Visa Infinite premium kartlarının sahibləri “Schengen”, “UK” və “USA” tipli viza üçün müraciət edərkən çətinlikləri unudub PASHA Travel xidmətlərindən pulsuz yararlana bilərlər.

PASHA Travel mütəxəssisləri bütün sənəd hazırlıqlarını, hətta viza mərkəzinə ziyarəti belə öz öhdəsinə götürür. Siz sadəcə vizanızı alıb arzuladığınız sayahəti planlaşdırmağa başlayacaqsınız.

PASHA Travel Visa Infinite premium kartının sahiblərinə hansı xidmətləri təklif edir:

  • Turist vizasının hazırlanması;
  • Sizin əvəzinizə viza mərkəzinə ziyarət;
  • Viza almaq üçün lazımlı sığorta polisinin tərtib edilməsi;
  • Sənədlərin ünvana çatdırılması;
  • Həmçinin, siz PASHA Travel xidmətlərinə görə komissiya ödəməli olmayacaqsınız.

Xidmətdən necə istifadə etməli:

  1. VisaConcierge çat-botuna daxil olun və ya qeydiyyatdan keçin.
  2. PASHA Travel bölməsinə keçin.
  3. “Schengen”, “UK” və ya “USA” viza tipini seçin.
  4. Lazımlı məlumatları təqdim edin: ad, soyad, ata adı, telefon nömrəsi.

Xidmətdən istifadə şərtləri:

  1. Xidməti sifariş etdikdən sonra 30 dəqiqə ərzində məlumatları dəqiqləşdirmək və digər məsələləri müzakirə etmək üçün sizinlə tezliklə əlaqə saxlanacağı barədə SMS alacaqsınız.
  2. Xidmətdən təklif keçərli olduğu dövrdə ildə 1 (bir) dəfə yararlanmaq olar.
  3. Təklif keçərli olduğu dövrdə istifadə olunmayan xidmət növbəti dövrə keçirilmir, toplanmır, əlavə olunmur, pul və ya digər vasitələrlə kompensasiya edilmir.
  4. Visa tərəfindən Visa Infinite kart sahibinin viza alacağına zəmanət verilmir. İmtina halında xidmətdən 1 istifadə imkanı balansdan silinəcək.

Girişdən yararlanmaq üçün smartfon və ya ağıllı saatdan istifadə etməklə Google Pay və ya Apple Pay vasitəsilə Visa Platinum, Visa Signature və Visa Infinite kartları ilə son 35 gün ərzində 100 AZN məbləğində ödəniş etmək lazımdır.

Təklif Azərbaycan bankları tərəfindən buraxılan Visa Infinite premium kartının sahibləri üçün keçərlidir.

Xidmətin müddəti: 31 dekabr 2024 tarixinədək.

Rəsmi qaydalar