Visa Saytı © Müəllif hüquqları ilə qorunur 1996-2015 Visa. Bütün hüquqlar qorunur. Son redaktə tarixi – mart 2014.
Visa istənilən zaman bu postu yeniləməklə bu Qaydaları dəyişdirə bilər. Belə düzəlişlər sizə şamil edilir, ona görə də ara-sıra bu Qaydaları nəzərdən keçirmək üçün bu səhifəyə baş çəkməyiniz tövsiyə olunur.
Visa International Service Association www.Visa.com və əlaqədar saytları şəxsi məlumatlarınız, əylənməyiniz və zövq almağınız üçün idarə edir. Visa Saytını çəkinmədən nəzərdən keçirə, saytdan materialları yükləyə və başqa üsullarla istifadə edə bilərsiniz. Eyni zamanda lütfən yaddan çıxarmayın ki, Visa Saytına çıxışınız aşağıdakı qaydalara, eləcə də müvafiq qanunlara bağlıdır. Visa saytına daxil olmaqla və ondan istifadə etməklə heç bir məhdudiyyət və şərt irəli sürmədən Qaydalarla razılaşır və onları qəbul edir və hər hansı təzad halında bu Qaydaların Visa ilə aranızda mövcud ola biləcək başqa razılaşmaları əvəzlədiyini təsdiq edirsiniz. Bu Qaydalarla razılaşmırsınızsa, lütfən Visa saytından istifadə etməyin.
Bundan əlavə, lütfən nəzərə alın ki, Visa U.S.A. vebsaytı məxsusi olaraq ona şamil olunan məxfilik siyasətinə malikdir. Başqa ölkələr və ya regionlar üçün nəzərdə tutulan vebsaytlara və ya Visa U.S.A-in sahib olduğu və ya istismar etdiyi başqa vebsaytlara daxil olan zaman, hər bir konkret sayt üçün məxfilik siyasətini nəzərdən keçirməyiniz tövsiyə olunur, çünki hər birinə müxtəlif şərtlər daxil ola bilər.