Visa 1986-cı ildən bəri Olimpiya Hərəkatının sadiq partnyorudur. Olimpiya və Paralimpiya Oyunlarının fəxri sponsoru olan Visa 2032-ci ilədək Olimpiya və Paralimpiya Oyunlarının eksklüziv ödəniş texnologiyaları üzrə partnyoru və qəbul edilən yeganə kart olacaqdır.
Visa yenilənmiş sponsorluğu ilə müştərilərinə, partnyorlarına və Olimpiya Oyunlarının ziyarətçilərinə Olimpiya Oyunlarında ödəniş eksklüzivliyindən rəqəmsal və digər platformalarda unikal təcrübələrədək bir çox sahələrdə müstəsna üstünlüklər təqdim etməyə davam edəcək.
Həmçinin, Visa idmançıları və pərəstişkarları ticarət nöqtələrinə, sərhədlərə və valyutalara uyğun təhlükəsiz və asan üsullarla təmin edəcək. Beləliklə, fərqlilikləri aradan qaldıran və hər kəsi böyük bir amal uğrunda birləşdirən Olimpiya ruhunu daha yaxşı hiss etməyə dəstək olacaq.