Visa Direct¹ fiziki şəxslər və bizneslər üçün qlobal pul köçürmələrini təmin etməyə kömək edir

Visa Direct, 60-dan çox istifadə nümunəsini dəstəkləyən texnologiya ilə biznesinizi istədiyiniz qədər genişləndirməyə kömək edə bilər.²

Ölkədaxili eynisəviyyəli ödəniş

İnsan əlaqələri real zamanda işləyir,³ pul da elə olmalıdır. Visa Direct tərəfindən təmin edilən eynisəviyyəli ödəniş (P2P) proqramları ilə hesabı dostunuzla bölüşün və ya telefonunuzu təmir edən şəxsə ödəniş edin.

Transsərhəd⁴ pul köçürmələri

Ailələrin qlobal miqyasda bağlantı qurmasına kömək edin. Pul vəsaitlərini birbaşa hesablara və rəqəmsal pul kisələri vasitəsilə köçürün.

Hesabdan hesaba köçürmələr

Debet kartlarının real zaman³ gücü ilə istifadəçilərə müxtəlif təşkilatları arasında pul köçürmək üçün səmərəli yol təklif edin.

İşçilərə ödənişlər

Visa Direct vasitəsilə qazanclarına sürətli və çevik giriş təmin etməklə işçilərin cəlb edilməsinə və saxlanmasına kömək edin və onların məmnuniyyətini artırın.⁵

Kiçik müəssisələrə ödənişlər

Satış gəlirlərinə və vəsaitlərə sürətli giriş təmin edərək kiçik biznes müştərilərinə pul vəsaitlərinin hərəkətinə daha çox nəzarət etməyə kömək edin.

İstehlakçılara ödənişlər

Visa Direct ilə müştərilərinizə səyahət ödənişlərinə, oyun və lotereya uduşlarına, sığorta iddialarına və s. giriş əldə edə bilmələri üçün real zamanda³ ödənişlər təklif edin.


Dünya üzrə Visa Direct tranzaksiyalarını dəstəkləyən 500-dən çox partnyorla əlaqə saxlayın

Sərbəst çalışanlardan tutmuş səyahətə qədər sahələr Visa Direct vasitəsilə işçiləri və müştəriləri üçün daha sürətli pul hərəkətinə imkan verir.

Pul köçürmələri ilə bağlı fəlsəfəmizi araşdırın

Visa fikir liderliyi

Bizneslərin və istehlakçıların niyə daha yaxşı qlobal pul köçürmə şəbəkəsinə ehtiyac duqduqları barədə Visa liderlərindən dinləyin.

Visa Direct LinkedIn

Ən son Visa Direct xəbərləri barədə məlumat alın.

LinkedIn-də bizə qoşulun

Money Travels Podcast cover art.

Pul Köçürmələri Podkastı

Dünyanın harasında olmağınızdan asılı olmayaraq, parlaq gələcək təmin etməyə kömək edən ən son tendensiyaları və fikirləri araşdıran ekspertlər ilə danışan neyroloq və müəllif İndre Viskontasa qoşulun.

Podkastları dinləyin (EN)