Hektor Rodrigez, Baş Vitse-Prezident və Regional Risk üzrə Səlahiyyətli, CEMEA, Visa
COVID-19 ilə bağlı səyahət məhdudiyyətlərinin yumşaldıldığı bir dövrdə milyonlarla insan səyahət həvəsinə qapılır, fırıldaqçılar isə bu axından özlərinə pay çıxarmağa can atırlar.
Səyahət sənayesi ötən 18 ay ərzində böyük zərbə aldı və buna görə qiymətləri aşağı salmaq məcburiyyətində qaldı. İl yarımlıq qapanmalar dövründə evlərindən çıxa bilməyən insanlar isə yenidən başqa ölkələrə uçmağın həyəcanı ilə sərfəli təkliflər axtarmağa başladılar. Eyni zamanda pandemiya onlayn tranzaksiyalara kütləvi keçidi də vacib etdi.
Bu şərtlərdə fırıldaqçılar insanların həyəcanını pula çevirmə şansı əldə etdilər və səyahətlə əlaqəli fırıldaq sxemləri hazırlamağa başladılar. Biz bir növ “kələk-pandemiyası” şəraitində yaşayırıq.
Ödəmələrin müqayisəsi saytı Merchant Savvy ödəniş fırıldaqçılığının səbəb olduğu qlobal zərərin 2020-ci ildə 32.39 milyard dollara çatdığını və bu göstəricinin 2027-ci ildə 40.62 milyard dollara yüksələcəyini proqnozlaşdırır1.
Lakin bu sizi qorxutmasın, Visa kimi sfera liderləri təhlükəsizliyinizi təmin etmək məqsədi ilə bu gün, sabah və hər gün kiber cinayətkarların hər hərəkətini güdmək və proqnozlaşdırmaq üçün daima ayıq-sayıqdırlar. Partnyorlarımız və müştərilərimizlə birlikdə bütün ödəniş tranzaksiyalarını və ümumilikdə ticari ekosistemi qorumaq bizim missiyamıza çevrilib. Biz birlikdə hərəkət edir, fırıldaqçılıqla mübarizə üçün güclü mexanizmlər hazırlayırıq. Yeri gəlmişkən, Mərkəzi və Şərqi Avropa, Orta Şərq və Afrika fırıldaqçılıq məsələlərində ən təhlükəsiz bölgələrdən hesab olunur.
Amma bununla yanaşı siz də öz məsuliyyətinizi dərk etməli və özünüzü qorumalısınız.
Bir şey həqiqət olmayacaq qədər gözəl görünürsə…
Bəli, bütün dünyada insanlar yenidən səyahət etməyin həyəcanını yaşayır. Lakin fırıldaqçılar da mümkün bütün yollarla insanların əziyyətlə qazandıqları pulları əllərindən almağın həyəcanını yaşayırlar.
Siz onların tələlərinə düşməyəcəyinizdən əmin olmalısınız.
Fırıldaqçılar yaxşı bilir ki, müştərilər ən yaxşı səyahət təkliflərini axtarırlar. Odur ki, aviabilet, otel sifarişi, turpaket və ya avtomobil kirayəsi üçün ən aşağı qiymətləri axtaran müştəriləri qarmaqlarına keçirmək üçün əllərində olan bütün vasitələrdən istifadə edirlər.
Xəyallarınızdakı tətil paketini cəlbedici qiymətlərlə əldə etməyin həyəcanına qapılmayın. Bu faydalı qaydanı unutmayın: Əgər bir şey həqiqət olmayacaq qədər gözəl görünürsə, demək ki, şübhələnməyə dəyər.
Düşmənini tanı – taktikasından xəbərdar ol
Kibercinayətkarlıqla bağlı qlobal sənayenin qurbanı olmamaq üçün ilk addım məlumatlı olmaqdır. Fırıldaqçılığa aldanmamaq üçün fırıldaqçıların necə hərəkət etdiyini bilməlisiniz. Fırıldaqçılar yığımlarınızı əlinizdən almaq üçün sosial mühəndislikdən fişinq hücumlarınadək bir çox yol hazırlayıblar.
Sosial mühəndislikdə fırıldaqçılar sizi aldadaraq şəxsi və ya ödəniş məlumatlarınızı alırlar. Məsələn, sizə səyahət agenti kimi zəng edib cəlbedici səyahət paketi təklif edə və depozit almaq üçün elə telefonda bank məlumatlarınızı soruşa bilərlər. Əlbəttə daha sonra onlar sizin depozitlə yoxa çıxırlar və siz onlarla yenidən əlaqə qura bilmirsiniz.
Bu, həmçinin vebsayt reklamı, email, mətn və ya WhatsApp ismarışları şəklində də ola bilər. Fırıldaqçılar sizdən informasiya almağın yeni üsullarını tapmaqda məharətlidirlər, çünki nə qədər çox bilsələr, tələləri də o qədər incəliklə qururlar.
Siz internetdə səyahət agentliyinin və ya vebsaytın saxla saytını, yaxud bu günlərdə daha popular olan sosial media ilə əlaqəli səhifələr tapa bilərsiniz. Onlar əslinə bənzəyə, sizə tanış görünə və əla təkliflərlə dolu ola bilərlər, lakin URL-i və vebsaytı daha diqqətlə gözdən keçirdikdə onun saxta olduğunu anlayarsınız. Məsələn, URL-də əlavə və ya fərqli hərflər, simvollar ola bilər, vebsaytın özündə isə qrammatik səhvlər və məhdud funksiyalar ola bilər.
İnadkar fırıldaqçıları sizin adınızdan saxta maliyyə tranzaksiyasını həyata keçirmək üçün ehtiyac duyduqları məlumatı asta-asta, lakin əmin addımlarla toplayırlar. İlk zəngdə tam adınızı, ikincisində bankınızın adını öyrənirlər; sonra bankınızın adından zəng edib hesab məlumatınızı əldə edirlər. Bu fırıldaqçılar o qədər inandırıcı olur ki, hətta ən məlumatlı şəxslər belə Aldana bilirlər. Odur ki, məsələ məlumatlarınıza gələndə hədsiz ayıq-sayıq olmalısınız!
Fişinq hücumları isə saxta emal və vebsaytlar vasitəsi ilə şəxsi məlumatlarınızı əldə etmək üçün özünü maliyyə qurumu və ya etibarlı ticarətçi kimi göstərən fırıldaqçıları əhatə edir.
Onlar sizə bankınızın və ya səyahət agentliyinizin loqosu ilə email göndərə bilərlər, emaildə “tez bir zamanda” biletləri və ya səyahət paketini endirimli əldə etmək üçün verilən linkə daxil olmağınızı istəyəcəklər. Siz vebsayt linkinə klikləyən kimi saxta vebsayta yönləndiriləcəksiniz və orada ödədiyiniz məbləğ birbaşa fırıldaqçılara gedəcək.
Özünüzə sipər olun
Maliyyə qurumlarınız saxtakarlığın qarşısını almaq və məlumatlarınızı qorumaq üçün bir çox təhlükəsizlik qatından istifadə edərək ödənişlərinizi qoruya bilər və qoruyur. Məsələn, Visa onlayn alış-verişinizin təhlükəsizliyini təmin etmək üçün yüz minlərlə ticarət saytında Visa Secure nişanını tətbiq edib.
Həmçinin Visa “tokenlər”dən və tək-klik xidmətlərindən istifadə edir və beləliklə sizə təhlükəsiz onlayn ödəniş imkanı yaradır.
Lakin maliyyə qurumları sizi qorumaq üçün bir çox şeyi etsə də, siz də ayıqlığı əldən verməməlisiniz.
Gerçəklik budur ki, fırıldaqçılara qarşı ilk növbədə siz özünüzə sipər olmalısınız
Nəyə diqqət yetirmək lazımdır
Özünüzü qorumaq üçün bilməli olduğunuz bir neçə fənd.
- Ən yaxın dostlarınız ehtiyat və səbir: Əvvəla bunu yadda saxlayın ki, hesab nömrənizi, kartınızın arxasındakı üçrəqəmli təhlükəsizlik kodunu (CVV2) və ya birdəfəlik şifrənizi heç kimlə heç vaxt bölüşməməlisiniz. Unutmayın ki, maliyyə qurumları və ya təsdiqlənmiş ticarətçilər heç vaxt həssas məlumatları telefin və ya ismarış vasitəsilə öyrənməzlər.
- Mikroskop altında: Təhlükəsiz linklərin URL-i "https://" ilə başlayır və ödəniş məlumatlarınızı soruşan səhifədə olduğunuzda yanında kilid işarəsi olur. Ən kiçik səhv və ya fərq belə pis nəticələnə bilər. Əgər email vasitəsilə “vaxtı məhdud” böyük təklif almısınızsa, bir anlıq fasilə verin. Emaili iki dəfə yoxlayın. Loqonu şirkətin və ya bankın saytında olanla tutuşdurun. Qrammatik səhvləri yoxlayın (URL daxil olmaqla). Pikselli şəkillər və ya aşağı keyfiyyətli şəkillər diqqət yetirməli olduğunuz digər məqamdır. Əgər emailin keyfiyyəti aşağıdırsa, çox yəqin ki, bu bank və ya səyahət agentliyinin gerçək təklifi yox, fırıldaqçılıq halıdır. Saytın URL-ni özünüz yazmağınız və ya brauzer vasitəsi ilə təklifi gördüyünüz şirkətin düzgün vebsaytının axtarışını aparmağınız məsləhətdir.
- Olmaz: Həqiqət olmayacaq qədər gözəl bir şey təklif etdiyindən şübhələndiyiniz email-in tərkibində göndərilmiş hər hansı bir link və ya yükləməyə klikləməyin. Email aldığınız maliyyə qurumunun və ya səyahət agentliyinin əsas səhifəsinə keçin və həqiqətən belə təklifin olub-olmadığını öyrənmək üçün vebsaytlarını yoxlayın.
- Ödəniş linkini iki dəfə yoxlayın: Həmişə ticarətçinin adını və avtorizasiya olunmuş məbləği yoxlayın, xüsusilə də tranzaksiyanı təsdiqləmək üçün ikinci faktoru daxil edərkən.
- Virus/zərərli proqram əleyhinə yaxşı paket alın: Artıq ənənəvi antivirus proqramlarının əksəriyyətində zərərli proqram/fişinq əleyhinə texnologiyalar da daxildir. Bunlar sizi təhlükəli linklərdən və məlum zərərli təhdidlərdən qoruyacaq. Mütləq birini istifsadə edin və mütəmadi yeniləyin – xərclədiyiniz pula dəyəcək.
- Sonuncu, amma ən vacibi: İkifaktorlu təsdiqlənmə (2FA) sizin dostunuzdur. Onu istifadə edin və tələb etməyən saytlardan şübhələnin. Həmçinin siz Tranzaksiya Xəbərdarlıqları vasitəsilə aktivliyinizi də izləyə bilərsiniz. Two-factor authentication (2FA) is your friend. Use it and be wary of websites that don’t utilize it. Avtorizasiya olunmamış ödəniş aktivliyi gördüyünüz halda dərhal iş gördüyünüz şirkətə zəng edin.
Lazımlı diqqəti göstərin və özünüzü fırıldaqçılığa qurban verdiyiniz pulları qaytarmaq əziyyətindən xilas edin.
Təhlükəsiz səyahətlər və xoşbəxt tətillər!