İstirahətə və ya iş səyahətinə yollanarkən Visa-nın premium kartları ilə aeroportda üstünlüklərdən istifadə edin

500-dən çox beynəlxalq aeroportda YQnow Group xidmətlərindən yararlanın. YQnow Group xidmətləri sayəsində siz aeroport növbələrindən daha rahat və sürətli keçə biləcəksiniz, sizə baqajın daşınması, gəliş zamanı transferin təşkili və digər məsələlərlə ilə bağlı kömək edəcəklər.

Visa kart sahibləri üçün YQnow Group xidmətləri xüsusi endirimlərlə təklif olunur:

  • Visa Business, Visa Platinum və Visa Platinum Business kart sahibləri üçün 15% endirim;
  • Visa Signature və Visa Signature Business kart sahibləri üçün 20% endirim;
  • Visa Infinite kart sahibləri üçün 25% endirim.

Təklifdən istifadə qaydaları:

Endirim əldə etmək üçün xidmətləri YQnow Group saytında xüsusi link vasitəsilə bronlaşdırmaq lazımdır: https://cemea.yqnowgroup.com/.

Xidməti bronlaşdırarkən kartınızın kateqoriyasını seçin, endirim ödəniş zamanı avtomatik tətbiq olunacaq.

Təklifin şərtləri:

  • Xidməti səyahət başlamazdan ən azı 72 saat əvvəl bronlaşdırmaq lazımdır.
  • Təklif digər endirimlər, aksiyalar və təkliflərlə birlikdə istifadə oluna bilməz.
  • Əgər bronlaşdırılan xidməti yerinə yetirərkən dəyişikliklər edilərsə, aeroportda YQVG agentləri əlavə rüsumlar üçün ödəniş tələb edə bilərlər.
  • Bronlaşdırma xidmət yerinə yetirilməzdən ən azı 48 saat əvvəl ləğv olunmalıdır, əks halda vəsait qaytarılmayacaq.
  • Xidmət başlamazdan ən azı 48 saat əvvəl bronun ləğv edilməsi pulsuzdur və vəsait bron edilən karta qaytarılır.
  • YQnow Group-un standart Qaydaları və Şərtləri keçərlidir. Ətraflı məlumatı speedpass.yqnowgroup.com saytından əldə etmək mümkündür.