• Xaricdə Visa ilə alış-veriş edin, ƏDV daha tez qaytarılsın

Visa və Global Blue ilə Tax Free alış-veriş – daha sürətli və komfortlu

ƏDV qaytarılmasını Global Blue ilə həyata keçirdikdə birbaşa Visa kartınıza köçrüləcək – bu, sürətli və etibarlıdır.

Bütün Visa kart sahibləri üçün:

  • Bu link vasitəsilə Global Blue proqramında qeydiyyatdan keçin və vəsaitin qaytarılması üsulu kimi Visa kartınızı qeyd edin;
  • Global Blue loqolu mağazalarda alış-veriş edin və kassada Tax Free Global Blue prosesini rəsmiləşdirin;
  • bu zaman mütləq pasportu və ya tətbiqdən, yaxud saytdan ştrixkodu təqdim etmək lazımdır;
  • çıxış edərkən gömrük yoxlamasında Tax Free formasını möhürlə təsdiqlədin;
  • təsdiqlənmiş Tax Free Global Blue formalarını göndərin;
  • forma təsdiqləndikdən sonra tətbiqdə vəsaitin Visa kartına qaytarılma statusunu izləyin.

Vəsaitin Visa kartınıza köçürülmə müddəti adətən sənədlər təsdiqləndikdən sonra 14 iş gününədək vaxt tələb edə bilər.

Visa Infinite kart sahibləri üçün əlavə üstünlüklər (may 2026 tarixinədək):

  • Fransa, İtaliya və İspaniyadakı (Paris, Milan, Roma, Florensiya, Barselona, Madrid, Marbelya) Global Blue VIP-zallarına pulsuz giriş.
  • Milan və Roma aeroportlarında Fast Lane-də üstünlük əsasında keçid.

Şərtlər:

  • Visa Infinite üstünlükləri 31 may 2026 tarixinədək keçərlidir.
  • Zallara giriş yalnız boş yerlər mövcud olduqda mümkündür.
  • Giriş üçün sadəcə Visa Infinite kartınızı təqdim etmək kifayətdir.

Visa və Global Blue ilə səyahət və alış-verişdən daha çox zövq alın.