- 
                        
Booking.com-da Visa kartı il ödəniş zamanı 7%-dək keşbek
                                            
                                         
Booking.com ilə səyahət edin və Visa ilə ödənişlərdə 7%‑dək keşbek əldə edin
Visa və Booking.com ilə səyahət edin: yaşayış yerini bron edərkən 7%-dək keşbek
Səyahətdə komfort yaxşı yaşayış yerindən başlayır. Rahat hotel otağı və ya işıqlı mənzil işgüzar səfərdə belə istirahət ab-havası yaradır. Visa ilə həm Booking.com-da rahat yaşayış yeri bron edəcəksiniz, həm də Booking.com-dakı pulqabınıza 7%-dək keşbek qayıdacaq. Qazandığınız ballar pulqabınızda qalacaq və onları növbəti bronda istifadə edə biləcəksiniz.
3 iyun-30 noyabr 2025 tarixləri ərzində Visa və Booking.com birgə aksiyaya start verir. Bronunuzu xüsusi link vasitəsilə (Booking.com/Visa) gerçəkləşdirin, Visa kartı ilə ödəyin və 7%-dək keşbek əldə edin.
Diqqət: keşbek xüsusi linkə (Booking.com/Visa) keçid etdikdə köçürülür. Birbaşa Booking.com saytından həyata keçirilən bronlar aksiyada iştirak etmir.
Həmçinin bronu Booking.com tətbiqi vasitəsilə həyata keçirmək mümkündür, lakin öncə mütləq xüsusi linkə (Booking.com/Visa) keçid etmək lazımdır.
Tətbiq cihazda mövcud olduqda xüsusi linkə (Booking.com/Visa) keçid zamanı tətbiq avtomatik açılır.
Şərtlər:
- Maksimum keşbek məbləği – bir bron üçün 200 avro.
 - Keşbeki yeni bronlar zamanı bir neçə dəfə əldə etmək olar.
 - Təklif yalnız xüsusi link vasitəsilə həyata keçirilən bronları əhatə edir.
 - Bron ləğv edildikdə və ya müştəri təyinat nöqtəsinə getmədikdə keşbek köçürülmür.
 - Yalnız xüsusi link vasitəsilə (Booking.com/Visa) bronlarda keçərlidir.
 - Birbaşa Booking.com vasitəsilə gerçəkləşən bronlar aksiyada iştirak etmir.
 - Keşbek yalnız yaşayışa görə hesablanır (uçuşlar, nəqliyyat, vergi və əlavə xidmətlər nəzərə alınmır).
 - Keşbekin etibarlılıq müddəti – 24 ay.
 - Təklif digər aksiya və ya endirimlərlə birgə istifadə oluna bilməz.
 - Aksiyanın bütün şərtləri Booking.com tərəfindən təyin və idarə olunur.
 
Təklifdən necə yararlanmalı:
- Xüsusi link vasitəsilə (Booking.com/Visa) aksiyanın səhifəsinə keçid edin.
 - Booking.com-a daxil olun və ya qeydiyyatdan keçin.
 - Yaşayış yerini və səfər tarixlərini seçin.
 - Keşbek məbləğinin “Qiymət icmalı”nda əks olunduğundan əmin olun.
 - Xüsusi link vasitəsilə (Booking.com/Visa) “İndi ödə” ödəniş üsulunu seçin. “Pay at location” variantını seçəndə keşbek köçürülmür.
 - İstənilən Visa kartı ilə ödəniş edin (ön ödəməli yenilənməyən kartlar aksiyada iştirak etmir).
 - Keşbek əldə edin – yaşayış müddəti bitdikdən 64 gün sonra Booking.com-dakı pulqabınıza köçürüləcək.
 
3 iyun-30 noyabr 2025 tarixləri ərzində yaşayış yerini bron edin və ödəyin.
Bu bron üzrə səyahət dövrü: 3 iyun 2025-30 iyun 2026 (daxil olmaqla).