Visa Ready nədir?
MSN
Misilsiz fürsətdən istifadə etməyə tələsin.
Mobil ödəniş nöqtəsi həlləri ödəniş ekosistemini sürətlə yenidən formalaşdırır. Visa Ready proqramı smartfonların, planşetlərin və ya xüsusi naqilsiz cihazların ödənişləri qəbul etməsinə imkan yaradan, eyni zamanda ticarətçilərə və kart əldə edənlərə gəlirlərini artırmaq fürsəti verən, aparat və proqram təminatı həllərinin təsdiqi üçün müraciət qəbulu prosesi təklif edir.
Bulud texnologiyasına əsaslanan ödənişlər
Etibarlı ticarət metodunu dəstəkləyin.
Bütün dünyada mobil ödəmələr sürətlə artır. Visa Ready proqramı bulud texnologiyasına əsaslanan ödəniş həllərini təsdiqləyir və öz bulud texnologiyalı ödəmə proqramlarını işləyib hazırlamaq istəyən maliyyə təşkilatlarına və partnyorlara dəstək vermək üçün proqram təminatı hazırlama vasitələri dəsti təklif edir.
Obyektlərə internet vasitəsilə nəzarət
Hüdudsuz ödəniş imkanlarının yolunu açın.
2020-ci ilə qədər 50 milyarddan artıq cihaz internetə qoşulmuş olacaq. Visa Ready Proqramı avtomobillərə, insan üstündə gəzdirilən texnologiyalara, məişət texnikasına, pərakəndə satış sahələrinə və təhlükəsiz ödəniş funksiylarının gətirilməsi üçün, onları təkmilləşdirilmiş marşrut və yeni nəsil ödəmə təcrübələri ilə təmin edir.
Biznes həlləri
B2B ödəniş həllərini inteqrasiya edin və sistemləşdirin.
Visa Ready Proqramı təkmilləşdirilmiş məlumat, virtual kart inteqrasiyası, borcların ödənilməsinin avtomatlaşdırılması, ödənişin idarə edilməsi elementləri daxil olmaqla, çoxsaylı B2B ödəniş həllərinin təsdiqlənməsini texnologiya şirkətləri üçün asanlaşdırır. Təsdiqlənmə sizin həllərinizin Visanın spesifikasiyalarına və təhlükəsizlik standartlarına uyğun olduğuna zəmanət verir; həll yolunuzun tətbiqinin sürətləndirilməsinə kömək etmək üçün o bizim Təsdiqlənmiş Həll kataloqumuza əlavə ediləcək.
Mənim həll yolumu təsdiq edin

Həllinizin təsdiqi ilə aşağıdakı imkanları əldə edəcəksiniz:
- Həllinizin tez bir vaxtda bazara çıxarılması
- Visa resurslarına, lisenziyalarına və üstün təcrübələrinə giriş imkanı
- Həll yolunuzun sənaye standartlarına cavab verməsinin təmin edilməsində yardım
- Həll yolunuzun təkmilləşdirilməsinə imkan yaradacaq proqramlar, alətlər və xidmətlərin əldə edilməsi
- Visa Ready marketinq dəstəyindən yararlanmaq imkanı
Visa Ready olun
Addım 1:
Portala baş çəkin və qeydiyyatdan keçin
Addım 2:
Visa Ready tələblərini nəzərdən keçirin və yerinə yetirin
Addım 3:
Visa Ready müqaviləsini imzalayın
Addım 4:
Visa Ready olun
Təsdiqlənmiş həll tapın

Visa Ready proqramını tətbiq etməklə aşağıdakı fürsətləri qazanacaqsınız:
- Visanın imkanlarından yararlanma imkanı, innovativ ödəniş həllərinin mənimsənilməsinin asanlaşdırılması
- Elektron ödənişlərin qəbulunu və istifadəsini genişləndirməklə potensial yeni gəlir axını əldə etmək imkanı
Visa Ready-nin partnyorları ilə çalışın
Addım 1:
Həllər kataloquna baxın
Addım 2:
Həll yolu təchizatçısı axtarın və seçin
Addım 3:
Həll yolunu tətbiq etmək üçün təchizatçı ilə əlaqə saxlayın
Addım 4:
Visa Ready tərəfindən təsdiq edilmiş ödəniş həllindən istifadə etməyə başlayın