Premium Visa kart sahibləri Heydər Əliyev Beynəlxalq Aeroportuna (GYD) gediş/gəliş zamanı Bakı və Abşeron yarımadası hüdudlarında pulsuz transfer xidmətindən istifadə edə bilərlər.
Xidmətin sifarişi Visa Concierge çat-botu vasitəsilə həyata keçirilir. Təklif 18 aprel 2022-ci ildən 31 dekabr 2023-cü ilədək keçərlidir.
Xidmətdən istifadə etmək üçün:
- xidmətin çat-botunda qeydiyyatdan keçdiyinizdən əmin olun;
- “Aeroport transferi” menyusunda “Xidməti sifariş et” düyməsinə basın;
- qaydalarla tanış olun və qəbul edin;
- reysin nömrəsini, gününü və tarixini, gedən şəxslərin və baqajın sayını, öz adınızı, soyadınızı və əlaqə nömrənizi qeyd edin;
- sifarişin təsdiqi ilə bağlı bildirişi alın.
Təklif Visa Platinum, Visa Signature və ya Visa Infinite premium kartları üçün aşağıdakı limitlər çərçivəsində keçərlidir:
- Visa Platinum kart sahibləri üçün – ildə ən çox 2 dəfə;
- Visa Signature üçün – ildə ən çox 4 dəfə;
- Visa Infinite üçün – ildə ən çox 6 dəfə.
Bu təklifdən bank tərəfindən emitasiya edilmiş (sanksiyalar altında olmayan) və aviabiletin keçərlilik müddəti ərzində qüvvədə olan bütün premium kartların sahibləri yararlana bilərlər. Bir transferdəki maksimum sərnişin sayı 4 nəfərdir. Baqaj sayı 4-ü keçməməlidir, qeyri-standart yüklər daşınma üçün qəbul edilmir. Əlavə xidmətlərə ehtiyacınız varsa (uşaq oturacağının təqdim olunması kimi), sifarişi tərtib edərkən bunu qeyd edin.
Xidmətin göstəriləcəyi yerə sifarişdə qeyd edilən tarixədək gəlməlisiniz. Gözləmə müddətinə məhdudiyyətlər var. Reysin gecikməsi sifariş vaxtının dəyişdirilməsi üçün əsas ola bilməz.
Xidmət göstərilməsinə ən azı 12 saat qalmış transfer sifariş edə bilərsiniz. Transferi çat-bot vasitəsilə sifarişin yerinə yetirilməsinə 12 saat və daha çox müddət qalması şərtilə ləğv etmək mümkündür.
Avtomobillər barədə daha ətraflı airtransfer.az/fleet