İctimai nəqliyyatda dönüş nöqtəsi: Visa dünya üzrə təmassız əməliyyatlarının sayının ildə 1 milyard həddini keçməsini elan etdi

Təmassız əməliyyatlar getdikcə geniş rəğbət qazanırlar, çünki bütün dünyada rəqəmsal texnologiyaları tətbiq edən nəqliyyat şirkətlərinin sayı sürətlə artır. Hazırda, Visa-nın məlumatına əsasən, ictimai nəqliyyatda təmassız ödənişlərin il ərzində sayı ilk dəfə 1 milyard həddini geridə qoyaraq, vacib dönüş nöqtəsini keçib.