23 yanvar 2020 г. - “Premium Bank” “AZAL” aviaşirkəti və Visa ödəniş texnologiyaları şirkəti ilə birlikdə Visa Signature Miles adlı premium ko-brend kartını buraxacaq. Bu, bankın sayca 8-ci Miles kartıdır. Ko-brend layihə çərçivəsində “Premium Bank”ın müşahidə şurasının sədri Elçin Əhmədovla Visa-nın Qafqaz regionu ölkələri üzrə Regional Meneceri Kristina Doroş arasında müvafiq razılaşma imzalanıb.
Visa Signature Miles kartı lakonik dizaynı, yüksək miqdarda mil toplanması, innovativ həll üsulları və dünyanın istənilən şəhərində keçərli xüsusi üstünlüklər kompleksi ilə fərqlənir. Bu kart yüksək komfort səviyyəsini dəyərləndirənlər və çox səyahət edənlər üçün idealdır. Kart 2 və 3 il müddətinə verilir. Müştərinin istəyinə uyğun olaraq manat, ABŞ dolları və ya avro ilə emitasiya oluna bilər.
Visa Signature Miles kartının üstünlükləri:
- Visa Signature Miles kartını alarkən hesabınıza 400 hədiyyə balı köçürülür (yalnız yeni müştərilər üçün).
- Ölkə daxilində xərclənən hər 10 manata görə 1 bal köçürülür.
- Ölkədən kənarda xərclənən hər 5 manata görə 1 bal köçürülür.
- “Premium Club” proqramı üzrə xərclənən hər 7.5 manata görə 1 bal köçürülür.
- Ölkə büdcəsinə, gömrük rüsumlarına, vergilərə, YPX və APUS ödənişlərinə xərclənən hər 35 manata görə 1 bal köçürülür.
- Siz “Premium Club” cashback proqramının üzvü olursunuz - www.premiumbank.az/cashback/
- Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalının A zonasındakı Priority qeydiyyat stendindən istifadə haqqı qazanırsınız. Qeydiyyatdan kart sahibləri ilə səyahət edənlər də istifadə edə bilər.
- “Salam Lounge” zalını ziyarət etmək üçün birdəfəlik hədiyyə kuponu əldə edəcəksiniz.
- Beynəlxalq Aeroportun 1-ci Terminalındakı “Salam Lounge”, “Khazri lounge” və “Baku Club” zallarının xidmətlərindən istifadə edə biləcəksiniz. Həmçinin, kart sahibləri Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni “Visa FastLine” xidmətindən istifadə edə biləcəklər, bunun üçün “Salam Service” stendində kartınızı təqdim etməlisiniz.
- 1200-dən çox biznes-zalı ziyarət etmək haqqı və Lounge Key proqramı ilə zalları ildə 4 dəfə pulsuz ziyarət etmək imkanı. 5-ci və digər ziyarətlərin qiyməti 32 USD təşkil edəcək.https://www.loungekey.com/en/visacisseeloungeprogramvs
- Qlobal Müştərilərə Dəstək Xidməti – (24/7 itirilmiş kartların bloklanması, dünyanın 27000 nöqtəsində təcili nağd pulun verilməsi, kartın 24 saat ərzində təcili dəyişdirilməsi, 24/7 kart sahiblərinin suallarının cavablandırılması) +380 44 499 39 75
- Səyahət edənlərə beynəlxalq tibbi və informasiya yardımı – (tibbi konsultasiya, həkim çağırılması, təyinat ölkəsində vaksinasiya barədə məlumat, olduğunuz ölkədəki tibb müəssisələri barədə məlumat) +380 44 499 39 75
- Dünyanın istənilən ölkəsində 24/7 Visa Signature Concierge xidməti: +380 44 499 39 75
- Digital Concierge (chatbot) – konsyerj-çatbot sizin şəxsi köməkçiniz olacaq və 24/7 xidmətinizdə olacaq. Siz 3 messencerə qoşula bilərsiniz (WhatsApp, Telegram, Viber). Azərbaycan, ingilis və rus dillərində kömək xidmət imkanı təklif edilir.
- Tibbi və sığorta dəstəyi +380 44 499 39 75: səyahət ərzində tam sığorta (tibbi yardımın göstərilməsi ilə bağlı xərclər, bədbəxt hadisə, reysin ləğv olunması və ya ləngiməsi, avtomobil kirayəsi zamanı üçüncü şəxslər qarşısında məsuliyyət, baqajın itirilməsi, ekstremal idman növləri ilə məşğul olarkən alınan zədələr və digər sığorta xidməti növləri). Sığorta ödənişi kart sahibi ilə səyahət edən həyat yoldaşı və uşaqları da əhatə edir (5 nəfərədək). https://cardholderbenefitsonline.com/
- Reysin və baqajın ləngiməsinin kompensasiyası və alış-verişlərin qorunması - https://cardholderbenefitsonline.com/
- Minsk aeroportunda Fast track xidməti (Daha ətraflı: visa.com.by. Tam şərtləri aeroportun 3-cü mərtəbəsindəki məlumat stendində dəqiqləşdirin).
- Kiyevin “Borispol” aeroportunda Fast track xidməti (Daha ətraflı: visa.com.ua) – gedişə və gəlişə.
- Kiyevin “Borispol” aeroportunda pulsuz baqaj qablaşdırılması (ildə 2 dəfə).
- “Kiyev” və “Borispol” aeroportlarında Uber xidmətinə 50% endirim. VISAPREMIUMUA promokodunu tətbiqetmədə daxil edin.
- agoda.com saytında otellərin bronlaşdırılmasına 12% endirim.
- Dünyamiqyaslı şirkətdən avtomobil kirayəsinə 35% endirim - www.avisworld.com/visa
- Visa Luxury Hotel Collection proqramına daxil olan otellərdə eksklüziv xidmətlər - https://www.visaluxuryhotels.com/
- Ticarət müəssisələrinin endirimləri və xüsusi təklifləri.
- уQ Meet üstün eniş xidmətinə 25%-dək endirim. Dünyanın 240-dan çox aeroportunda yQ xidmətləri (növbəsiz ayrıca keçid, müşayiətin təşkili) - https://cemea.yqnowgroup.com/
- Azərbaycanda endirimlər və xüsusi təkliflər https://www.visa.com.az/az_az/visa-offers-and-perks/?redemptionCountry=15&cardProduct=42
- Bankomatlardan 10000 AZN/ USD/ EUR nağd pul çəkmək limiti.
Beləliklə, “Premium Bank Miles” kartı özündə bank kartı ilə “Azal Miles” proqramının iştirakçıları üçün nəzərdə tutulan üstünlükləri birləşdirən ortaq ödəniş kartıdır. Kart sahibi gündəlik alış-verişləri və xidmətləri Miles kartı ilə ödəyərək balansına ballar yığır. Ballar ödəniş anında dünyanın istənilən valyutasında köçürülür (AZN ekvivalentində). Ballar həm də “Azərbaycan Hava Yolları” (AZAL) reyslərində də toplanır. Kart sahibi yığılan milləri pulsuz AZAL aviabileti almaq və ya xidmətin sinfini artırmaq üçün (biznes və ya ekonom sinif) istifadə edə bilər.
“Premium Bank” kartın Miles kartını bu ünvandan onlayn sifariş edə bilərsiniz: http://bit.ly/2SjukWr
“Premium Club” proqramı barədə: www.premiumbank.az/cashback/
Bankın məhsulları və xidmətləri barədə əlavə məlumat almaq üçün www.premiumbank.az saytına və ya Bankın rəsmi Facebook səhifəsinə keçin, yaxud İnformasiya Mərkəzinə zəng edin: (012) 931.