• Fast Line və Fast Track ilə vaxta qənaət edin və komfortla səyahət edin

Visa premium kartı ilə dünyanın 30-dan çox aeroportunda Fast Track və Bakıda Fast Line xidmətləri

Səyahətlər Visa-nın Fast LineFast Track xidmətləri ilə daha asan və komfortlu keçir – onlar üstünlük əsasında, rahat aeroport təcrübəsini təmin edir.

Visa xidmətləri ilə qeydiyyat, yoxlanış və minik prosedurlarından sürətlə keçə bilərsiniz, həmçinin, gəliş zamanı əlavə komfortdan faydalana bilərsiniz.

Visa-dan Fast Line xidməti Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda təqdim olunur. Xidmət çərçivəsində gəliş zamanı sərnişin fərdi müşayiətlə təmin edilir: portye baqajın baqaj zolağından avtomobilədək daşınmasına kömək edir. Daşınma baqaj arabasında həyata keçirilir və 3 ədədə qədər qeydiyyatlı baqajla 1 ədəd əl yükünə (bir sərnişin üçün) aid edilir.

İl ərzində mövcud olan keçidlərin sayı, lakin gündə 2-dən çox olmamaq şərti ilə:

  • Visa Platinum və Visa Platinum Business — 2 keçid
  • Visa Signature — 4 keçid
  • Visa Signature Business — 10 keçid
  • Visa Infinite — 6 keçid

Vacib:

  • Xidmətin göstərilməsindən minimum 12 saat əvvəl (Bakı vaxtı ilə) sifariş verilməlidir.
  • Xidmət uçuş tarixindən ən tez 14 gün əvvəl sifariş edilə bilər.
  • Xidmət daxili aviareyslərə şamil edilmir.

Visa-dan Fast Track xidməti bütün dünyada 30-dan çox beynəlxalq aeroportda təqdim olunur və aeroportun əsas zonalarında üstünlük əsasında sürətli keçiddən yararlanmaq imkanı verir.

Üstünlük əsasında xidmətlərlə vaxta qənaət edirsiniz və səyahətin hər mərhələsini daha komfortlu keçirirsiniz.

İl ərzində əlçatan xidmət sayı:

  • Visa Platinum — 2 dəfə
  • Visa Signature — 4 dəfə
  • Visa Infinite — 6 dəfə

Həmçinin, Visa premium kartlarının sahibləri xidmətdən 12 yaşadək bir uşaqla birlikdə pulsuz istifadə edə bilərlər (yalnız uşaq da eyni reyslə uçduğu halda).

Təklifdən yararlanmaq üçün:

  • Xidməti Visa Concierge çat-botunda aktivləşdirin
  • Fast Line (Bakı) və ya Fast Track International xidmətini seçin
  • Təsdiqlənmə və ya QR-kod əldə edin.

Təklif Azərbaycan bankları tərəfindən buraxılmış Visa Platinum, Visa Signature və Visa Infinite kartlarının sahibləri üçün keçərlidir.

Təklif 1 aprel 2026 tarixinədək keçərlidir.