FIFA-nın Visa ilə uzadılmış qlobal tərəfdaşlığı o cümlədən FIFA Dünya Kuboku 2026™-ya şamil ediləcək

  • Visa, FIFA ilə qlobal tərəfdaşlığını davam etdirərək, Visa kart sahiblərinə müstəsna təkliflər, aksiyalar və FIFA yarışlarına unikal çıxış imkanlarını qazandırır.

  • FIFA Dünya Kuboku 2026™ zamanı Visa və FIFA futbolsevərlərin bağlantılı təcrübəsini yüksəltməyə məqsəd qoyurlar.

  • 2007 ildən etibarən, Visa 40-dan çox FIFA yarışlarında azarkeş təcrübəsini daha dolğun edib.

FIFA, dünyanın rəqəmsal ödəmələr lideri olan Visa şirkəti ilə Rəsmi FIFA Tərəfdaşı qismində əməkdaşlığın uzadılmasını məmnuniyyətlə elan edir.

Müddəti 2026 ilin sonunadək sürəcək yeni razılaşmaya əsasən, Visa və FIFA səylərini birləşdirib futbolun qlobal miqyasda daha da böyüməsinə töhfə verəcəklər, eləcə də oyunçular, azarkeşlər və müştərilər üçün FIFA Gənclərarası Dünya Kuboku, FIFA Çimərlik Futbolu üzrə Dünya Kuboku, FIFAe kiberfutbol üzrə dünya çempionatını və sair FIFA yarışlarını daxil edən məftunedici proqram hazırlayıb icra edəcəklər. Bu səylərin ən yüksək nöqtəsi isə tarixdə ən miqyaslı çempionat – FIFA Dünya Kuboku 2026™ olacaq.

”FIFA, Visa ilə uzunmüddətli uğurlu tərəfdaşlığı davam etməkdən fəxr və fərəh duyur, – FIFA-nın Prezidenti Canni İnfantino bəyan etdi. – Visa-nın azarkeş təcrübəsini təkmilləşdirmək əzmi, üstəgəl ödəmə texnologiyalarına yenilikçi yanaşmaları FIFA-nın futbolu əsl qlobal və hamıya açıq idman növü etmək amalı ilə üst-üstə düşür. Birlikdə biz dünyanın hər bir yerindəki azarkeşlərə unudulmaz anlar yaşadacayıq.”

Visa, FIFA-nın Rəsmi Ödəmə Texnologiyaları Tərəfdaşı qalaraq, yarış məkanlarında futbolun ehtiraslı pərəstişkarları üçün kəsintisiz və təhlükəsiz elektron ticarət təcrübəsini təmin edəcək. Bu tərəfdaşlıq sayəsində Visa kart sahibləri FIFA yarışları zamanı baş verənlərə eksklyuziv və pərdə-arxası çıxış əldə edəcəklər, FIFA-nın rəsmi mağazalarında və FIFAstore.com onlayn mağazasında keçirilən satış-öncəsi aksiyalardan və sair innovativ promo kampaniyalardan yararlana biləcəklər.

“FIFA ilə tərəfdaşlıq brendimizə, müştərilərimizə və kart sahiblərimizə olduqca böyük üstünlüklər gətirib, – deyərək Visa-nın Qlobal bazarlar üzrə regional prezidenti Oliver Cenkin şərh verdi. – Uzunmüddətli əməkdaşlığımızın davamına sevinir və Yer kürəsinin ən populyar idman yarışlarından biri olan dünya futbol çempionatında ödəmələrin etibarlığını təmin etməkdən şərəf duyuruq.”

Visa-nın keçirtdiyi “Rəqəmsal azarkeşlər: bağlantılı təcrübələr fanat camiəsinin gələcəyini necə zənginləşdirə bilər” (“Digital Fans: How Connected Experiences Can Power the Future of Fandom) adlı araşdırmasının nəticələri əsasında Visa və FIFA tarixin ən miqyaslı FIFA Dünya Kuboku 2026™ və digər FIFA turnirlərində azarkeş təcrübəsini yaxşılaşdıracaq yenilikləri müəyyən etmək üçün birlikdə davamlı addımlar atacaqlar.

FIFA-nın Baş biznes direktoru Romi Qayın sözlərinə görə: “2007 ildən etibarən Visa 40-dan çox FIFA yarışında, o cümlədən sonuncu Qətər FIFA Dünya Kuboku 2022™ və ötən il rekordlar qırmış Avstraliya və Yeni Zelandiya FIFA Qadınlararası Dünya Kuboku 2023™ zamanı azarkeşlərin ödəmələr təcrübəsini təkmilləşdirib. 16 illik tərəfdaşlıq ərzində qazanılmış azarkeş marağı bizə əsas verir ki, Dünya Kuboku 2026™ zamanı Visa və FIFA bütün futbolsevərlər üçün tam müasir rəqəmsal, fərdiləşmiş, kəsintisiz kommersiya təcrübəsi yaşatsın.”

“FIFA ilə tərəfdaşlıqda Visa-nın başlıca məqsədlərindən biri həm azarkeşlərin, həm də idmançıların təcrübəsini zənginləşdirməkdir, – Visa-nın Baş marketinq direktoru Frənk Kuper söylədi. – FIFA Dünya Kuboku 2026™, dünyanın ən populyar idman bayramlarından biri olaraq, bu məqsədə nail olmaq üçün Visa-ya unikal imkan yaradır. İdman yarışları möhtəşəm əyləncə olmaqla yanaşı böyük və getdikcə artan bir biznesdir. Visa, mədəniyyətin və ticarətin kəsişməsində fəal olaraq, ecazkar idman anlarını istər qonaq otaqlarında, istərsə də tribunalarda əyləşərək seyr edən müştərilərimizin yüksək gözləntilərini doğrultmağa can atır.”

FIFA yarışları, o cümlədən FIFA Dünya Kuboku 2026™ haqqında ətraflı məlumat üçün FIFA.com saytını ziyarət edin.


Visa haqqında məlumat

Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir və dünyanın 200-dən çox ölkə və ərazisində istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, hər yerdə hamını daxil edən iqtisadiyyatlar hamının güzəranını yaxşılaşdırır; biz iqtisadi əlçatanlığı pulların gələcək qlobal hərəkətinin əsası kimi görürük. Daha ətraflı məlumat üçün: visa.com.az.