Visa biznes-kartı ilə Twitter reklamları/xidmətləri üzrə 1500 ABŞ dollarına qədər (ayda maksimum 129 dollara qədər) kredit əldə edin.
Təklifdən necə yararlanmaq olar?
- Poshvine web-saytına keçin və Claim Offer düyməsini basın.
- Validasiya üçün Visa biznes-kartınızın nömrəsinin ilk 8 rəqəmini daxil edin.
- Partnyor saytına geçmək üçün Redeem düyməsini basın.
- Tələb olunan məlumatları daxil etməklə qeydiyyatdan keçin və bundan sonra First Page kompaniyasının nümayəndəsi sizinlə əlaqə saxlayacaq.
Təklif GMT vaxtı ilə 01 oktyabr 2022-ci il saat 00:00-dan 30 sentyabr 2023-cü il saat 23:59 GMT vaxtına qədər etibarlıdır.
Şərtlər və qaydalar
Partnyorun şərtləri və qaydaları.
First Page Limited-dən edilən bu təkliflər istənilən vaxt dəyişdirmək hüququnu özündə saxlayan bir sıra şərtlər və qaydalara tabedir. Bütün təkliflər 12 aylıq öhdəlik, minimum aylıq reklam xərcləri və minimum aylıq idarəetmə haqqı ilə gəlir. Təklif məbləği sabitdir və qismən istifadə edilə bilməz. Bu zaman istifadə olunmamış məbləğlər geri qaytarılmır. First Page Limited istənilən vaxt əvvəlcədən xəbərdarlıq etmədən verdiyi təklifləri geri götürmək və/və ya şərtlərini dəyişdirmək üçün mütləq hüququnu özündə saxlayır. First Page Limited bu təklifin xidmətlərindən istifadə nəticəsində yaranan hər hansı satış itkisinə görə məsuliyyət daşımır. First Page Limited bu təklifdən olan xidmətlərdən istifadə nəticəsində yaranan hər hansı nüfuza dəymiş ziyana görə məsuliyyət daşımır. Xidmətlər fors-major hallara görə yerinə yetirilə bilmədikdə, fors-majorun təsirindən asılı olaraq First Page Limited məsuliyyətdən qismən və ya tam azad edilir. Lakin tərəflərdən biri xidmətlərin yerinə yetirilməsini gecikdirdikdən sonra fors-major hallar yaranarsa, bu hallarda belə tərəf məsuliyyətdən azad edilmir.
Viza kompaniyasının şərtləri və qaydaları.
Sizə edilən bu Təklifin təfərrüatları Partnyor tərəfindən təqdim edilən məlumatlara əsaslanır. Visa kompaniyası bu məlumatların düzgün olduğuna zəmanət vermir. Ona görə də sizdən xahiş edirik ki, hər dəfə edilən Təklifin mövcudluğunu və etibarlılığını birbaşa Partnyorla əlaqəyə girməklə yoxlayasınız. Partnyor bu Təklif çərçivəsində təqdim edilən bütün malların və/və ya xidmətlərin yeganə təchizatçısıdır. Müvafiq olaraq, Visa kart sahibi bunu başa düşür, qəbul edir və razılaşır ki, onun bu Təklif çərçivəsində hər hansı malı və/və ya xidmətləri alması yalnız Partnyorla onun arasında olan müqaviləyə əsaslanır və Visa bu müqavilənin tərəfi deyil və olmayacaq. Bu Təklif çərçivəsində hər hansı mal və ya xidmətlərdən istifadə etməklə və ya istifadə etməyə cəhd etməklə, Visa kart sahibi başa düşür, qəbul edir və razılaşır ki: kart sahibinin bu Təklif çərçivəsində hər hansı mal və/və ya xidmətləri alması və ya almağa cəhd etməsi nəticəsində və ya onunla əlaqədar yaranan hər hansı xarakterli iddialar, şikayətlər və ya e`tirazlar (bundan sonra qısaca “İddialar” adlandırılacaq), Visa kart sahibi tərəfindən birbaşa Partnyorla həll ediləcək və Visa kart sahibi Visa kompaniyasına qarşı heç bir iddia irəli sürməyəcək. Yuxarıda göstərilənlərə xələl gətirmədən və qanunun icazə verdiyi maksimal dərəcədə, Visa kompaniyası Təklifin və ya Təklif çərçivəsində təqdim edilən malların və/və ya xidmətlərin istifadəsi və ya istifadə cəhdi nəticəsində və ya onunla əlaqədar yaranan hər hansı xəsarət, ölüm, yanlış məlumat, zərər və ya ziyanla bağlı hər hansı itki, zərər, xərc və ya iddiaya (birbaşa və ya dolayı) görə hər hansı bir şəxs qarşısında heç bir məsuliyyət daşımır.