Elektron ticarət inkişafı ticarətçilərə məhsullarını bütün dünyaya satmaq üçün nəhəng imkan yaratmaqla yanaşı, cinayətkarların qeyri-qanuni tranzaksiyalar aparmağa cəhd etməsi üçün də fürsət yaradır. Əqli Mülkiyyətə ("İP") qəsd edilməklə çirkli pulların yuyulmasından aldadıcı təkliflərə, yaxud qeyri-qanuni qumar oyunlarından saxta məhsulların satılmasına qədər, Viza ödəniş brendinin və sisteminin qeyri-qanuni tranzaksiyalar üçün istifadəsinin qarşısını almağı prioritet vəzifə olaraq qəbul edir. Bu asan və Viza-nın hər zaman İP Sahiblərinin və hüquq-mühafizə orqanlarının dəstəyi olmadan tək başına öhdəsindən gələ biləcəyi iş deyil, lakin ödəniş sistemində bütün iştirakçıların etimadının qorunub saxlanması həlledici əhəmiyyət daşıyır. Bununla əlaqədar olaraq, İnternetdə İP pozuntuları ilə mübarizə məqsədilə Viza İP Sahibləri və hüquq-mühafizə orqanları ilə yaxından əməkdaşlıqla bağlı uzun müddətli zəngin təcrübəyə malikdir. Əgər İP Sahibisinizsə, lütfən İP hüququnu pozan tranzaksiyaları barədə Viza-ya necə bildirə biləcəyinizi öyrənmək üçün məlumatlarla daha ətraflı tanış olun.
Əqli Mülkiyyət
-
-
Viza İP hüququnu pozan məhsulların cəlb olunduğu elektron ticarət tranzaksiyaları ilə mübarizə üçün İP Sahiblərini könüllü yardımla təmin edir. Birbaşa İP Sahibindən hansısa ticarətçinin ("Ticarətçi") İnternetdə Viza brendli ödəniş kartlarından istifadə etməklə saxta malların satışını ehtiva edən tranzaksiyalar həyata keçirdiyini müəyyən edən tam məlumat və etibarlı sübut aldıqda, Viza Ticarətçinin Alıcı Bankını ("Alıcı") müəyyən etməyə və xəbərdar etməyə çalışacaq. Alıcıdan pozuntu iddialarını araşdırmaq və Ticarətçiyə İP Sahibi tərəfindən müəyyən edilmiş saxta mal satışının dayandırılması barədə göstərişin verilməsi və ticarətçi hesabının ləğv edilməsi daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq hər hansı müvafiq tədbiri görmək xahiş ediləcək.
-
Daha əvvəl Ticarətçiyə qarşı qanunun tətbiqi cəhdləri uğursuz olmuş və hansısa vebsaytın İP hüquqlarınızı pozan məhsullara görə ödəniş forması kimi Viza-nı qəbul etdiyinə səmimiyyətlə inanan İP Sahibisinizsə ,ayda beşə (5) qədər şikayət (hər bir ticarətçi vebsaytı üçün bir şikayət) təqdim edə bilərsiniz. Lütfən nəzərə alın ki, Viza tələb olunan bütün məlumat və sənədlərlə təmin edilənə qədər şikayətinizə baxa bilməz.
-
Lütfən iddia edilən saxta malların Viza ödəniş kartından istifadə edilməklə satın alına bildiyinə dair sübut təmin edin. Ticarətçi vebsaytında hesablaşma zamanı Viza loqosundan istifadə edildiyini göstərən skrinşot (ekranın surəti) məqbul sübutlar sırasındadır. Viza-dan istifadə etməklə uğurla yerinə yetirilən sınaq satınalma olduqca təşviq edilir, lakin tələb olunmur. Sınaq satınalma ilə bağlı sübut İP Sahibinin ərizəsinin sürətlə baxılması üçün son dərəcə faydalı ola bilər. Sınaq satınalma barədə etibarlı sübuta 16 rəqəmli Viza kart nömrəsi, tranzaksiya tarixi və məbləği aiddir. Ödəniş Kartları Sənayesinin Məlumatların Təhlükəsizliyi Standartlarına (PCI DSS) riayət məqsədilə hüquq sahiblərinə kart məlumatlarını İnternet vasitəsilə göndərməmək təlimatı verilir. İP Sahibinin ərizəsi sınaq alış-verişin uğurla həyata keçirildiyini bəyan etdiyi halda, Viza kart nömrəsini soruşmaq üçün İP Sahibi ilə telefonla əlaqə saxlayacaq.
-
a. İP Sahibi Şirkətin Adı
b. İP Sahibinin Əlaqəyə Görə Məsul Şəxsi (Ad, Vəzifə, İş Ünvanı, E-poçt Ünvanı və Telefon Nömrəsi)
-
İP Sahibinin Ticarətçinin vebsaytındakı məhsullar vasitəsilə pozulduğu iddia edilən müəllif hüquqları və ticarət nişanının sahibi olduğunu və bu hüquqların belə məhsulların Ticarətçi tərəfindən Ticarətçinin olduğu və ya saxta olduğu güman edilən məhsulları satdığı və ya təklif etdiyi ölkə(lər)də satışını qadağan etdiyini nümayiş etdirən sübutlar. İP Sahibinin hüquqlarına dair məqbul sübutlar sırasına dövlət agentlikləri tərəfindən verilmiş qeydiyyat şəhadətnamələrinin nömrəsi və ya surətləri (lakin bununla məhdudlaşmamaq şərtilə) daxil ola bilər.
-
İP Sahibi (yaxud İP Sahibi şirkətdirsə, İP Sahibinin səlahiyyətli əməkdaşı tərəfindən imzalanmış bəyanat) tərəfindən doğruluğun təsdiqi haqqında bəyanatın imzalandığı yurisdiksiyanın qanunları çərçivəsinə yalan məlumata görə cəzalandırılma qorxusu ilə aşağıdakılar barədə imzalanmış bəyanat: (a) İP Sahibi tərəfindən əsaslı məlumatlar toplandıqdan sonra, İP sahibi tərəfindən Viza-ya təqdim olunan bütün məlumatların və sübutların - İP Sahibinə məlum olduğu qədəri ilə - düzgün və dəqiq olması; (b) İP Sahibi sözügedən məhsulların satışı üçün Ticarətçiyə səlahiyyət verməmişdir və belə məhsulların satışına müvafiq yursidiksiyanın qanunvericiliyinə əsasən icazə verilmir; (c) sözügedən məhsulların Ticarətçi tərəfindən satışının müvafiq yurisdiksiyanın səlahiyyətli məhkəmə instansiyası tərəfindən İP sahibinin əqli mülkiyyət hüquqlarının pozuntusu hesab olunmaq ehtimalı yüksəkdir. Viza İP Sahibi tərəfindən imzalanmış doğruluğun təsdiqi bəyanatı olmadan ərizələri qəbul etməyəcək. Viza ərizələri yalnız birbaşa İP Sahibindən və ya onun adından fəaliyyət göstərən lisenziyalı vəkillərdən qəbul edəcək; bir şərtlə ki, Viza İP Sahibi adından fəaliyyət göstərdiyini iddia edən vəkildən müvafiq yazılı etibarnamə tələb etmək hüququnu özündə saxlayır.
-
Yuxarıda tələb olunan məlumatları aldıqdan sonra, Viza Ticarətçinin Alıcı Bankını müəyyən etməyə təşəbbüs göstərəcək, İP Sahibinin ərizəsini müvafiq Alıcıya yönləndirəcək və onu həmin Ticarətçisini araşdırmaq barədə təlimatlandıracaq. Ticarətçi sözügedən məhsulların satışını dayandırmağa razı olmadıqda, yaxud həmin məhsulların onun tərəfindən satışının qanuniliyi ilə əlaqədar əhəmiyyətli faktı dəstəkləyən sübut təmin etmədikdə, Alıcıdan Ticarətçi üçün Viza ödənişlərinin həyata keçirilməsini dayandırması gözləniləcək.
-
Ticarətçi məhsulların onun tərəfindən satışının qanuniliyi ilə əlaqədar əhəmiyyətli faktı dəstəkləyən sübut təmin edərsə, bu yazılı sübut İP Sahibinə təqdim ediləcək. Ticarətçi ilə İP Sahibi arasında sözügedən məhsulların Ticarətçi tərəfindən satışı ilə əlaqədar həqiqi mübahisənin olduğunu müəyyənləşdirdiyi halda Viza İP Sahibinə narahatlıqlarını birbaşa Alıcı və/və ya Ticarətçiyə ünvanlamaq barədə məsləhət verəcək. Viza-nın müstəqil mülahizəsi əsasında İP Sahibindən Viza-nı Ticarətçiyə qarşı yönəlmiş hər hansı istintaq və sonrakı məhkəmə müdafiəsi prosesi ilə əlaqədar olaraq Ticarətçi və ya təsirə məruz qalan başqa tərəflərin qaldıra biləcəyi iddiadan qorumaq, zərərinin ödənilməsinə zəmanət vermək tələb oluna bilər, Viza və Alıcı Banka vəkilin xidmət haqqının, mübahisəli işlə əlaqədar meydana gələ biləcək xərc və zərərin əvəzinin ödənməsi daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq. Əqli mülkiyyət hüququnun pozulması qarşısında elektron ödənişlərə etimadın qorunub saxlanması Viza, İP Sahibləri, hüquq-mühafizə orqanları və elektron ticarət məkanında fəaliyyət göstərən digər qurumların ortaq məsuliyyətidir. Viza İP pozuntularına ciddi yanaşır və Viza şəbəkəsində baş verən qeyri-qanuni tranzaksiyaların qarşısının alınmasında yardım məqsədilə maraqlı tərəflərlə əməkdaşlıq çərçivəsində çalışmağa davam edəcək.