İzn verin, Visa səyahətlərinizi daha komfortlu etsin. Biz səyahətlərinizi parlaq emosiyalarla zənginləşdirməyə can atırıq, ona görə də tərəfdaşlarımızla birlikdə sizin üçün premium Visa kartları ilə eksklüziv təkliflər hazırlamışıq ki, siz tətillərdən və ya işgüzar səfərlərdən daha çox zövq və xoş təəssüratlar alasınız.
Premium Visa kartları ilə xoş səyahətlər
Visa ilə beynəlxalq hava limanlarında Fast Track
Hava limanında rəsmi prosedurları üstünlük əsasında keçin və vaxtınızı daha xoş işlərə ayırın. Xidmət aşağıdakı hava limanlarında keçərlidir:
- İstanbul, Türkiyə (IST);
- Larnaka, Kipr Respublikası (LCA);
- Milan-Malpensa (MXP), İtaliya;
- Milan-Berqamo (BGY), İtaliya;
- Roma-Fyumiçino (FCO), İtaliya;
- Roma-Çampino (CIA), İtaliya;
- Barselona, İspaniya (BCN);
- Qran-Kanariya (LPA,) İspaniya;
- Palma (PMI), İspaniya;
- Alikante (ALC), İspaniya;
- Valensiya (VLC), İspaniya;
- Malaqa (AGP), İspaniya.
Xidməti necə əldə etmək olar::
- VisaConcierge çat-botunda qeydiyyatdan keçməli və ya artıq qeydiyyatlı olmalısınız.
- Çat-botun əsas menyusunda Visa Travel bölməsini seçin, daha sonra menyuda Fast Track International bölməsini seçin.
- Ölkəni və hava limanını seçin.
- «Vauçer al / Get a voucher» düyməsini basın.
- Təklif edilən uçuş növlərindən birini seçin: Departure, International Departure və ya International Arrival.
- Fast Track keçmək üçün QR-kodlu PDF-faylı əldə etmək üçün lazımlı məlumatları təqdim edin.
Təklif Visa Platinum, Visa Signature, Visa Infinite kart sahibləri üçün keçərlidir.
Aksiya müddəti: 27.10.2023 tarixinədək.

Bakı, Heydər Əliyev Hava Limanına gediş/gəliş zamanı pulsuz transfer
Vaxtınızı boşuna sərf etməyin: Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanına gediş/gəliş zamanı Bakı və Abşeron yarımadası ərazisinda pulsuz transfer sifariş edin və səyahətləriniz, işgüzar səfərləriniz, yaxud qəfil alınan həftəsonu tətilləriniz zövqlə başlayıb bitsin. Transferi premium Visa kart sahibləri Visa Concierge çat-botu vasitəsilə sifariş edə bilərlər. Bunun üçün:
- Visa Concierge çat-botunda qeydiyyatdan keçdiyinizdən əmin olun;
- “Aeroport transferi” menyusunda “Xidməti sifariş et” düyməsini seçin;
- qaydalarla tanış olun və onları qəbul edin;
- reysin nömrəsini, yola düşmə tarixini və vaxtını, sərnişinlərin və baqajın sayını, öz adınızı, soyadınızı və əlaqə nömrəsini qeyd edin;
- sifarişin təsdiqlənməsi barədə bildiriş alın.
Təklif Visa Platinum, Visa Signature və ya Visa Infinite premium kartları üçün aşağıdakı limitlər çərçivəsində keçərlidir:
Visa Platinum kart sahibləri üçün – ildə ən çox 2 dəfə;
Visa Signature üçün – ildə ən çox 4 dəfə;
Visa Infinite üçün – ildə ən çox 6 dəfə.
Sizin premium Visa kartınız aviabiletin keçərlilik müddəti ərzində keçərli olmalıdır. Bir transferdəki maksimum sərnişin sayı 4 nəfərdir, baqaj sayı 4-ü keçməməlidir, qeyri-standart yüklər daşınma üçün qəbul edilmir. Əlavə xidmətlərə ehtiyacınız varsa (uşaq oturacağının təqdim olunması kimi), sifarişi tərtib edərkən bunu qeyd edin.
Xidmətin göstəriləcəyi yerə sifarişdə qeyd edilən tarixədək gəlməlisiniz. Gözləmə müddətinə məhdudiyyətlər var. Reysin gecikməsi sifariş vaxtının dəyişdirilməsi üçün əsas ola bilməz.
Xidmət göstərilməsinə ən azı 12 saat qalmış transfer sifariş edə bilərsiniz. Transferi çat-bot vasitəsilə sifarişin yerinə yetirilməsinə 12 saat və daha çox müddət qalması şərtilə ləğv etmək mümkündür.
Aksiya müddəti: 18.04.2022–28.02.2023 tarixinədək.

Pulsuz COVID-19 testi
Sağlamlığınız Visa ilə etibarlı əllərdə: daha soyuqdəymə və ya COVID-19 əlamətləri arasında qalmayacaqsınız – premium Visa kartınızla Sağlam Ailə klinikası və Ultralab şəbəkəsində pulsuz test verin və həm öz sağlamlığınızın, həm də ətrafdakıların təhlükəsizliyinin qeydinə qalın.
Təklif premium Visa Platinum, Visa Signature və ya Visa Infinite kart sahibləri üçün keçərlidir.
Pulsuz COVID-19 testlərinin sayı aşağıdakı limitlər çərçivəsindədir:
- Visa Platinum: ildə 2 dəfə
- Visa Signature: ildə 4 dəfə
- Visa Infinite: ildə 10 dəfə
Xidmət konsyerj xidmətinin istifadəçiləri üçün keçərlidir: https://mssg.me/concierge__service
Aksiya müddəti: 31.03.2024 tarixinədək.

Visa-dan şəxsi köməkçiniz
Konsyerj xidməti – 24/7 istənilən məsələnin həllində köməyə etməyə hazır peşəkar köməkçilər komandasıdır. Visa kartınızın bütün üstünlükləri üzrə ən yeni və aktual məlumatları alın, premium xidmətdən və gecə-gündüz dəstəkdən zövq alın. Konsyerj xidmətindən VisaConcierge çat-botu vasitəsilə istifadə etmək mümkündür.

Lounge Key biznes-zallarına pulsuz giriş
Premium Visa kartları ilə hər səyahət müstəsna xidmət və komfort deməkdir! Siz rahat atmosferdə reys gözləyərkən yüksəksürətli internetə qoşula və ya konfrans zalından* istifadə edə bilərsiniz. Premium Visa kartı ilə bütün dünyadakı 1200-dən çox biznes-zaldan istənilən birinə pulsuz giriş əldə edin.
Təklifdən istifadə etmək olar:
- Visa Platinum ilə (və Visa Platinum Business ilə) - ildə 2 dəfə;
- Visa Signature ilə - ildə 4 dəfə ;
- Visa Infinite ilə - ildə 6 dəfə.
* Konfrans zalının mövcudluğu biznes-zaldan asılıdır. Sizi maraqlandıran biznes-zalda göstərilən xidmətlərin tam siyahısı ilə Lounge Key saytında və ya mobil tətbiqində tanış olmaq mümkündür.
Aksiya müddəti: 31.12.2023 tarixinədək.

Sığorta xidməti sayəsində Visa ilə komfortlu və təhlükəsiz səyahətlər
Bütün premium Visa Platinum, Visa Signature, Visa Infinite, Visa Platinum Business və Visa Signature Business kart sahibləri səyahət zamanı avtomatik sığortalanırlar. Siz işgüzar səfərə və ya istirahətə yollana bilərsiniz. Bütün hallarda əmin ola bilərsiniz ki, premium Visa kartınızın sinfindən asılı olaraq sığorta polisiniz:
- yaşadığınız ölkədə və ondan kənarda keçərlidir
- sizi və ailə üzvlərinizi əhatə edir
- 50-dən çox idman növünü, həmçinin alış-verişlərinizin zədələnməsi və ya itməsi halını sığortalayır
- yüksək sığorta limitinə malikdir
- COVID-19 müalicəsini əhatə edir
Sığortanın keçərli olması üçün nəqliyyat və/və ya yaşayış yerini premium Visa kartınızla ödəməlisiniz (bu zaman kartın üzərindəki ad biletlərdə və/və ya yaşayış yerinin bronlaşdırılmasında göstərilən adla üst-üstə düşməlidir).

Visa ilə avtomobillərin icarəsinə 10% endirim
Xidmətləri premium Visa Platinum, Visa Signature, Visa Infinite kartları ilə ödəyərək Rentalcars.com saytında avtomobil icarəsinə 10% endirim əldə edin.
Təklifin şərtləri:
- Rentalcars.com-da avtomobil bronlaşdırın, bronu premium Visa kartı ilə ödəyin və dərhal avtomobilin icarə dəyərindən 10% endirim qazanın.
- Diqqətinizə çatdırırıq ki, avtomobil icarəsinə icazə alan anda sürücü depozitin bloklanması üçün kifayət qədər pul vəsaiti olan kredit kartını təqdim etməlidir.
- Endirim əlavə xidmətlər nəzərə alınmadan (sığorta, ikinci sürücüyə görə ödəniş, avtomobilin bir istiqamətdə icarəsi, uşaq oturacağı, naviqasiya və s.) avtomobilin dəyərindən hesablanır.
- Avtomobil icarəsinin bron edilməsi üçün heç bir minimal xərc tələb olunmur.
- Endirimi əldə etmək üçün bankınızın saytındakı xüsusi linkə https://www.rentalcars.com/?affiliateCode=visainter999&enabler=visame keçid edərək Rentalcars.com saytına daxil olmalısınız. Həmçinin mobil tətbiqdə və ya reklam təklifi vasitəsilə. rentalcars.com saytında birbaşa bronlaşdırma sizə endirim haqqı vermir.
- Endirim yalnız onlayn bron və ödənişə aid edilir, faktiki bron ilə ödənişə aid edilmir.
- Müştəri sifariş səhifəsinə keçib müvafiq Visa kartını əlavə edən kimi endirim avtomatik aktivləşir.
Aksiya müddəti: 01.09.2023 tarixinədək.
