Alıcı bankın seçilməsi

Alıcı bankla işlənmə haqqında müqavilə bağlamamazdan əvvəl aşağıdakıları nəzərə alın: 

  • Ən münasib variantı tapmaq üçün rəqib alıcı bankların təklif etdiyi qiymət və xidmət haqları ilə müqayisə aparın. 
  • Alıcı bankınızın biznesinizi başa düşdüyündən əmin olun. 
  • Müqavilədə alıcı bankın adının aydın göstərildiyindən əmin olun. 

Məlumatınızı hazır saxlayın 

Əsas biznes məlumatları: Biznesin adı, növü, ünvanı, telefon nömrəsi və təsis edilmə tarixi.

Məlumatın işlənməsi: Nə qədər vəsaiti və necə (üz-üzə, onlayn və s.) işləyəcəyinizi götür-qoy edin.

İdentifikasiya nömrələri: Federal Vergi identifikasiya nömrəsi (əgər varsa) və sosial sığorta nömrəsi.

Bank məlumatı: Biznesin bank hesabı və bank kodu. 

Qiymət və xidmət haqlarının başa düşülməsi 

Ticarətçilər bir qayda olaraq alıcı banka iki tərəfin arasında danışıqlar yolu ilə razılaşdırılan "ticarətçi diskontu" ödəyirlər. Ticarətçinin alıcı bankı tərəfindən təmin edilən işlənmə xidmətlərinin xərci bir qayda olaraq tranzaksiyanın müəyyən faizini əhatə edən ticarətçi diskont faizinə daxil ola bilər.  

Faktura ödənişi üçün Visanı qəbul edin 

Fakturaların ödənişi üçün Visanın qəbulu potensial olaraq ümidsiz kredit borclarını azalda, nağd pul axınını yaxşılaşdıra, vəsaitin toplanması xərclərini və ümidsiz borcları azalda bilər. Tranzaksiya üzrə tam məbləği çox vaxt poçtla göndərilmiş ödənişdən tez, üstəlik yubanma və qarşılıqsız çek riski olmadan alırsınız. 

Visa marketinq materiallarına çıxış əldə edin 

Visa mobil satış nöqtələrinin faydaları haqqında məlumatın çatdırılmasına yardım məqsədilə video təsdiq, veb-səhifələr, izahedici təlimatlar və sair daxil olmaqla istifadəyə hazır yaradıcı aktivlər yaradıb.  

Biznes ehtiyaclarınız üçün Visadan istifadə edin 

Ticarətçilər kredit və debet kartları daxil olmaqla, xüsusi olaraq biznes sahibləri üçün yaradılmış Visa ödəniş vasitələrindən yararlana bilərlər.  

Visa brendli məhsullardan istifadə etmək məqsədilə, siz həmçinin maliyyə təşkilatına təminatsız kredit xətti üçün müraciət edə bilərsiniz. Ənənəvi bank kredit xəttindən fərqli olaraq, yenilənən və ya "həmişə yaşıl" Visa Biznes üçün kredit xətti ilə hər il təkrar müraciət etməyinizə ehtiyac yoxdur.