• Visa kartı ilə alış-verişi yenidən kəşf edin!

    Four people walk outside in front of buildings with steep, red-tiled roofs and dormer windows on a cloudy day. Four people walk outside in front of buildings with steep, red-tiled roofs and dormer windows on a cloudy day.

 

Visa kartları ilə The Bicester Collection şəhərciklərində eksklüziv endirimlər, üstünlüklər və VIP-zonalara giriş imkanı

The Bicester Collection Avropa, Çin və ABŞ-da müstəsna təəssüratları və sərfəli təklifləri ilə tanınan, 12 unikal alış-veriş istiqamətindən ibarət olan şəbəkədir.

Bu ticarət şəhərcikləri dünyanın bir sıra ən məşhur şəhərləri ilə yanaşı yerləşir: London, Paris, Milan, Barselona, Madrid, Dublin, Brüssel, Münhen, Frankfurt, Şanxay, Suçjou və Nyu-York.

Onlar ümumilikdə 1500 butiki birləşdirir. The Bicester Collection bütün il ərzində ziyarətçilərə dünyaca məşhur dəb və lifestyle brendlərindən daima yenilənən seçmələri, məşhur restoranları, maraqlı pop-up layihələri və kreativ incəsənət instalyasiyalarını təklif edir.

Visa kartları ilə sizi gözləyir:

  • dünya brendlərinin butiklərində endirimlər;
  • “Rahat alış-veriş” xidməti;
  • The Apartment VIP-məkanına giriş;
  • sadə Tax Free (Global Blue) qeydiyyatı.
Two women stand in a room with a clothing rack, looking at clothes and smiling. Shelves with dishes, glassware, and fruit are visible in the background.

Dünya brendlərinin butiklərində 10% endirim

10% endirimdən yararlanmaq üçün ziyarət etməyi planlaşdırdığınız şəhərciyi (Village) seçib VIP Pass yükləyin, QR-kodu elektron pulqabınıza əlavə edin, onu iştirakçı butik və restoranlarda təqdim edin. VIP Pass-ı bu linklərdən yükləmək mümkündür:

Diqqət:

  • Yalnız ziyarət günü keçərlidir.
  • Endirim Visa kartı təqdim edildikdən sonra birbaşa kassada tətbiq edilir.
  • Butiklərin digər promoaksiyaları ilə birgə istifadə oluna bilməz.
  • Endirim Visa Classic / Gold / Platinum / Signature / Infinite kartları üçün keçərlidir.
A man in a suit and a woman in a patterned dress with sunglasses walk outdoors holding shopping bags.

“Rahat alış-veriş” xidməti (Hands-Free)

“Rahat alış-veriş” xidməti (Hands-Free) qayğısız alış-veriş etmək imkanı verir: konsyerj xidmətinin köməkçiləri bütün aldığınız məhsulları toplayıb paketləyəcək, beləliklə, gün sonunda onları rahat şəkildə bir yerdən təhvil ala biləcəksiniz.

Xidmətdən istifadə etmək üçün:

  • Şəhərciyə çatan kimi Concierge Services masasında VIP Pass-ı təqdim edin.
  • Alış-verişi ödəyərkən QR-kodu təqdim edin və alış-veriş paketlərini butik məsləhətçilərinə təhvil verin.
  • Şəhərciyi tərk etməzdən 30 dəqiqə əvvəl Concierge Service-də qeyd edilən nömrəyə zəng edin və paketlərinizi seçdiyiniz yerdə təhvil alın.

Diqqət:

  • Xidmət alış-verişləri günün istənilən anında təhvil vermək imkanı təqdim edir.
  • Alış-verişin sonunda bütün paketlərin bir yerdə təhvil verilməsi və ya avtomobilə/taksiyə/hotelədək (ünvandan asılı olaraq) çatdırılması.
  • Visa Signature / Infinite kartlarının sahibləri üçün pulsuz.
A woman in a white dress stands at an open door, holding a cup and looking outside; a dining table with flowers and food is set nearby.

Village – The Apartment lüks məkanına giriş

The Apartment premium fərdiləşdirilmiş xidmət təklif edən, istirahət üçün nəzərdə tutulan özəl launc məkanıdır.

The Apartment-ə giriş bron etmək üçün planlaşdırdığınız ziyarətdən ən azı 48 saat öncə Guest Services elektron poçt ünvanlarına məktub göndərin:

Diqqət:

  • The Apartment yalnız ön sorğu ilə daxil ola biləcəyiniz özəl zonadır.
  • Giriş sorğusunu ən azı 48 saat öncə göndərmək mütləqdir, Concierge yerlərin mövcud olmaması səbəbindən imtina cavabı verə bilər.
  • Giriş yalnız Visa Infinite kart sahibləri üçün təqdim olunur.
Two women look at a brochure; one wears a red uniform and hat behind a counter, the other stands in front of her. A map is visible in the background.

Global Blue ilə ƏDV qaytarılması (Tax Refund)

Global Blue tərəfdaşlarında tax refund zamanı 17%-dək qənaət edin. Alış-veriş miqdarı €100,01-dan çox olmalıdır. Visa kart sahibləri sadələşdirilmiş Tax Free xidmətindən yararlanmaq üçün aşağıdakı linkə daxil olmaqla onlayn forma vasitəsilə və ya Fransa, İtaliya, İspaniya və İrlandiyadakı The Bicester Collection şəhərciklərində flayerlərdəki QR-kodu skan etməklə öz Visa kartlarını bir dəfə qeydiyyatdan keçirməlidirlər.

Qeydiyyatdan sonra kart sahibi butiklərdə istifadə üçün ştrixkod əldə edir, Tax Free formasının avtomatik doldurulması üçün alış-veriş zamanı onu skan etmək lazımdır.

Ölkədən çıxdıqda gömrük təsdiqlənməsini həyata keçirmək tələb olunur, bundan sonra qaytarılan məbləğ qeydiyyatdan keçmiş Visa kartına köçürüləcəkdir.

Qeydiyyat Linkləri:

Təklif Visa Classic / Gold / Platinum / Signature və Visa Infinite kart sahibləri üçün 31 dekabr 2026 tarixinədək keçərlidir.