Gücləndirilmiş autentifikasiya nədir (SCA)

Strong Customer Authentication (SCA) – ölkənizdə qüvvəyə minən yeni qanunların bir hissəsidir. Bu qanunlar ödəniş transaksiyaları həyata keçirilərkən (onlayn və kontaktsız terminallar vasitəsilə ödənişlər daxil olmaqla) müştəriləri daha çox təhlükəsizliklə təmin etmək üçün ikifaktorlu autentifikasiya adlı təhlükəsizlik tədbirlərini tətbiq edir. Tədbirlər alış-veriş zamanı Visa ilə ödəniş edən müştəriləri və Visa ilə ödəniş qəbul edən biznesləri transaksiya prosesində daha çox əminlik və müdafiə ilə təmin etməyə istiqamətlənib. Bu təhlükəsizlik tədbirləri sayəsində banklar ödənişi həqiqətən Visa kart sahibinin yerinə yetirdiyindən əmin olacaq. Bu dəyişikliklər bütün sahələri əhatə edir.

SCA necə işləyir

SCA tətbiq edildikdən sonra Visa kartı ilə ödəniş edən müştərilərdən ödənişi təsdiqləmək üçün aşağıdakı kateqoriyalardan ikisini istifadə etməklə əlavə tədbir həyata keçirmək tələb  oluna bilər:

Mülkiyyət (Possession):

  • Qeydiyyatlı mobil telefon
  • Kart oxuyucu və kart
  • Açarların generasiyası qurğusu
  • Cihaza gələn və ya generasiya olunmuş OTP (birdəfəlik şifrə)

Xüsusiyyət (Inherence):

  • Selfi
  • Barmaq izi
  • Səs tanınması

Bilik (Knowledge):

  • PIN-kod
  • Şifrə
  • Cavabını yalnız ödəniş edənin bildiyi suallar

Tənzimləmənin məqsədi

A woman wearing a white blouse is smiling and looking at a tablet in a modern office setting.

Fırıldaqçılıq riskinin azaldılması

A man with curly hair and a beard, wearing an apron, smiles while using a tablet in a café or restaurant setting with shelves and lights in the background.

Ödənişlərin təhlükəsizliyinin artırılması

Two people are sitting together with a laptop. One person is holding a credit card and smiling while the other is pointing at the laptop screen.

Müştərilərin etimadının artması

Biznesiniz SCA üçün hazırdırsa, müştərilərinizə Visa ilə sürətli və sadə ödəniş təklif edə, beləliklə tətbiq edilən dəyişikliklərin üstünlüklərindən yararlana bilərsiniz. Müştərilərin Visa ilə ödənişlərinə autentifikasiya prosesini qoşmaq üçün biznesinizi necə hazırlayacağınızı öyrənin.

A barista holding a tablet, a close-up of a smartphone displaying a Visa payment screen, and a woman smiling while using a smartphone.

Biznesinizi SCA-nın tətbiqinə necə hazırlamalı

Ekvayer tərəfdaşınızla əlaqə saxlayın

SCA inteqrasiyasına hazırlıq üçün nə etməli olduğunuzu və hansı dəyişiklikləri tətbiq etməli olduğunuzu öyrənin və müzakirə edin.

3-D Secure tətbiqi

Müştərilərinizin onlayn ödənişlərinin autentifikasiyası üçün Visa Secure istifadə edin.

Əməkdaşlarınızı SCA-ya necə hazırlamalı

SCA-nın uğurlu tətbiqi üçün əməkdaşlarınızın və müştərilərinizin dəyişikliklərlə tanış olması hədsiz vacibdir. Sizə kömək üçün təklif edirik:

Veb-sayt üçün ismarış

Əməkdaşlar üçün tez-tez verilən sualların cavablarından ibarət köməkçi materiallar

Kommunikasiya üçün köməkçi materiallar

Bunlar sayəsində əməkdaşlarınız SCA ilə bağlı məsələlərdə özlərini daha inamlı və rahat hiss edəcəklər. Həmçinin əmin olun ki, müştərinin SCA üzrə konkret sualları olduqda əməkdaşlarınız onu ödəniş kartının emitentinə yönləndirməli olduqlarından xəbərdardır.

Biznesinizi müdafiə edin və Visa ilə daha təhlükəsiz ödənişlərə doğru bir addım atın

SCA-nın tətbiqi edilməsində, təhlükəsizliyi və müştərilərin inamını artırmaqda Visa-nın sizə necə kömək edə biləcəyi barədə daha çox məlumat almaq üçün ekvayer tərəfdaşınızla əlaqə saxlayın.

Tez-tez verilən sualların cavabları