləri
Rəqəmsal emissiya
- Blokçeyn və kriptovalyutalar
- Kreditləşmənin alternativ formaları
- Şəxsi maliyyənin idarə edilməsi
- Pul köçürmələri
- Rəqəmsal bankçılıq (neobankla)
Rəqəmsal pul kisələri, şəxsdən şəxsə (P2P) ödəmələr və köçürmələr
- Əməkdaşlar üçün bonuslar
- Kreditor borclar
- Korporativ kartlar (xərclərin idarə edilməsi)
Maliyyə sahəsində satıcılar və/ya istehlakçılar üçün əlavə funksional
- Məlumatlar və analitika
- Eyniləşdirmə, təsdiqetmə və təhlükəsizlik
- Sığorta sahəsində texnologiyalar (InsurTech)
- Loyallıq proqramları
- Ticari xidmətlər və alətlər
- Ödəmələrin emalı və keçirilməsi üçün infrastruktur
- Pərakəndə satış
- Sair
Kiçik və orta biznesin inkişafı
- Pul hərəkətləri (ödəmələr, daxili köçürmələr (Intra-account), P2P həllərin təchizatçıları və ödənişlər)
- Rəqəmsal ödənişlərin qəbuluna hazırlıq (elektron ticarət, smartfon vasitəsilə ödənişlərin qəbulu)
- Risklərin idarə edilməsi (pulların qaytarılması və s.)
- Brend menecment (icmaların idarə edilməsi və s.)
- Sair
2023 ildə yeni kateqoriyalar:
- Ekologiya və dayanıqlı inkişaf sahəsində finteklər
- Risklərin idarə edilməsi
- Şəhərdə hərəkətlilik
2023 ildə regional mükafatlar
- VEI CEMEA Regionals – birinci yer: 20 000 ABŞ dolları
- VEI CEMEA Regionals – tamaşaçı rəğbəti mükafatı: 10 000 ABŞ dolları
- VEI CEMEA Regionals – risklərin idarə edilməsi sahəsində xüsusi nominasiyanın qalibi: 25 000 ABŞ dolları
Qlobal finalın təltifləri və pul mükafatları
- VEI Global – mütləq qalib: 50 000 ABŞ dolları
- VEI Global – tamaşaçı rəğbəti mükafatı: 10 000 ABŞ dolları
- VEI Global – Visa Direct: 10 000 ABŞ dolları
- Bundan əlavə, 5 finalçının hamısı öz şirkətlərini TechCrunch Disrupt konfransında Expo Hall firma pavilyonunda təqdim edə biləcək.
Mütləq qalib və Visa Direct nominasiyasında qalib həmçinin tamaşaçı rəğbəti mükafatına iddia edə bilərlər.
Azərbaycanda müsabiqədə iştirak ərizələrinin verilməsi üçün son müddət 14 maydır.
Visa Everywhere Initiative haqqında daha ətraflı məlumatla saytımızda tanış ola bilərsiniz.
Visa haqqında məlumat
Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla Visa.com.az saytında tanış ola bilərsiniz.
KİV-lərin sorğuları üçün:
Daniil Pavlenko,
Visa-nın Mərkəzi Asiya və Azərbaycanda korporativ kommunikasiyası üzrə baş meneceri