-
Visa ilə hər səfəriniz yüngül və komfortlu keçsin
Private Check-In: Visa kart sahibləri üçün premium xidmət
Heydər Əliyev Beynəlxalq Aeroportunda Private Check-In xidməti ilə misilsiz komfortu hiss edin.
Bu unikal servis premium-sinif sərnişinləri üçün yaradılıb və aeroportda maksimum komfortlu və sürətli xidməti təmin edir.
Xüsusi giriş, launc zonasına sürətli keçid, baqajın qeydiyyatında kömək və uçuşu komfortla gözləmək – hər şey sizin rahatlığınız üçün.
Hər mərhələdə fərdi yanaşma: premium-sinif avtomobildə transferdən rahat launca girişədək. Uçuşunuzun xoş anlarla başlaması üçün hər detalın qeydinə qalırıq.
Xidmətdən necə istifadə etmək olar?
Xidmətdən istifadə etmək üçün uçuşdan ən azı 12 saat əvvəl sifariş yaradın. Rahatlıq üçün Visa Concierge çat-botu vasitəsilə qeydiyyatdan keçə bilərsiniz (linklə giriş burada), bu, xidmətdən istifadə hüququnuzu təsdiqləməyə imkan verəcək.
Private Check-In üstünlüklərinin tam siyahısı:
- Premium-sinif avtomobildə transfer
Elit avtomobil sizi evdən launc girişinədək çatdıracaq.
- Ayrı giriş
Fərdi agent sizi qarşılayacaq və baqajınızla bağlı kömək edəcək.
- Fərdi xidmət
Əməkdaş sizi qeydiyyatın hər mərhələsində müşayiət edəcək.
- Yoxlamadan sürətli keçid
Bütün təhlükəsizlik yoxlamaları sürətli və rahat olacaq.
- Reysə qeydiyyat zamanı kömək
Sənədlər və baqajla bağlı tam dəstək.
- Baqajın emalı və qablaşdırılması
Etiketlər, çatdırılma və saxlanma – hər şey nəzarət altında.
- VIP-launca giriş
Qəlyanaltı, içki və Wi-Fi təmin edən rahat zona.
- Gözləmə zonasınadək müşayiət
Ümumi gözləmə zalına rahat və sürətli keçid.
- Əlavə xidmətlər və məlumat
İstənilən sualların cavablandırılması və qeyri-standart vəziyyətlərdə kömək.
- Hərəkət məhdudiyyəti olan sərnişinlərə xidmət
Launcadək müşayiət və orada komfortlu vaxtın təmin edilməsi.
Nəzərinizdə olsun ki, servisdən yalnız öncədən müraciətlə faydalanmaq mümkündür. Həmçinin bütün lazımlı sənədlərin mövcudluğuna və baqaj daşıma qaydalarına riayət olunmasına görə sərnişin məsuliyyət daşıyır.
Təklif Visa Signature, Visa Infinite premium kartlarının sahibləri üçün 1 oktyabr 2025 tarixinədək keçərlidir.