Visa Tariq Mahmudu Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika üzrə Regional prezident təyin edir

Təcrübəli rəhbər 86 ölkə bazarını birləşdirən və yüksək artım templəri ilə səciyyələnən regionda Visa-nı təmsil edəcək və onun əməliyyatlarına başçılıq edəcək

Bakı, 20 iyun 2025 – Visa şirkəti bu gün c-b Tariq Mahmudun Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) üzrə Regional Prezident vəzifəsinə təyinatını elan etdi. Tanınmış Visa lideri olan c-b Mahmud yeni rolunda 86-dan artıq innovativ və sürətlə inkişaf edən bazarda Visa-nın fəaliyyətini istiqamətləndirəcək. Hazırda CEMEA regionunda Visa 23 yerli ofisdən 1800-dən çox müştəriyə xidmət edir.

C-b Mahmud bu rola 30 ildən çox bank və ödəmələr təcrübəsi gətirir. Sonuncu iş yerində o, Londonda yerləşərək, Visa-nın Avropa regionu üzrə əlavə dəyərli xidmətlərin başçısı kimi çalışıb. Visa-da ilk vəzifəsi  isə 2019 ildə Cənub-Şərqi Asiya üzrə qrup ölkə meneceri (Sinqapur ofisi) olmuşdur. Visa-ya qoşulmazdan öncə o, Ahli United Bank, ANZHSBC-də yüksək vəzifələrdə işləyib. Yeni təyinatın dərhal ardından c-b Mahmud Dubayda yerləşərək Visa-nın Qlobal Bazarlar üzrə qrup prezidenti c-b Oliver Cenkinin /Oliver Jenkyn/ birbaşa tabeliyində çalışacaq.

Bu vəzifədə Tariq Mahmud /Tareq Muhmood/ c-b Əndrü Torreni /Andrew Torre/ əvəz edir. C-b Torre bir az bundan qabaq Visa-nın Əlavə dəyərli xidmətlər biznesinin qlobal direktoru təyin edilib. 2021 ildən etibarən Visa-nın əlavə dəyərli xidmətləri ildə 20% artım göstərərək dünya miqyasında 9 milyard ABŞ dollarlıq biznesə çevrilib.

Biz Visa-nın ən sürətlə inkişaf edən regionuna rəhbərlik etmək və rəqəmsal ödəmələrin gələcəyini yolda inamla adlamaq üçün maliyyə xidmətləri, texnologiya və yüksək artım bazarlarında səriştə kəsişməsində Tariq kimi dərin təcrübəli bir lider təyin etməkdən fərəhlənirik,” – deyərək cənab Cenkin şərh verdi.Karyerası boyu Tariq 13 ölkədə çalışıb və fərqli, mürəkkəb və yüksək artım templəri ilə səciyyələnən bazarlarında Visa-nın ən iri müştəriləri ilə tərəfdaşlığı qurub saxlayıb. O, yeni vəzifəyə bənzərsiz qlobal perspektiv, dünya səviyyəli liderlik və isbat olunmuş təcrübə gətirir.

CEMEA regionuna rəhbərlik etmək və bir çox dinamik bazarda ödəmələrin, ticarətin və pul hərəkətinin gələcəyini transformasiya edəcək misilsiz tərəqqini davam etdirmək böyük şərəfdir,” – deyərək cənab Mahmud qeyd etdi. "Karyeramın üçdə birindən çoxunu regionda keçirmiş bir adam kimi, daha çox istehlakçını, satıcını və iqtisadiyyatı əhatə edərək rəqəmsal ödəmələri genişləndirmək üçün bu inanılmaz fürsətdən heyrətlənirəm. Regiondakı müştərilər və tərəfdaşlarla birgə böyümək üçün müstəsna komandamız ilə yaxından işləməyi səbirsizliklə gözləyirəm."

Tareq Muhmood

Visa haqqında məlumat

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın genişləndirilməsi dünyada hamının güzəranını yaxşılaşdırır və gələcəkdə pulların qlobal hərəkətinin əsasını təşkil edəcək. Daha ətraflı məlumatla visa.com.az saytında tanış ola bilərsiniz.