İdman dünyanı ilhamlandırmaq və dəyişdirmək qüdrətinə malikdir. Xüsusilə də idman tədbirləri. Dünyanın ən böyük idman tədbiri olan Tokyo 2020 Olimpiya və Paralimpiya Oyunları təkcə idman sahəsində yox, həmçinin, cəmiyyətdə, yerli icmada və mühitdə də uzunmüddətli pozitiv təsir yaradacaq.
Bu il beş yeni idman növü təmsil ediləcək – beyzbol, skeytbord, sörf, dırmanma idmanı və karate rəsmi proqrama və klassik idman növlərinə əlavə olunacaq. Həmçinin, Tokyo 2020 Olimpiya Oyunlarının davamlılıq təşəbbüslərinə də böyük təsiri olacaq və bu təsir gələcəyə ötürüləcək. Onlardan bəziləri:
- Olimpiya kəndi davamlı mənbələrdən taxta-şalbanın istifadəsi ilə qurulacaq,
- Qaliblərin medalları yapon xalqının ianə etdiyi köhnə telefonlardan alınıb yenidən emal olunmuş metallardan hazırlanacaq,
- Yapon idmançıları yenidən emal olunmuş geyimlər geyinəcəklər,
- Podiumlar tamamilə yenidən emal olunmuş plastikdən hazırlanacaq,
- Enerji 100% yenilənəbilən olanacaq,
- Yağış suyunun istifadəsi su israfını azaldacaq və s.
Daha ətraflı: olympics.com