FIFA™ Futbol üzrə Dünya Çempionatı ilk dəfədir ki, Qətərdə keçiriləcək – bura Yaxın Şərqdə kiçik bir ölkə olsa da, planetin ən zəngin dövlətlərindən biridir! Bu isə o deməkdir ki, Çempionatın qonaqları futbol bayramı ilə yanaşı bu ölkənin inanılmaz mədəniyyəti və texnoloji şəhərləri ilə tanış olacaq, hətta stadiondan kənarda belə maraqlı vaxt keçirləcəklər.
Bu, ərəb dünyasını təmsil edən bir ölkədə keçiriləcək ilk FIFA™ Futbol üzrə Dünya Çempionatıdır. Azarkeşlər 5 şəhəri ziyarət edəcək, 8 stadionda olacaq, 32 milli komandanın oyununu izləyəcək və 28 günlük futbol bayramını qeyd edəcəklər.
Biz hər birinizi Qətərdə görməyə şad olarıq, Visa ilə birlikdə Çempionatın miqyasını siz də hiss edə bilərsiniz! Yenilikləri Visa-nın sosial şəbəkələrdəki rəsmi səhifələrindən izləyin və Qətərdə keçiriləcək FIFA™ Futbol üzrə Dünya Çempionatının bütün xəbərlərini ilk siz öyrənin!