• Necə qoşmalı?
  • Alış-verişi necə etməli?
  • Xüsusi təklif
  • İştirakçı banklar

Sadə qoşulma

Siz cəmi bir neçə addıma Visa kartınızı Apple Pay-ə sürətli şəkildə qoşa bilərsiniz.

Rahat ödəmə

Apple Pay kontaktsız ödənişləri qəbul edən hər yerdə işləyir və ödəniş etmək üçün Touch ID və ya Face ID istifadə etmək kifayətdir.

Təhlükəsiz ödənişlər

Visa təhlükəsizlik sistemi kartınızın məlumatlarını unikal rəqəm dəsti ilə (token) əvəzləyir, buna görə də alış-veriş edərkən kart məlumatlarınızın fırıldaqçıların əlinə keçməyəcəyindən əmin olaraq ödəniş edə bilərsiniz.

Necə qoşmalı?

iPhone

  • Wallet tətbiqini açın.
  • Sağ üst küncdəki “+” işarəsini basın.
  • iTunes hesabınıza bağlı kredit və ya debet kartını əlavə etmək üçün həmin kartın təhlükəsizlik kodunu daxil edin. Yaxud “Digər kart əlavə et” variantını seçin və kamera vasitəsilə kart məlumatlarını daxil edin.

Apple Watch

  • iPhone-da Apple Watch tətbiqini açın.
  • “Wallet və Apple Pay” yazısına toxunun və “Kredit və ya debet kartı əlavə et” seçin.
  • iTunes hesabınıza bağlı kredit və ya debet kartını əlavə etmək üçün həmin kartın təhlükəsizlik kodunu daxil edin. Yaxud “Digər kart əlavə et” variantını seçin və kamera vasitəsilə kart məlumatlarını daxil edin.

iPad

  • “Tənzimləmələr”ə keçin.

Alış-verişi necə etməli?

iPhone və iPad

Mağazalarda

  • Mağazalarda ödəniş üçün iPhone-u yuxu rejimindən çıxarmaq və ya hər hansı tətbiqi açmaq mütləq deyil. Sadəcə barmağınızı Touch ID üzərinə qoyaraq iPhone-u terminala yaxınlaşdırın.
  • Ödənişdən sonra ekranda “Hazır” yazısını görəcək, yüngül vibrasiya hiss edəcək və səs siqnalı eşidəcəksiniz. Bu, o deməkdir ki, ödənişiniz haqqında məlumat göndərilib.

Tətbiqlərdə

Sifarişi tərtib edərkən ödəniş növü olaraq Apple Pay seçin və barmağınızı Touch ID üzərinə qoyun.

Apple Watch

Mağazalarda

  • Yan düyməyə iki dəfə basın və Apple Watch-un displeyini terminala çevirin.
  • Apple Watch səs siqnalı vasitəsilə ödəniş haqqında məlumatın göndərilməsini sizə xəbər verəcək.

Mac

Tətbiqlərdə

Mac-da Safari brauzerində alış-verişləri ödəmək üçün Apple Pay seçin, daha sonra alış-verişin təsdiqlənməsini iPhone və ya Apple  Watch-da tamamlayın.

Apple Pay ödənişini hansı mağazalarda qəbul edirlər?

Apple Pay kontaktsız ödənişləri qəbul edən hər yerdə işləyir. Kassanın yanında və ya terminalda bu işarələrdən istənilən birini axtarın. Artıq bu gün siz bir çox mağazalarda və tətbiqlərdə Apple Pay istifadə edə bilərsiniz.

Xüsusi təklif

www.almacity.az şəbəkəsinin partnyorlarında alış-veriş edin, Apple Pay texnologiyasından istifadə edərək Visa kartınızla ödəyin və xoş endirimlər, həmçinin digər üstünlüklər əldə edin.

“Alma City” promo-aksiyasının şərtləri

İştirakçı banklar

Apple Pay texnologiyası ilə bu bankların buraxdığı Visa kartları çalışır: