-
Google Pay ilə sürətli və təhlükəsiz ödəniş edin.
Mağazalarda və tətbiqdə alış-verişləri telefon və ya ağıllı saat vasitəsilə Visa kartı ilə ödəməyin sadə üsulu.
Ümumi məlumat
Google Pay Visa kartınızla mağazalarda və tətbiqlərdə sürətli və asan ödəniş etmək üsuludur. Siz Visa kartlarının bütün üstünlüklərindən və təhlükəsizliyindən faydalana biləcəksiniz.
Visa tokenizasiya xidməti ilə Google Pay ödəniş terminalı emulyasiyasını dəstəkləyən bütün Android cihazları ilə uyğunlaşır.
Təhlükəsizlik, üstünlüklər və qorunma
Mağazalarda təhlükəsiz ödəyin
Mağazalarda ödəniş etmək üçün Visa kartı və Google Pay ilə telefonunuzu istifadə etdikdə biz ödəniş üçün real kart nömrənizi göndərmirik. Bunun əvəzinə virtual hesab nömrəsi istifadə edilir. Real hesab məlumatlarınızın təhlükəsizliyi təmin edilir.
Sakitlik
Telefonunuz itirilib və ya oğurlanıbsa, siz həmişə oradakı məlumatlarınızı Find My Device vasitəsilə bloklaşdıra və silə bilərsiniz.
Layiq olduğunuz üstünlüklər və qorunma
Visa kartınızı Google Pay vasitəsilə istifadə edərək onun təklif etdiyi bütün üstünlüklərdən və qorunmadan faydalana biləcəksiniz.
Necə işləyir
Rahat, sadә vә tәhlükәsiz
Tətbiqi yükləyin və ya sayta keçin
Google Pay tətbiqini açın və ya pay.google.com saytına keçin
Visa kartınızı əlavə edin
Google Pay tətbiqindən kartınızın fotosunu çəkin və ya kartınızın detallarını daxil edin
Alış-veriş edin
Mağazalarda və tətbiqlərdə daha sürətli ödəyin
Tərəfdaş banklar
Suallar vә cavablar
Tez-tez verilәn sualların cavabları
-
-
Google Pay mövcud Google ödəniş məhsullarının yeni adı və interfeysidir.
-
-
Google Pay mövcud Google ödəniş məhsullarının yeni adı və interfeysidir. Google Pay ilə siz mağazalarda və onlayn alış-verişlərinizi Android Pay-də olduğu kimi ödəyə bilərsiniz.
-
-
Siz artıq Google Pay-i xidmətin loqosunu gördüyünüz mobil tətbiqlərdə və veb-saytlarda istifadə edə bilərsiniz. Mağazalarda və Youtube, Play Store, Google Store, Google Photos və s. Google məhsulları üçün ödəniş etdikdə istifadə edə bilərsiniz.
-
-
Artıq Android Pay istifadəçisi olanlar heç nə etməməlidirlər – sizin tətbiqiniz məhsul adını yaxın gələcəkdə avtomatik yeniləyəcək. Lakin əgər Android Pay istifadəçisi deyilsinizsə, Android Pay tətbiqini indi yükləyin, sürətli və asan ödəyin – Google Pay aktivləşəndə tətbiq özü yenilənəcək.
-
-
Siz yeniliklərdən xəbərdar olmaq üçün Google Blog saytını (https://blog.google/topics/shopping-payments/) və ya yardım mərkəzini (support.google.com/androidpay) ziyarət edə bilərsiniz.
Android, Google Pay və Google loqosu Google MMC-nin əmtəə nişanlarıdır.