Digər ölkəyə sürətli, rahat və təhlükəsiz şəkildə pul köçürmək istəyirsiniz?
Visa kartlarına telefon nömrəsi vasitəsilə vəsait köçürülməsi texnologiyasından yararlanın!
Visa ilə telefon nömrəsi vasitəsilə köçürməni necə həyata keçirməli?
Əgər alıcı əlaqələr siyahınızda qeyd olunubsa, onun kartına pul köçürə bilərsiniz. Yalnız alıcının telefon nömrəsi vasitəsilə köçürmə qəbulu funksiyasını aktivləşdirməsini dəqiqləşdirin. Bu çox vacibdir!
Cəmi bir neçə kliklə pul göndərin:
Bankınızın tətbiqinə daxil olun.
Telefon nömrəsi vasitəsilə köçürmələr bölməsini tapın.
Lazımlı əlaqə nömrəsini seçin.
Lazımlı məbləği daxil edin.
Və köçürməni təsdiqləyin.
Hazırdır! Pul artıq alıcıya çatmaq üçün yola çıxıb!
Bəs Visa kartına bu cür köçürməni necə almaq olar?
Telefon nömrəsi vasitəsilə köçürmələri ala bilmək üçün bankın tətbiqində bu funksiyanı bircə dəfə aktivləşdirməyiniz kifayətdir, bundan sonrakı köçürmələr heç bir səy tələb etmədən avtomatik həyata keçiriləcək.
Funksiyanı cəmi bir neçə klikə aktivləşdirin:
- Bankınızın tətbiqinə daxil olun.
- Telefon nömrəsi vasitəsilə köçürmələr bölməsini tapın.
- Bu cür köçürmələrin alınması funksiyasını aktivləşdirin.
- Və telefon nömrəsi vasitəsilə köçürmələri almaq istədiyiniz kartı seçin.
- Tənzimləmələri yaddaşda saxlayın. Hazırdır! İndi siz telefon nömrəsi vasitəsilə pul göndərə və ala bilərsiniz.
Telefon nömrəsi vasitəsilə köçürmə edə biləcəyiniz ölkələr və banklar:
Azərbaycan, Belarusiya, Qazaxıstan, Moldova, Ukrayna, Özbəkistan
Suallar
-
-
Banklar köçürmələrə görə komissiyanı öz qərarları əsasında təyin edir. Köçürmələrin qiyməti və məhdudiyyətləri barədə ətraflı məlumatı köçürməni alanın kartını buraxan bankla dəqiqləşdirin.
-
-
Köçürülən məbləğin minimum və maksimum miqdarını banklar təyin edir, buna görə də fərqlilik göstərə bilər. Ətraflı məlumatı kartınızı buraxan emitent-bankla dəqiqləşdirin.
-
-
Bankınız bu xidmətə qoşulubsa və alıcı mobil tətbiqdə bu xidməti aktivləşdiribsə, siz digər bankların kartlarına pul köçürə bilərsiniz. Xidmətin mövcud olduğu bankların və ölkələrin siyahısı ilə səhifənin yuxarısında tanış ola bilərsiniz, yaxud xidmətin mövcudluğunu birbaşa sizi maraqlandıran bankla dəqiqləşdirə bilərsiniz.
-
-
Bu halda komissiyanın miqdarını köçürmə xidmətini təqdim edən bank təyin edir. Komissiya ilə bağlı ətraflı məlumatı kartınızı buraxan emitent-bankla dəqiqləşdirin.
-
-
Adətən vəsaitin alıcının hesabına köçürülməsi bir neçə dəqiqə çəkir və yarım saatı ötmür. Ayrı-ayrı hallarda müddət 2 bank gününədək uzana bilər, bu alıcının kartının emitent-bankından, həmçinin bankın texniki şərtlərindən asılıdır.
-
-
Azərbaycan ərazisində pul köçürmək üçün siz alıcının mobil telefon nömrəsini bilməlisiniz.
-
-
Xaricə pul köçürmək üçün siz alıcının mobil telefon nömrəsi ilə yanaşı, ad və soyadının latın hərfləri ilə yazılmış versiyasını (bank kartında qeyd edildiyi kimi) bilməlisiniz.
Xaricə telefon nömrəsi vasitəsilə köçürmələr haqqında ətraflı təlimata bu linkdən baxa bilərsiniz.
-
-
Visa kartını əldə etmək üçün şəxsiyyətinizi təsdiq edən sənədlə bank şöbəsinə yaxınlaşıb müvafiq ərizə ilə müraciət etməlisiniz. Xidmət göstərən bankların siyahısı ilə tanış olun.