Arxada qoyduğumuz ildə atletlərin dözümü, iradə gücü və qüvvəsi hədsiz sınaqlardan keçdi. İndi onlar qələbə və yeni rekordlar qırmaq arzusu ilə daha da həvəsli şəkildə geri qayıdırlar.
#MənimHəvəsim – yaş, cins və ya etnik fərqlilikdən asılı olmadan hər kəsə açıqdır. Hamımızı yeni imkanlar, güc və arzular axtarışına duyduğumuz qarşısıalınmaz istək birləşdirir. Biz qələbə və yaxşı nəticə uğrunda mübarizə aparmağa öyrəşmişik. Axı sevdiyimiz işi görəndə daha da güclü oluruq.
Tokyo 2020 Olimpiya Oyunları qadınların kişilərlə bərabər səviyyədə yarışa bilməyəcəyi stereotipini dağıdacaq. Tokyo 2020 Olimpiya Oyunları 49% qeydiyyatdan keçmiş qadın iştirakçı ilə idman tarixinə ilk gender-balanslı Olimpiya oyunları kimi keçəcək.
Visa fərqliliklərimizi dəstəkləyir və yolumuzdakı maneələri qırmağa həvəsləndirməyə davam edir. Çünki özünə qalib gəlmiş birindən daha güclü qalib yoxdur. Qısası – oyunlar hər kəs üçündür!