Visa Checkout nədir
- Yalnız istifadəçi adı və paroldan istifadə etməklə daha sürətli hesablaşma
- Kartı verən qurumlar, ticarətçilər və kart sahibləri üçün pulsuz xidmət
- Hesablaşma prosesi sadəcə olaraq 3 kliklə
- Qeydiyyatdan keçmək sadə və təhlükəsizdir
- Smartfonlar, tabletlər, noutbuklar yaxud masaüstü kompüterlərlə işləyir
- Əsas kredit yaxud debet kartı ilə işləyir

Niyə Visa Checkout
Konversiyanı artırın
Visa Checkout sisteminə birdəfəlik giriş müştərilərin hesablaşma aparmalarını və əks halda itiriləcək satışların qazanılmasını daha da asanlaşdırır.
Visa Checkout sisteminə abunə olan müştərilərin 82%-i 2017-ci ildə alış-veriş səbətindən istifadə edərək tranzaksiyaları tamamlamışdır1.
2015-ci ildə, istifadə olunan hesablaşma seçimindən asılı olmayaraq bütün elektron ticarət saytlarında Visa Checkout alıcıları tərəfindən 48% daha çox tranzaksiya həyata keçirilmişdi2.
Hesablaşma zamanı doldurulan forma xanalarının sayının azalması kart ödənişlərindən imtina üçün əsas səbəbi aradan qaldırmağa kömək edə bilər. Alıcıların təxminən 27%-si hesablaşma prosesinin həddən artıq uzun və mürəkkəb olduğunu hesab edir3 Visa Checkout proqramına abunə olan istifadəçilər 2 forma xanası hesablaşma apara bilərlər.
1 Dünya üzrə 300.000-dən artıq Visa checkout ticarətçilərinın 2016-cı ilin dekabr ayından başlayaraq 2017-ci ilin may ayına kimi satınalmaların qiymətləndirilməsini aparan masaüstü kompüter, planşet və mobil veb üzərindən (yerli mobil proqramlar/SDK məlumatı nəzərə alınmayıb) 26 bazarda 21 milyondan artıq Visa checkout hesablarından götürülmüş Visa məhsulu üzrə daxili məlumata əsaslanır.
2 Mənbə: comScore 2015 Visa Checkout araşdırması, Visa tərəfindən sifariş edilmişdir. Visa Checkout alıcıları ilə bütün alıcılar arasında bütün elektron-ticarət domenləri üzrə tranzaksiyaları müqayisə edərək, bir milyon ABŞ masaüstü kompüter/noutbuk istifadəçisinin satınalmalarının qiymətləndirməsini aparan comScoreresearch-ın ardaşdırmalarından əldə edilən məlumatlarara əsaslanır, İyun-Dekabr 2015-ci il.
3 Mənbə: Baymard Institutu, Elektron ticarətin istifadəyə yararlığı : Checkout, Sent. 2016-cı il.

Visa Checkout sizin brendlə birlikdə irəliləyən yeganə onlayn ödəniş həll yoludur. Kart sahibinin kart bacarığını Visa checkout düyməsi üzərində nümayiş etdirməsi alıcıların etimadını artırır və bu, daha yüksək konversiya ilə nəticələnməklə yanaşı kart verən qurumun ödəniş təcrübəsi ilə əlaqəsini də gücləndirir.
Visa Checkout, ödəniş məlumatının etibarlı şəkildə saxlanmasına kömək etmək üçün, saxtakarlığa qarşı monitorinq sistemi də daxil olmaqla, bir çox təhlükəsizlik səviyyələrindən istifadə edir. Visa Checkout-un riski idarəetmə vasitələri, ümumi elektron ticarət seqmenti ilə müqayisədə saxtakarlıqla mübarizədə əla nəticələr əldə edib.

Kart sahiblərinin məmnunluğunu artırır
95% qeydiyyatdan keçmənin asan olduğunu söylədi.
96% etibarlı olmanı hiss edib.
9/10 xidmətdən istifadəni davam etdirməyi planlaşdırıb.
Mənbə: Millward Brown Visa Checkout Müştəri Təcrübəsi Mart 2015, Visa tərəfindən sifariş edilib.
ABŞ-da 1241 istehlakçıdan alınmış onlayn sorğunun məlumatlarına əsaslanır.
Yeni + Diqqətəlayiq

Visa Checkout platformasını kart verən qurumlara, rəqəmsal pul kisələrinə və proqram əlavəsi provayderlərinə açır.

Visa Checkout, hər zaman olduğundan daha çox əlavə olunmaqla, dünya üzrə 250000 ticarətçi tərəfindən qəbul edilib.
Pul kisəsinin üstünü saxlayın və onlayn istfadəni artırın


