Visa Consulting & Analytics haqqında

Visa Consulting & Analytics (VCA) Visa-nın ödənişlər üzrə məsləhətvermə xidməti göstərən qoludur.
Biz altı qitəni əhatə edən bir neçə yüz ödənişlər üzrə məsləhətçilər və verilənlərin emalı və təhlili üzrə mütəxəssislərdən ibarət qlobal qrupuq.
Ödəmə sənayesində onilliklərlə təcrübəsi olan məsləhətçilərimiz strategiya, məhsul, portfel idarəetməsi, risk, rəqəmsal texnologiya və digər sahələr üzrə mütəxəssisdilər.
Verilənlərin emalı və təhlili üzrə mütəxəssislərimiz dünyanın ən böyük ödəniş şəbəkələrindən biri olan VisaNet-in ideyalarına eksklüziv çıxışı olan statistika, verilənlərin ətraflı təhlili və kompüter təlimi üzrə ekspertdilər.
Ödənişlər üzrə böyük təcrübəmiz və geniş həcmli verilənlərin vəhdəti bizə daha yaxşı biznes qərarlarını təşviq edən effektiv ideyaları və tövsiyələri müəyyən etmək imkanını verir.
İşimiz nədən ibarətdir
Biz kart verən, kart alan, ticarətçi, maliyyə texnologiyası üzrə əməkdaşlar və digər tərəflər üçün müştəri ilə qarşılıqlı əlaqə dövrəsini tamamilə əhatə edən altı praktik sahə üzrə məsləhət xidmətlərini təklif edirik.

Strategiya
Biz sifarişçilərə inkişaf tempini artırmaq və gəlirliliyi təşviq etmək, rəqəmsal iqtisadiyyatda rəqabətə davam gətirmək və açıq bankçılıq, real vaxt ödənişləri və peyda olmaqda olan üçüncü tərəf platformaları kimi əsas sahələri ünvanlamaq məqsədilə ödənişlər strategiyasını yaratmaqda kömək edirik

Məhsul
Biz sifarişçiləri yeni məhsulun hazırlanması və yenilənmələri də daxil olmaqla məhsulun dəyəri üzrə təkliflər ilə təmin edirik

Portfel İdarəetməsi
Biz sifarişçilərə düzgün müştəriləri və gəlirlərin əldə edilməsi, cəlb edilməsi və saxlanılmasını irəli aparan portfel üzrə ən yaxşı hərəkətləri müəyyən etməyə kömək edirik

Risk
Biz müştəri təcrübəsini optimallışdıraraq sifarişçilərimizə riskin və saxtakarlığın daha yaxşı idarə edilməsində yardım edirik

Rəqəmsal
Biz sifarişçilərimizi pul kisəsindən üstün tutulan kart, faylda saxlanan kart, aktivləşdirmə və davamlı istifadə kimi məsələləri ünvanlayan rəqəmsal strategiyaları hazırlamaq və həyata keçirimək üçün dəstəkləyirik

İcra
Tövsiyələrin yerinə yetirilməsini dəstəkləmək üçün biz məsləhətçilərimizi sifarişçi təşkilatlarına yeridirik