Visa biznes kartı ilə 40-a qədər işçi üçün Codeblu Learning Management Solution proqramının 1 aylıq pulsuz sınaq versiyasını əldə edin.
Təklifdən necə yararlanmaq olar?
- Poshvine veb saytına gedin və “Claim Offer” düyməsini basın.
- Doğrulama üçün Visa biznes kartı nömrənizin ilk 8 rəqəmini daxil edin.
- Tərəfdaşın saytına getmək üçün “Redeem” düyməsini basın.
- Tələb olunan məlumatları daxil etməklə qeydiyyatdan keçin.
- Codeblu nümayəndəsi təklifdən yararlanmağınıza kömək etmək üçün sizinlə əlaqə saxlayacaq.
Təklif GMT vaxtı ilə 01 yanvar 2023-ci il saat 00:00-dan 31 dekabr 2023-cü il saat 23:59 GMT vaxtına qədər etibarlıdır.
Şərtlər və müddəalar
Tərəfdaş Şərtləri və Müddəaları.
İstifadəçi eksklüziv təklifin açılış səhifəsinə daxil olmalıdır. İstifadəçi təklifdən yararlanmaq üçün pulsuz sınaq üçün qeydiyyatdan keçməlidir.
Eduonix komandası istifadəçi üçün pulsuz sınaq hesabı yaradacaq. Təlim və pulsuz sınaq hesabı məlumatları Eduonix komandası tərəfindən e-poçt vasitəsilə istifadəçiyə göndəriləcək.
Visa Şərtləri və Müddəaları.
Bu Təklifin təfərrüatları Partnyor tərəfindən təqdim edilən məlumatlara əsaslanır. Visa kompaniyası bu məlumatların düzgün olduğuna zəmanət vermir. Ona görə də sizdən xahiş edirik ki, hər dəfə edilən Təklifin mövcudluğunu və etibarlılığını birbaşa Partnyorla əlaqəyə girməklə yoxlayasınız. Partnyor bu Təklif çərçivəsində təqdim edilən bütün malların və/və ya xidmətlərin yeganə təchizatçısıdır. Müvafiq olaraq, Visa kart sahibi bunu başa düşür, qəbul edir və razılaşır ki, onun bu Təklif çərçivəsində hər hansı malı və/və ya xidmətləri alması yalnız Partnyorla onun arasında olan müqaviləyə əsaslanır və Visa bu müqavilənin tərəfi deyil və olmayacaq. Bu Təklif çərçivəsində hər hansı mal və ya xidmətlərdən istifadə etməklə və ya istifadə etməyə cəhd etməklə, Visa kart sahibi başa düşür, qəbul edir və razılaşır ki: kart sahibinin bu Təklif çərçivəsində hər hansı mal və/və ya xidmətləri alması və ya almağa cəhd etməsi nəticəsində və ya onunla əlaqədar yaranan hər hansı xarakterli iddialar, şikayətlər və ya e`tirazlar (bundan sonra hər biri “İddia” adlandırılacaq), Visa kart sahibi tərəfindən birbaşa Partnyorla həll ediləcək və Visa kart sahibi Visa kompaniyasına qarşı heç bir iddia irəli sürməyəcək. Yuxarıda göstərilənlərə xələl gətirmədən və qanunun icazə verdiyi maksimal dərəcədə, Visa kompaniyası Təklifin və ya Təklif çərçivəsində təqdim edilən malların və/və ya xidmətlərin istifadəsi və ya istifadə cəhdi nəticəsində və ya onunla əlaqədar yaranan hər hansı xəsarət, ölüm, yanlış məlumat, zərər və ya ziyanla bağlı hər hansı itki, zərər, xərc və ya iddiaya (birbaşa və ya dolayı) görə hər hansı bir şəxs qarşısında heç bir məsuliyyət daşımır.