Viza Ticarətçiləri üçün Kart Qəbuletmə Qaydaları
Visa Ticarətçilər üçün Kart Qəbuletmə Qaydaları kart olan və/və ya kart olmayan mühitdə Visa® tranzaksiyalarını qəbul edən bütün bizneslər üçün nəzərdə tutulmuş hərtərəfli təlimatdır. Bu təlimatın məqsədi ticarətçilərə Visa tranzaksiyalarının emal edilməsində, Visa məhsul və qaydalarının anlaşılmasında və saxtakarlıqdan qaynaqlanan itki riskini minimuma endirməklə kart sahibi məlumatının qorunmasında kömək etmək üçün, ticarətçiləri və onların əməliyyat bölməsindəki satış işçilərini dəqiq, ən son məlumat və üstün təcrübələrlə təmin etməkdən ibarətdir.
Daha ətraflı
Məxfiliyin pozulması halında nə etməli
Yenilənmiş resurs hesab məlumatlarının təhlükəsizliyinin pozulmasına cavab olaraq tələb olunan proseduraları müəyyən edir.
Daha ətraflı
Avtomatlaşdırılmış Yanacaqdoldurma Məntəqəsi Tranzaksiyaları üçün Saxtalaşdırmanın Qarşısını Alma Alətləri EMV Çip ilə Təchiz Olunmayan Yanacaq Ticarətçiləri
ABŞ-dakı ticarətçilər 1 oktyabr 2015-ci ildən etibarən özlərinin ödəniş kartı qəbuletmə infrastrukturunu EMV çip texnologiyası ilə təchiz etdikləri üçün, saxtakarlıq hallarının çoxu avtomatlaşdırılmış yanacaqdoldurma məntəqələri (AYM) kimi EMV çip texologiyası ilə təchiz edilməmiş qəbuletmə seqmentlərinə keçəcək. Bu, AYM-də çip qəbuletmə təchizatı 1 oktyabr, 2020-ci ilə qədər tamamlanmadıqı təqdirdə yanacaq ticarətçilərində saxtakarlıqla əlaqəli geri ödəniş öhdəliyinin olmasını zəruri edəcək.
Daha ətraflı
Visa Qismən Avtorizasiya Xidməti: Müştəri Təcrübəsini Təkmilləşdirin və Satışları Artırın
Visa əvvəlcədən ödəniş və debet kartları kassada populyar ödəniş formalarıdır. Visa-nın qismən avtorizasiya xidməti kartdakı mövcud məbləğin tranzaksiynı tam təsdiq etməsi üçün kifayət etmədiyi halda tranzaksiyanı rədd etmə alternativi ilə təmin edir. İştirakçı kart verən qurumlar tələb edilən ilkin məbləğin bir hissəsinin təsdiqi üçün avtorizasiyaya cavab verirlər və bununla da bölünmüş təklif funksionallığından istifadə edərək tranzaksiyanın yerdə qalan məbləğinin digər yollarla ödənilməsinə imkan yaradırlar.
Daha ətraflı
Ətraflı məlumat üçün Visa.com Ticarətçilərin Resurslar Kitabxanasına baş çəkin
Visa ticarətçilərinə ödənişin qəbul edilməsi, saxtakarlıq, məlumat təhlükəsizliyi, avtorizasiya və sairə üzrə naviqasiya etməyə kömək üçün nəzərdə tutulan təfsilatlı məlumata malik əlavə vebinar və sənədlər. Bu məlumatları endirin, çap edin və iş yerinizdə əlinizin altında saxlayın.
Ticarətçi Kitabxanasını ziyarət edin