* Visa kartları qəbul edilən hər yerdə.
Kart sahibləri öz kartlarının müdafiəsinin qeydinə qalmalı və öz maliyyə təşkilatını – emitentini istənilən icazəsiz kart istifadəsi barədə dərhal xəbərdar etməli, həmçinin, əlavə informasiya üçün ona müraciət etməlidir.

Bütün dünya Visa ilə
Harada olursunuz olun təhlükəsiz ödəyin.

Risksiz

Xüsusi təkliflər
Sizin üçün — otellərə, avtomobillərin kirayəsinə, turistik paketlərə Visa kartları ilə endirim!

Səyahətdən əvvəl
-
Bankınızı yaxınlaşan səyahət barədə xəbərdar edin ki, qeyri-ənənəvi tranzaksiyalar şübhəli kimi qəbul olunmasın. Həmçinin, gündəlik nağd vəsait limitinizi, kartın keçərlilik müddətini və balansdakı vəsaitin miqdarını yoxlayın. Bu, sizə hətta evdən uzaqda belə istənilən xərclərə hazır olmağa kömək edəcək.
-
Hər dəfə tranzaksiyalar qoyulan limiti aşdıqda və ya kartla qeyri-ənənəvi əməliyyatlar aparıldıqda SMS alın. Ətraflı məlumat almaq üçün bankınızla əlaqə yaradın.
-
Hətta kontaktsız kartdan istifadə etsəniz belə, həmişə öz PIN-kodunuzu yadda saxlayın. Əgər onu unutmusunuzsa, yenisini almaq üçün müraciət edin.
-
İtirilmə hallarında bərpa üçün bütün kart və telefon nömrələrini qeyd edin. Bu məlumatı nə pul qabında, nə çantada yox, müdafiə olunan yerdə saxlayın. Kartınızın nömrəsini və üçrəqəmli CVV2-kodunuzu heç vaxt bəyan etməyin.
-
Harada olursunuz olun Visa Global Customer Assistance (GCAS) nümayəndələri telefon rejimində həmişə əlçatandırlar. Siz kartınızı itirilmə və ya oğurlanma hallarında bloklaya, kartın təcili bərpası və ya təcili vəsait verilməsi üçün müraciət edə bilərsiniz – Dəstək xidməti günün 24 saatı, ilin 365 günü xidmətinizdədir – özü də sizə rahat olan dildə.

Səyahət vaxtı
-
Ani valyuta konversiyası (AVK) xaricdə olanda belə sizin ölkənin valyutası ilə ödənişi təklif edir. Ticarətçilərin təklif etdiyi bu xidmətdə müştəridən yerli kursla yığım çıxılmasını nəzərdə tutur. Siz Visa kursunu istifadə etmək istəyirsinizsə, satıcıdan vəsaiti yerli valyuta ilə çıxmağı xahiş edin. Əgər AVK vasitəsilə ödəniş etməmisinizsə, lakin qəbzinizdə bu qeyd olunubsa, bankınızla əlaqə saxlayın.
-
Dünya üzrə 2 mln-dan çox bankomatdan nağd vəsait çəkin. Visa PLUS nişanlı bankomatları axtarın və asanlıqla yerli valyuta ilə nağd pul çəkin. PLUS loqolu kartlardan bütün dünyanın bankomatlarında eyni PIN-kodla nağd vəsait çəkilməsi üçün istifadə etmək olar.
-
Səyahət zamanı Visa kartlarının istifadəsi nağd vəsait istifadəsindən daha rahat ola bilər. Siz həmişə bütün tranzaksiyaları aylıq çıxarışda görə bilərsiniz. Qəbzləri saxlayın ki, çıxarışla tutuşdurasınız.

-
Ödənişləri həyata keçirdiyiniz valyuta haqqında məlumat daxil olmaqla, həmişə mal qəbzlərindəki və aylıq çıxarışlardakı məlumatı yoxlayın.
-
Həyata keçirmədiyiniz ödəniş və ya istənilən başqa uyğunsuzluq tapdığınız halda dərhal bankla əlaqə yaradın.

Müştərilərə Dəstək Xidməti
Əgər siz Visa kartınızı itirmisinizsə, biz hesabınızı bloklamağa, ehtiyat kartı və ya təcili nağd pul almağa kömək edərik.

Böyük ATM-şəbəkə
Visa ilə siz nə vaxt və harada rahat pul çəkəcəyinizə qərar verirsiniz.
Sizin əmrinizdə bütün dünyada 2,6 mln bankomat var.
Sizin əmrinizdə bütün dünyada 2,6 mln bankomat var.