İctimai sektorun qərarları bizim biznesimiz və sənayeyə, eləcə də işlədiyimiz cəmiyyətlərə mühüm şəkildə təsir edir. Bu səbəbdən biz dövlət rəsmiləri və qanunvericilərlə mütəmadi və konstruktiv şəkildə əlaqə saxlamaqla, işçilərimizin vətəndaş iştirakını həvəsləndirməklə və qanunla icazə verildiyi zaman dövlət və yerli namizəd və siyasi təşkilatlara ianələr verməklə siyasi proseslərdə iştirak edirik.
Biz bu fəaliyyətləri məsul korporativ vətəndaşlığı əks etdirən və səhmdarlar və işçilərimizin və digər maraqlı tərəflərin maraqlarına ən yaxşı şəkildə xidmət göstərən tərzdə aparmağa sadiqik. Siyasi fəaliyyətlərimiz və nəzarət barədə əlavə məlumatları aşağıda bu səhidəfəki keçidlərə vurmaqla əldə etmək mümkündür. İdarəetmə quruluşumuz və təcrübələrimiz barədə daha ətraflı məlumat alın.
Nəzarət, Hesabatlılıq və Visa Inc. Siyasi iştirak, lobbiçilik və ödənişlər siyasəti
Visa Inc. şirkətinin Direktorlar Şurası Təyin etmə və Korporativ İdarə etmə Komitəsi vasitəsilə çıxış edir və lobbi fəaliyyətlərimizə və siyasi ianələrə nəzarət etmək üçün məsuliyyət daşıyır. Təyinetmə və Korporativ İdarəetmə Komitəsi aşağıdakıları etmək üçün Siyasi İştirak, Lobbiçilik və Ödənişlər Siyasətini təsdiqləmişdir:
(a) Visa tərəfindən etik və şəffaf siyasi iştirakı təşviq etmək,
(b) siyasi məsrəflərimizin səhmdarlarımızın dəyərini artıracağını təmin etmək və
(c) tərəfimizdən aidiyyati qanun və hesabatvermə tələblərinə riayət etməyə imkan yaratmaq.
Visa-nın Dövlət orqanları ilə əlaqələr şöbəsi Siyasətin icra edilməsi, Siyasəti dəstəkləmək üçün prosedurlar hazırlamaq və saxlamaq və Siyasətin icrası və səmərəliliyinə nəzarət etmək üçün məsuliyyət daşıyır. Siyasətin nüsxəsini endirin.
Siyasətə görə:
- Təyin etmə və korporativ idarə etmə komitəsi siyasi məqsədli ödənişlər üçün korporativ vəsaitdən istifadəni o, cümlədən məqsədli siyasi kampaniyalara dəstək olmaq üçün ödənişləri, siyasi fəaliyyətlər üçün vergidən azad olan təşkilatlar üçün ödənişləri və siyasi fəaliyyətlərə dəstək olmaq üçün ABŞ Federal vergi məcəlləsininin 527-ci maddəsinə görə qeydiyyatdan keçmiş təşkilatlara ödənişləri əvvəlcədən təsdiq etməlidir.
- Visa-nın Dövlət Orqanları ilə Əlaqələr şöbəsi bizim siyasi məqsədli ödənişlərimizi maddələr şəklində göstərən illik hesabatı hazırlayaraq Komitəyə təqdim etməlidir və bu hesabatı vebsaytımızda açıqlamalıdır. Siyasi ianələr üzrə hesabatımızın bir hissəsi olaraq şirkət illik üzvlük haqqı 25 000 ABŞ dolları keçən ABŞ ticarət assosiasiyalarından üzvlük haqqının siyasi ianələr üçün istifadə olunan hissəsini almaq üçün əsaslı səylər göstərməlidir. Cari və tarixi İllik İanələr Hesabatlarımıza keçidlər aşağıda Siyasi İanələr və Əlaqədar Fəaliyyətlərin Açıqlanması başlığı altında verilmişdir.
- Visa-nın Dövlət Orqanları ilə Əlaqələr Şöbəsi lobbiçilik məqsədilə bizim ticarət assosiyasiyalarında və sənaye qruplarında və nümunə qanunvericiliyini yazan və təsdiq edən vergidən azad olan təşkilatlarda üzvlüyümüz və onlara edilən ödənişlər barədə məlumatı özündə ehtiva edən lobbiçilik məsrəflərini maddələr üzrə göstərən illik hesabatı hazırlayaraq Komitəyə təqdim etməlidir. Nümunə qanunvericiliyini yazan və təsdiq edən vergidən azad olan təşkilatlarda üzvlük siyahımız aşağıda Lobbiçilik başlığı altında verilib.
(Biz həmçinin ABŞ federal lobbi fəaliyyətlərinə əsasən hesabatları ABŞ Nümayəndələr Palatasının Katibi və ABŞ Senatının Katibinə rüblük qaydada təqdim edirik.)
Visa-nın Siyasəti direktor və əməkdaşlarımıza şirkətin ehtiyatlarından şəxsi siyasi baxışlarını, işlərini və ya namizədlərini təşviq etmək üçün istifadə etməyi qadağan edir və şirkətin hər hansı şəxsi siyasi ianələr və ya xərclərin birbaşa və ya dolayı yolla əvəzini ödəməyəcəyini qeyd edir.
Direktorlar və əməkdaşlar Dövlət orqanları ilə əlaqələr şöbəsinin əvvəlcədən təsdiqi olmadan şirkətin adından dövlət rəsmilərini lobbiləşdirə bilməz. Belə ki, bizim lobbiləşmə və siyasi xərclərimiz şirkət və onun səhmdarlarının maraqlarını təşviq etmək üçündür və direktorlar və ya əməkdaşlarımızın şəxsi siyasi tərcihləri üçün istifadə edilə bilməz. Müvafiq qanunvericiliyə uyğun olaraq Visa şirkəti əməkdaşının hər hansı siyasi mənsubiyyəti və ya qanuni siyasi fəaliyyətinə görə ona qarşı iş yerində hər hansı mənfi tədbirlərə əl atmayacaqdır.
Korporativ Siyasi Məqsədli Ödənişlər və Aidiyyati Fəaliyyətin Açıqlanması
ABŞ federal qanununa müvafiq olaraq Visa korporasiyası ABŞ federal hökumətinin üzvü olmaq istəyən namizədlərə, milli siyasi partiya komitələrinə və ya digər federal siyasi komitələrə ianələr vermir. Visa korporasiyası məhdud hallarda ABŞ xaricində siyasi namizədlərə ianələr ayıra bilər.
Biz icazə verilən zaman və ştat və yerli qanun və qaydalarda qeyd edilmiş həddlər çərçivəsində Amerika Birləşmiş Ştatlarında ştat və ya yerli səviyyədə namizədlərə ianələr ayırmaq üçün korporativ vəsaitlərdən istifadə edirik. Biz eyni zamanda (a) ABŞ vergi Kodeksinin 527-ci bölməsinə əsasən təşkil edilən və Federal Seçki Komissiyası və ya buna bənzər ştat nizamlayıcı orqanda qeydiyyatdan keçirilmiş müəyyən etibarlı və tanınmış assosiasiyalar və (b) ştat və ya yerli seçki təşəbbüsləri və ya referendumları dəstəkləmək və ya mübarizə aparmaq üçün ianələr edirik, belə ki, bu cür fəaliyyətlər bizim ictimai siyasət məqsədlərimizi irəlilədə bilər.
Hər bir siyasi ianə bizim biznes maraqlarımız və siyasi məqsədlərimizə uyğun olmasından əmin olmaq üçün ianənin edildiyi müvafiq Dövlətlə Əlaqələr nümayəndəsi (ştat, federal və ya beynəlxalq) tərəfindən təsdiq edilməlidir. Korporativ ianələri qəbul edənlərin seçimi zamanı bizim Dövlət orqanları ilə əlaqələr şöbəmiz hər şeydən əlavə aşağıdakı amilləri nəzərə alacaqdır:
- Potensial ianə alanların baxışları, səsvermə qeydləri və siyasət məsələlərinin Visa, onun səhmdarları və digər əlaqədar şəxsləri üçün əhəmiyyətinin dərk edilməsi;
- Potensial ianə alanın dürüstlük ilə bağlı nüfuzu;
- Potensial ianə alanın partiya və ya qanunverici rəhbər vəzifəsində xidməti;
- Potensial ianə alanların Visa və ya Visa əməkdaşlarının geniş toplumu ilə münasibəti və ya nümayəndəliyi;
- Potensial ianə alanın hansı dərəcədə Visa qanunvericilik prioritetlərini paylaşdığı.
Amerika Birləşmiş Ştatlarında siyasi ianələri alanlarla bağlı bütün qərarlar ABŞ daxilində qərarlar üzrə Dövlət Orqanları ilə Əlaqələr Şöbəsinin rəhbəri tərəfindən qəbul olunur, ABŞ-xaricində siyasi ianələrlə bağlı qərarlar isə Visa-nın ABŞ-dan başqa hal-hazırda korporativ ianələr ayırdığı yeganə region olan Asiya Sakit Okeanı Regionunun Dövlət Orqanları ilə Əlaqələr Şöbəsinin Rəhbəri tərəfindən verilir.
Əlavə olaraq Visa-nın Siyasi İştirak, Lobbiçilik və Ödənişlər Siyasətinə görə Təyinetmə və Korporativ İdarəetmə Komitəsi də siyasi ianələr üçün korporativ vəsaitdən istifadəni əvvəlcədən təsdiq etməlidir. Bu tələbi qarşılamaq üçün bizim Dövlət Orqanları ilə Əlaqələr Şöbəmiz illik korporativ siyasi ianələr üzrə planı təsdiq etdirmək üçün ildə bir dəfə hazırlayır və Komitəyə təqdim edir.
Dövlət Orqanları ilə Əlaqələr şöbəsi həmçinin əvvəlki il üçün şirkətin siyasi ianələri barədə məlumat verən hesabatı hazırlayır və Komitəyə təqdim edir və həmin hesabata bu vebsaytda açıq çıxış təmin olunmalıdır.
Bizim cari və tarixi İllik İanələr üzrə Hesabatlarımız aşağıda qeyd edilmişdir:
İllik İanələr üzrə Hesabata ABŞ-da ştat və ya yerli namizədlər və səsvermələr, hədəf siyasi kampaniyaların dəstəklənməsi üçün ticarət birliklərinə, ABŞ federal vergi kodeksinin 527-ci bölməsinə əsasən qeydiyyatdan keçirilmiş təşkilatlar və ABŞ xaricində siyasi partiyalar və biznes forumlar üçün edilmiş ianələr daxildir. Visa-nın siyasəti şirkətin sözü gedən ianənin siyasi fəaliyyət üçün istifadə olunduğunu müəyyən etdiyi təqdirdə açıqlama üzrə bu tələbin təşviqatla məşğul olan digər vergidən azad olan təşkilatlara (o, cümlədən 501(c)(3), (4), və (6) təşkilatları) edilən istənilən ödənişlərə də tətbiq olunmasından ibarətdir.
Qeyd edək ki, biz "ABŞ federal kampaniyalar üçün maliyyə qanunlarına əsasən müstəqil xərclər" və ya "seçim münasibətləri kimi təsnifləşdirilən mütəmadi sponsor reklamları ilə məşğul olmur" və ya xaricdə fərdi siyasi namizədlər üçün ianələr etmirik. Lakin bu cür ianələr etdiyimiz zaman onlar əvvəlcədən Təyin etmə və korporativ idarə etmə komitəsi (eləcə də Hüquq Departamenti) tərəfindən təsdiq edilməli və İllik İanələr üzrə hesabatda açıqlanmalıdır.
Ticarət Birlikləri
Biz ABŞ və xaricdəki müxtəlif ticarət birliklərində aidik və bu qruplara mütəmadi ödənişlər edirik. Adətən biz bu cür qrupların siyasi fəaliyyətlərini dəstəkləmək üçün əlavə qeyri-məcburi ianələr etmirik. Lakin biznesimizin marağı olan instansiyalarda Dövlət orqanları ilə əlaqələr şöbəsi Təyin etmə və Korporativ İdarə etmə Komitəsinin əvvəlcədən təsdiqini alacaq və bu cür ianələri İllik İanə üzrə Hesabatda açıqlayacaqdır. Yuxarıda təsvir olunduğu kimi biz üzvlük haqqı 25 000 ABŞ dollarını keçən ABŞ ticarət assosiasiyalarından bu məbləğin siyasi ianələr üçün istifadə olunan hissəsini almaq üçün əsaslı səylər göstərəcəyik və bu məlumatı İllik İanə üzrə Hesabatımızda açıqlayacağıq.
Lobbiləşmə
Biz baxış və narahatlıqlarımızı seçilən rəsmilər və siyasət yaradıcıları ilə müzakirə etməklə dünyanın bütün dövlətləri ilə sağlam və şəffaf münasibətlər qurmağa çalışırıq. Sənayedə lider kimi biz Amerika Birləşmiş Ştatlarından, eləcə də xaricdə federal, ştat və yerli səviyyədə geniş çeşidli siyasi məsələlərlə bağlı çağırışlar və imkanlarla qarşılaşırıq. Bu cür məsələlərə əvəzlənmə, kiber-təhlükəsizlik, məlumatların təhlükəsizliyi, məxfilik, əqli mülkiyyət, əlavə xərclər, əmək haqqı və əvvəlcədən ödəniş kartları, mobil ödənişlər, vergi, beynəlxalq ticarət və bazara çıxış və maliyyə xidmətlərinə giriş imkanını artırılması üzrə qaydalar və siyasətlər daxil ola bilər.
Biz bu çağırışlara və imkanlara cavab vermək üçün lobbiçilik fəaliyyəti ilə məşğul olan şirkətlər və ticarət assosiyasiyaları ilə aşağıdakı şəkildə əməkdaşlıq edirik:
- qanunvericilər, siyasi kəşfiyyat və siyasi analizlə məşğul olanlara bu məlumata çıxışı təmin edirik;
- qanunvericiliyi nəzərdən keçiririk;
- mühüm sənaye məsələlərinin müzakirəsi üçün forumu təmin edirik və ortaq biznes maraqlarını təşviq edirik;
- qanunvercilik prosesində, xüsusilə əks tərəflərin əhəmiyyətli dəstək göstərdiyi məsələlərdə səsimizin təmin olunmasına köməklik göstəririk; və
- qlobal lobbiçilik və təşviqat strategiyamızı inkişaf etdiririk.
Bizim Dövlət orqanları ilə əlaqələr şöbəmiz bu fəaliyyətlər və lobbiləşməni əvvəldən təsdiq edilməli və onların bizim biznes maraqlarımız və məqsədlərimizə uyğun olmasından əmin olmaq üçün mütəmadi şəkildə yoxlamalıdır.
Bundan əlavə bizim Dövlət orqanları ilə əlaqələr şöbəmiz lobbi üzrə xərcləri açıqlayan və üzvlüyümüz və ticarət assosiasiyalarına etdiyimiz ödənişlər, lobbi məqsədləri üçün sənaye qrupları və model qanunvericiliyi yazan və təsdiq edən vergidən azad təşkilatlarla bağlı məlumatı ehtiva edən illik hesabat hazırlayır və Təyin etmə və Korporativ İdarə etmə Komitəsinə təqdim edir. Bu hesabatı ictimai şəkildə dərc etməsək də 1995 saylı Lobbiləşmənin Açıqlanması Aktı və 2008 saylı Səmimi Liderlik və Açıq İdarəetmə Aktının tələb etdiyi kimi ABŞ Nümayəndələr Palatasının Katibi və ABŞ Senatının Katibi ilə ABŞ federal lobbi fəaliyyətlərinə əsasən hesabatları rüblük qaydada sənədləşdiririk. Bu hesabatlar "ABŞ Senatının vebsaytında" Qeydiyyatda olan şəxs bölməsində "Visa-nı" axtarış edərək əldə edilə bilər.
Nümunə qanunvericiliyi yazan və təsdiq edən vergidən azad olan təşkilatlarla bağlı biz hazırda Ştatların Hökumətlər Şurası istisna olmaqla bu cür təşkilatlardan heç birinin üzvü deyilik. 2016-cı ildə Visa Ştatların Hökumətlər Şurasına üzvlük haqqları formasında 8 500 ABŞ dolları ianə etmişdir.
Visa Siyasi Fəaliyyətlər Komitəsi
Amerika Birləşmiş Ştatlarında biz Federal Seçim Kampaniyası Aktına (dəyişikliyə əsasən) və Federal Seçim Komissiyasının qaydalarına əsasən federal Siyasi Fəaliyyətlər Komitəsinə (PAC) sponsorluq edirik. Visa PAC Visa əməkdaşlarına federal, ştat və yerli siyasi namizədlər və təşkilatları dəstəkləmək üçün könüllü şəkildə maliyyə ehtiyatlarını idarə etməyə imkan verir.
Visa PAC ianələri və xərcləri dövlət agentliklərinin vebsaytlarında, eləcə də Federal Seçim Komissiyasının vebsaytında ictimai şəkildə açıqlanır (www.fec.gov). Visa PAC ianələrinin dövlət orqanlarının vebsaytlarında açıqlanmasından əlavə, maraqlı tərəflər İctimai Dürüstlük Mərkəzi və Məsul Siyasətlər Mərkəzinin aşağıda qeyd olunan vebsaytlarından bizim federal PAC ianələrimizi yoxlaya bilərlər:
Visa Açıq Sirlər vebsaytına keçin
Visa İctimai Dürüstlük vebsaytına keçin
Visa PAC, PAC məmurlarını təyin edən və PAC idarəçiliyi, müraciət kampaniyaları, ianələr və müvafiq qanunlar və PAC qanunlarına uyğunluğu idarə edən və istiqamətləndirən direktorlar şurası tərəfindən idarə edilir.
Visa PAC ianələrini qəbul edənlər yuxarıdakı Siyasi İanələr və Əlaqədar Fəaliyyətlərin Açıqlanmasında qeyd edilən eyni meyarlara və Visa PAC şurasının irəli sürə bildiyi hər hansı digər amillərə əsasən seçilir.